“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
“Gözel Seeds”dən Türkiyədə biotexnologiya investisiyaları — yeni laboratoriyalar yaradılıb. Tahir Gözel: Yerli fermerlərin əhəmiyyətli hissəsi orta və aşağı texnoloji səviyyəli təsərrüfatlarda fəaliyyət göstərir. Bu isə yerli şəraitə uyğunlaşdırılmış, davamlı toxum sortlarına ehtiyacı artırır.“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə “Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı bitkiçilik və heyvandarlıq üçün müasir biotexnologiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə regionun ərzaq təhlükəsizliyinin təmin edilməsi, dəqiq seleksiya üsullarının inkişafı və beynəlxalq bazarlara inteqrasiya istiqamətində qabaqcıl genom texnologiyalarının imkanları müzakirə olunub.
Konfrans “Gözel Seeds” şirkətinin təsisçisi Tahir Gözel və ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsinin dekanı Matteo Vittuarinin açılış nitqləri ilə başlayıb.
Türkiyədən dəvət olunmuş professorlar A. Naci Onus, Anne Frary, Sami Doganlar, Levent Mercan, Musa Kavas, dosent İbrahim Chelik, eləcə də ADA Universitetinin professoru Mehrac Abbasov müasir kənd təsərrüfatının inkişafında mühüm rol oynayan innovativ texnologiyalara həsr olunmuş elmi sessiyada çıxış ediblər. Professor Matteo Vittuari həm də konfransın moderatoru kimi çıxış edib.
Məruzələrdə yüksək məhsuldarlıqlı genetik sekvensləmə, bioinformatika və CRISPR-Cas9 gen redaktəsi texnologiyaları, həmçinin bu üsulların ekstremal iqlim şəraitinə və yeni yaranan xəstəliklərə davamlı bitki sortlarının yaradılmasını sürətləndirmək potensialı diqqətə çatdırılıb.
Elmi sessiyalardan öncə və sonra çıxış edən Tahir Gözel regionun kənd təsərrüfatının üzləşdiyi kommersiya və strateji çağırışlara toxunub. O bildirib ki, beynəlxalq toxum istehsalçıları əsasən yüksək texnologiyalı, avtomatlaşdırılmış istixanalar üçün məhsuldar sortlar hazırladıqları halda, yerli fermerlərin əhəmiyyətli hissəsi orta və aşağı texnoloji səviyyəli təsərrüfatlarda fəaliyyət göstərir. Bu isə yerli şəraitə uyğunlaşdırılmış, davamlı toxum sortlarına ehtiyacı artırır.
Mövcud ehtiyacların qarşılanması istiqamətində “Gözel Seeds” şirkətinin Türkiyədə həyata keçirdiyi investisiyalardan danışan Tahir Gözel double haploid (DH) texnologiyası üzrə ixtisaslaşmış laboratoriyanın və qabaqcıl molekulyar marker laboratoriyasının yaradılmasını xüsusi vurğulayıb. O, həmçinin mürəkkəb genom məlumatlarının təhlilində maşın öyrənməsi texnologiyalarının artan roluna diqqət çəkib. Biotexnologiyanın tətbiqinin heyvandarlıq sahəsini də əhatə etməsinin vacibliyini bildirərək, yerli şəraitə uyğun südlük mal-qara cinslərinin yetişdirilməsinin əhəmiyyətini qeyd edib.
Bu elmi və texnoloji nailiyyətləri ölkənin inkişaf perspektivləri ilə əlaqələndirən Gözel kənd təsərrüfatında özünütəminatın gücləndirilməsinin dövlət suverenliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb:
“Elmi kəşflərin yeni üfüqlərini araşdırmaq müasir sahibkarların ən böyük məsuliyyətidir.”
Konfransdan sonra ADA Universitetinin nümayəndəliyi, Türkiyədən gələn alimlər və Gözel Seeds nümayəndələri arasında Bakıda 10-14 günlük birgə yay məktəbinin təşkili imkanları müzakirə olunub. Aparıcı alimlərlə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan bu təşəbbüs tələbələrin qabaqcıl tədqiqat texnologiyaları ilə tanış olmasına, ixtisas biliklərini dərinləşdirməsinə və beynəlxalq akademik təcrübədən faydalanmasına şərait yaratmağı hədəfləyir.
Qeyd edək ki, beynəlxalq miqyasda bitkilərin seleksiyası və toxumçuluq fəaliyyəti ilə məşğul olan “Gözel Seeds” öz tədqiqatlarında molekulyar marker texnologiyaları, genetik analizlər və “double haploid” (DH) kimi qabaqcıl bitki seleksiyası üsullarından istifadə edir. Şirkət malik olduğu texnoloji bilik və tədqiqat təcrübəsinə əsaslanaraq, müasir seleksiya texnologiyalarının tətbiqini və ixtisaslaşmış bilik mübadiləsini təşviq etməklə Azərbaycanın elmi və aqrar inkişafına töhfə verməyi hədəfləyir.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
8 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
8 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
8 saat əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
10 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
























