Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL-ın Bakı–İstanbul uçuşlarında dəyişiklik – Yeni plan yanvarın 4-dən tətbiq oluna bilər

AZAL Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı ilə həyata keçirəcək. AZAL-ın Sabiha Gökçen reysləri dayandırılır – Bütün uçuşlar İstanbul Beynəlxalq Hava Limanında (IST) cəmləşəcək.
AzVak-mobil_resmin_ustu_31
AZAL-ın Bakı–İstanbul uçuşlarında dəyişiklik – Yeni plan yanvarın 4-dən tətbiq oluna bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Məlumata görə, bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur.

“Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə AZAL-ın yeni ildən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşları dayandıracağı barədə məlumatlar yayılıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

AZAL Azərbaycan Hava Yolları Bakı–İstanbul reysləri İstanbul Beynəlxalq Hava Limanı IST Sabiha Gökçen Hava Limanı AZAL İstanbul uçuşları 4 yanvar 2027
16.11.2026 09:30
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar