“AzRusTrans” şirkətin şəxsi vaqon parkını formalaşdıracaq
“Azərbaycan Dəmi Yolları” QSC və “Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş “AzRusTrans” QSC 10 oktyabr 2016-cı ildən fəaliyyətə başlayıb. Bu, dövlət və özəl sektoru arasında formalaşmış unikal təcrübə kifayət qədər müsbət nəticələr verdı, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü oldu və meşə məhsulları tədarükü bazarındada öz yerini tutdu.
“Azərbaycan Dəmi Yolları”ndan “Marja”ya daxil olmuş məlumata görə, bir il fəaliyyəti ərzində şirkət 415 000 ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşəməhsullarının tədarükünü həyata keçirib.
“AzrusTrans” şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması oldu. Daşımalar yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması gözlənilən Bakı-Tbilisi-Kars dəmir yolu işə düşdükdən sonra isə, Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tbilisi-Kars dəmir yolu xəttinin istifadəyə verilməsi Turkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var, belə ki, hər il Rusiyadan Türkiyəyə 4 mln ton taxl vətaxıl məhsulları və əlavə 2 mln ton taxıl istehsalı üçün xam mal tədarük olunur. "AzRusTrans" şirkəti artıq bu istiqamətdə həyata keçirmək üçün yeni lahiyələr hazırlayır.
Hal-hazırda Astara ərazinidə taxıl terminalının tikinti lahıyəsi üzrə işlər aparılır, lahiyə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İrana birbaşa xətti ilə və daha az xərclərlə taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yolu Xəzər dənizidir – Həştərxan və Mahaçkala limanları. Bu limanlarda hazırda ildə 1,6 mln ton yük yüklənir, və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını dahada möhkəmləndirəcək.
Baxmayaraq ki, “AzRusTrans” əsasən taxl və taxıl məhsullarının tədarükünü həyata keçirir, həmçinin “Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gəlləəcəkdə isə Türkiyəyəərazisinə də tədarükünü həyata keçirəcək.
Gürcüstan istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün AzRusTrans şirkəti amerikanın "Bunge Limited" və İsveçrənin "Glencore International AG" şirkətləri ilə əməkdaşlıq edirdi. Lakin, "Bunge Limited" şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, şirkət, yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparır. Gürcüstan istiqamətində daşımalar, Azərbaycan Dəmir Yolları tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.
"AzRusTrans" şirkətnin fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin formalaşmış vaqon parkıda təmin edir. Hazırda şirkət vaqonları Azərbaycan Dəmir Yolları QSC-dən icarəyə götürür, Rusiya ərazisndə tərəfdaşın olması hesabına isə “AzRusTrans”, Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib.
Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir, bu biznesə əlavə rentabellik vədaxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqeyini tutmağa imkan yaradacaq.
“AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlırının sayını artıracaq. Hazırda şirkət “Azərbaycan Dəmir Yolları”-nın operatoru qismində 10% yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə, bu rəqəm daha da artırılacaq.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
10 saat əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
10 saat əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
10 saat əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
Ən çox oxunanlar
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
























