970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BOKT “International”ın illik 15%-lik istiqrazları tam yerləşdirilib – 50 investor 1 milyon manatlıq sifariş verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT “International”ın illik 15%-lik istiqrazları tam yerləşdirilib – 50 investor 1 milyon manatlıq sifariş verib
iç səhifə xəbər şəkil altı (mobil)_32

BOKT “International” ASC-nin 1 milyon manatlıq istiqraz buraxılışı Bakı Fond Birjasında (BFB) tam yerləşdirilib. Hərracda 50 investor 50 sifariş təqdim edib.

Marja.az Bakı Fond Birjasının açıqlamasına istinadən xəbər verir ki, istiqrazların yerləşdirilməsi üzrə rəqabətli hərrac 16 noyabr 2026-cı ildə yekunlaşıb. Nominal qiymətlə sifarişlərin ümumi həcmi 1 milyon manat təşkil edib və buraxılışın həcminə bərabər olub.

Bütün istiqrazlar 100 manata satılıb

Hərracda 10 min ədəd istiqraz yerləşdirilib. Minimal, maksimal, kəsmə və ortaçəkili qiymət hər istiqraz üzrə 100 manat, həmin qiymətə uyğun illik gəlirlilik isə 15% təşkil edib.

İstiqrazların tədavül müddəti 24 aydır. Hesablanmış faizlər buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək. İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlıdır. Buraxılışın ISIN kodu AZ2060021022, anderrayteri isə “PAŞA Kapital İ.Ş.” QSC-dir.

İstiqrazlar Standart Bazar seqmentinə alınır

BFB-nin Listinq Komitəsi istiqrazların ticarətə buraxılmasına 26 oktyabr 2026-cı ildə icazə verib. Birjanın açıqlamasına görə, hərracın nəticələri listinq qaydalarının 4.6-cı bəndinin tələblərinə cavab verdiyi üçün istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

BOKT International istiqrazları Bakı Fond Birjası 15 faizli istiqraz 1 milyon manatlıq istiqraz buraxılışı istiqraz hərracı AZ2060021022 PAŞA Kapital Standart Bazar Listinq seqmenti istiqraz üzrə faiz ödənişi
16.11.2026 15:01
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar