Azərbaycanlının dünyada analoqu olmayan layihəsi beynəlxalq konfransda!
Azərbaycanda start götürən “Onbranch” layihəsi Türkiyədə keçirilən “Startap İstanbul” beynəlxalq konfransında iştirak edib.
Dörd gün davam edən “Startap İstanbul” konfransı startapların inkişafı ilə məşğul olan Türkiyə şirkətləri tərəfindən bir çox ölkələrin İT sferasında işləyən aparıcı şəxsləri və onların layihələrini eyni məkanda birləşdirmək məqsədi ilə təşkil edilib. Konfransda 40-a yaxın ölkə iştirak edib, Yaxın Şərq, Asiya ölkələri, Ukranya, Rusiya, hətta Qərb ölkələrindən də iştirakçılar olub.
Tədbir həmçinin yarış xarakterli olub. Konfransa 20 minə yaxın startap layihəsi təqdim olunsa da, onlardan 100-ü final mərhələsinə seçilib və təsisçilər tədbirə dəvət olunub.
Konfransda müasir texnologiyalar ilə bağlı müxtəlif çıxışlar, panel müzakirələri olub. Bundan əlavə, seçilən layihələrin hər birinin təqdimatı keçirilib.
Azərbaycanın konfransda yeganə təmsilçisi “Onbranch” layihəsi olub. “Onbranch” layihəsi barədə təsisçisi Elçin Əskərov təqdimatla çıxış edib.
O, “Onbranch” sosial paylaşım platformasının yaradılmasının əsas məqsədinin eyni məkanda olan insanları birləşdirmək olduğunu deyib.
“Onbranch”ın üstünlüklərindən danışan E.Əskərov bu unikal layihənin dünyada analoqu olmadığını bildirib:
"Tətbiqetmənin digər üstünlüyü bir məkana daxil olarkən ətrafdakı insanlarla ünsiyyət yaratmaq üçün onların real oturduğu hər hansı məkanda real koordinatları görməkdən ibarətdir. Məsələn, proqram iki şəxsdə varsa, eyni məkana daxil olarkən onlar bir-birilə ünsiyyət yarada bilərlər”.
"Onbranch”a qoşulan məkanların özləri üçün ayrıca mobil tətbiq (application) sifariş etmələrinə, həmçinin onlayn sifariş sisteminə artıq xərc çəkməsinə heç bir zərurət qalmır. Müxtəlif kateqoriyalara aid olan məkanların sahibləri “Onbranch” vasitəsilə öz biznesini inkişaf etdirə və müştərilərinə yeni xidmət çeşidlərini təklif edə biləcəklər. İstənilən kafe, restoran, əyləncə mərkəzi, universitet, kitabxana və ya hər hansı digər məkanın səhifəsi qeydiyyatdan keçməklə vahid virtual sistemin tərkib hissəsi olacaq. Bu sistemə təkcə qapalı məkanları deyil, həmçinin açıq havada olan əraziləri də eyni qaydada qoşmaq mümkündür.
“Onbranch” istənilən məkan üçün onun həqiqi interyerini və eksteryerini əks etdirən xüsusi üçölçülü qrafik xəritənin yığılmasını da təmin edir.
İki ilə yaxın müddətdə hazırlanan bu platforma vasitəsilə istənilən məkanın idarəçisi ziyarətçilərini tanımaq, onlara real həyatda təqdim olunan xidmətləri vahid virtual zonada təqdim etmək, ziyarətçilərlə istər ümumi, istərsə də fərdi qaydada daha sıx və interaktiv ünsiyyət qurmaqla onlara məlumatları daha tez və daha fərqli şəkildə çatdırmaq kimi unikal imkanlar qazanır.
Müştərilərin xəbərləri
PAŞA Holding dünyaca məşhur şəxsləri Bakıya gətirir: Adlar açıqlandı - Mariya Şarapova, Mo Qavdat, Qreq Hoffman, Coel Mokir...
İsi Mustafayev: “PAŞA Kapital”ın ambisiyası yalnız böyümək deyil, bazarın inkişafına istiqamət verməkdir - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
3 d. əvvəl
İlon Maskın SpaceX şirkəti zərərdən 4,4 milyard dollar mənfəətə keçdi – Gəlirlər 161% artıb
-
21 d. əvvəl
Bank 1 milyard manatlıq hədəfini açıqladı – "Orta hesabla hər dəqiqəyə ən azı 1 kredit veririk"
- 28 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Azərbaycan şirkəti Əfqanıstanda yeni mağaza açdı - “Made in Azerbaijan” məhsulları Əfqanıstan bazarında
Bu həftəsonu Bakıda böyük əyləncə olacaq: Giriş və konsertlər pulsuzdur - Aygün Kazımova və digər məşhurlar səhnəyə çıxacaqlar
Bakıda yeni orqanik kənd məhsulları mağazası açılıb
Ən çox oxunanlar
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Süni intellekt nəhəngi 750 milyard dollar xərcləməyə hazırlaşır – 6 ayda 80,7 milyard dollar zərər edib
Tramp: İranla müharibə çox yaxın zamanda başa çatacaq, neft qiymətləri kəskin düşəcək
“PAŞA Kapital” aktivlərin və sərvətin idarə edilməsi xidmətlərini göstərməyi planlaşdırır
Rəsmi məzənnələr açıqlandı
İsi Mustafayev: “PAŞA Kapital”ın ambisiyası yalnız böyümək deyil, bazarın inkişafına istiqamət verməkdir - MÜSAHİBƏ
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?




















