"Şəki” hərraca çıxarılır
Mərkəzi Bank (MB) sabiq deputat və biznesmen Fərhad Qəribovun sahibi olduğu “Şəki” restoranının hərraca çıxarılaraq satılması üçün məhkəməyə müraciət edib.
Səbail rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsinə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılıb.
Mərkəzi Bank iddia ərizəsində F.Qəribovun oğlu Zöhrab Qəribovu cavabdeh şəxs kimi qoyub və qeyd edilib ki, Z.Qəribova məxsus olan "Debüt Kommersiya Bankı" ASC-yə 2007-2008-ci illərdə 3 dəfə verilən 7 milyon manat məbləğində kreditdən ümumilikdə 3 milyon 215 min 65 manat əsas və 581 min 992 manat faiz borcu qalıb. Z.Qəribov kredit üçün Nərimanov rayonu, Əhməd Rəcəbli 38a ünvanında yerləşən “Şəki” restoranı və ona bitişik yarımtikilini girov qoyub. AMB də ərizəsində kredit borcunun ödənilməsi üçün ipoteka yüklü edilən həmin obyektə yönəldilməsini, restoranın açıq hərracla satışa çıxarılaraq satılmasını və əldə edilən vəsait hesabına borcun ödənilməsini istəyib.
2010-cu il dekabrın 15-də 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarı ilə "Debüt Kommersiya Bankı" ASC müflis elan olunub, ləğvedicisi isə bankın vəsaitinin olmaması səbəbindən borcu ödəyə bilməyib. Qəribovların dövlətdən aldığı 7 milyon manat bankın xəzinəsində tapılmayıb. 2016-cı ilin III rübü üzrə təzələnmiş siyahıya əsasən Mərkəzi Bankın “Debüt” KB ASC-yə qarşı qeydə alınmış kreditor tələbi 4 milyon 921 min 922 manat və 51 min 779 manat ABŞ dolları məbləği təşkil edib.
Mərkəzi Bankın bu iddiasından sonra Zöhrab Qəribov da məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsi verib və kredit müqavilələrində adıçəkilən obyektin 2008-ci ilin oktyabrın 8-nə kimi ipotekada qalmasının nəzərdə tutulduğunu qeyd edib. İddia edib ki buna görə də həmin əmlak "Debüt Kommersiya Bankı" ASC tərəfindən ödənilməyən kredit borcunun təminatı kimi çıxış edə bilməz.
Həmçinin Z.Qəribov bildirib ki, 2011-ci ildə ona bildiriş təqdim edildiyində borcunu ödəməzsə, 30 gün ərzində məhkəməyə müraciət ediləcəyi qeyd edilib. O, AMB-nin 5 il sonra məhkəməyə müraciət etməsini, iddia müddətinin ötürülməsi kimi qiymətləndirib.
AMB isə bu iddiaya cavab olaraq qeyd edib ki, Mülki Məcəllənin 380-ci maddəsinə görə borclu şəxs borcunu etiraf edərsə iddia müddətinin axımı kəsilir. Z.Qəribov da 2011-ci ilin aprelin 19-da borcun “Şəki” restoranının yerləşdiyi obyektin üzərinə yönəldilməsi barədə razılaşma imzalayıb. Həmin vaxt 3 kredit müqaviləsi üzrə 6 milyon 649 min 907 manat borcu qaldığını etiraf edib. 2016-ci ilin noyabrın 22-də isə 2007-ci il 24 dekabrında götürdüyü kredit borcuna görə 45 min manat ödəniş edib.
Bu illər ərzində Mərkəzi Bank bir neçə dəfə “Şəki” restoranının açıq hərracla satılması üçün hərəkətə keçsə də, Qəribovlar satışın müəyyən müddət təxirə salınmasını xahiş edərək borcu ödəyəcəklərini vəd ediblər. Buna görə də məhkəmə iddiası gecikdirilib.
Hər iki iddia ərizəsi üzrə iş baxışa təyin edilib. Cavabdeh Z.Qəribov məhkəmə baxışının vaxtı və yeri haqqında xəbərdar olmasına baxmayaraq, məhkəmədə iştirak etməyib və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməyib. Bu səbəbdən işə onun iştirakı olmadan baxılıb.
Bütün bunlar araşdırıldıqdan sonra məhkəmə qərarını verib. Mərkəzi Bankın iddiası təmin edilib.Qərarda qeyd edilib ki, “Debüt Bank”ın MB-yə olan kredit borunun ödənilməsi “Şəki” restoranının yerləşdiyi 640 kvadratmetrlik obyekt və ona bitişik 11 kvadratmetrlik yarımtikiliyə yönəldilsin. Hər iki obyekt açıq hərracla satışa çıxarılmalı və əldə edilən məbləğlə borc ödənilməli, qalan pul isə Z.Qəribova qaytarılmaldır.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
-
2 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
11 d. əvvəl
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
-
-
1 saat əvvəl
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Güclü yağış nəticəsində 2100 hektara əkinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb
-
2 saat əvvəl
25 dərəcəyədək isti gözlənilir - Aprelin 2-ə olan hava proqnozu
-
2 saat əvvəl
İnvestisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon manatdan çoxdur
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
Hacıqabul Sənaye Parkında yeni şirkət - 15 MİLYON MANATLIQ LAYİHƏ
Güclü yağış nəticəsində 2100 hektara əkinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb
İnvestisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb
"Expressbank"ın İdarə Heyətinə YENİ TƏYİNAT
Ən çox oxunanlar
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon manatdan çoxdur
Azərbaycanın sığorta bazarı kiçilib
Aprel ayının hava proqnozu açıqlanıb
Mərkəzi Bank: Növbəti qərar sabah saat 11:00-da açıqlanacaq
Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib



















