Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Bank Respublika böyüyür – AccessBank-ın bütün səhmləri aldı. Birləşmə başa çatanadək hər iki bank mövcud brendləri altında fəaliyyətini davam etdirərəklər.Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb.
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əldə edib, AccessBank-ın əvvəlki səhmdarları isə Bank Respublikanın yeni emissiya edilmiş imtiyazlı səhmlərini əldə edərək Bankın səhmdarları sırasına daxil olublar.
Əqdin başa çatması iki bankın maliyyə potensialını, peşəkar təcrübəsini və bir-birini tamamlayan biznes modellərini bir araya gətirərək onların inkişafında mühüm mərhələ olub. Növbəti mərhələdə hüquqi və əməliyyat baxımından birləşmə nəticəsində Bank Respublika brendi altında Azərbaycanın ən böyük banklarından biri formalaşacaq.
Birləşmə başa çatanadək hər iki bank mövcud brendləri altında fəaliyyətini davam etdirərək müştərilərə fasiləsiz xidmət göstərilməsini, müştərilər və tərəfdaşlar qarşısında bütün öhdəliklərin yerinə yetirilməsini təmin edəcək.
Birləşməyə hazırlıq çərçivəsində AccessBank-ın İdarə Heyətinə Tariyel İsmayılov rəhbərlik edəcək və o, daha sonra birləşmiş bankın İdarə Heyətinin sədri olacaq. Bank Respublikanın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Aslan Abasova həvalə olunub.
Birləşmə bankın maliyyə mövqelərini möhkəmləndirməyə, biznesin maliyyələşdirilməsi imkanlarını genişləndirməyə, əməliyyat səmərəliliyini artırmağa, rəqəmsal xidmət kanallarının inkişafını sürətləndirməyə və bank xidmətlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Əqdin başa çatmasını şərh edən Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
“Bu irimiqyaslı əqdin uğurla başa çatması Azərbaycanda əlverişli investisiya mühitinin, bank sektorunun dayanıqlılığının və beynəlxalq investorların onun perspektivlərinə etimadının göstəricisidir. Biz əminik ki, iki bankın potensialının birləşdirilməsi ölkənin maliyyə bazarının gələcək inkişafında mühüm addım olacaq.
Azərbaycan Mərkəzi Bankına, hər iki bankın səhmdarlarına, müştərilərimizə, tərəfdaş banklara, beynəlxalq maliyyə institutlarına və əqdin bütün iştirakçılarına proses boyunca göstərdikləri etimada, konstruktiv əməkdaşlığa və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 22 saat sonra
-
15 d. əvvəl
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
- 21 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Avstraliya faiz dərəcəsini son 18 ilin ən yüksək səviyyəsinə qaldırdı – İnflyasiya ilə mübarizə sərtləşir
ABŞ-dan Avropaya mayeləşdirilmiş qaz ixracı kəskin artdı – Qiymətlər son illərin ən yüksək səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Apple -ın ilik gəliri rekord qırıb - 479 milyard dollar
Apple rekord gəlir açıqladı, lakin səhmləri ucuzlaşdı – Şirkətin mənfəət marjası ilə bağlı proqnozu investorları məyus etdi
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar ®
Pezeşkian: Ali Rəhbər ABŞ-la münaqişəni dialoq yolu ilə həll etmək üçün hökumətə səlahiyyət verib
Ağdamdan Kanadaya çəkmə ixracı — 3500 cütdən çox sifariş alınıb





















