970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“AllAllFinance” səhmlərini satışa çıxarır – 205 min manat cəlb edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AllAllFinance” səhmlərini satışa çıxarır – 205 min manat cəlb edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AllAllFinance” ASC səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə hazırlaşır. Şirkət hər birinin ilkin satış qiyməti 410 manat olan 500 ədəd səhm təklif edəcək.

Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, səhmlərin ümumi buraxılış həcmi 205 min manat təşkil edir.

Reklam_3_11

BFB-nin Listinq Komitəsinin 23 noyabr 2026-cı il tarixli qərarı ilə “AllAllFinance” ASC-nin səhmlərinin ticarətə buraxılmasına icazə verilib.

Şirkətin səhmlərinə abunə yazılışı 25 noyabr 2026-cı il tarixində başlayacaq və dekabrın 4-dək davam edəcək. Qiymətli kağızların yerləşdirilməsi isə dekabrın 7-də həyata keçiriləcək.

Emissiya çərçivəsində 500 ədəd sənədsiz, adlı, adi səhm satışa çıxarılacaq. Hər bir səhmin ilkin ticarət qiyməti 410 manat müəyyən edilib.

Səhmlərin dövlət qeydiyyat nömrəsi (ISIN) AZ1001028666-dır.

Yerləşdirmə kütləvi təklif və abunə yazılışı üsulu ilə həyata keçiriləcək.

Emissiya üzrə anderrayter “Troni İnvestisiya Şirkəti” QSC olacaq.

Beləliklə, bütün səhmlər təklif olunan qiymətlə yerləşdirilərsə, “AllAllFinance” ASC kapital bazarı vasitəsilə 205 min manat vəsait cəlb edəcək.

AllAllFinance ASC AllAllFinance səhmləri Bakı Fond Birjası BFB səhmlərin yerləşdirilməsi səhm emissiyası 410 manatlıq səhm 205 min manatlıq səhm buraxılışı Troni İnvestisiya Şirkəti qiymətli kağızlar bazarı səhmlərə abunə yazılışı kapital bazarı Azərbaycanda investisiya səhm alışı 2026-cı il səhm emissiyası.
23.11.2026 16:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar