Bakıda “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” adlı Konfrans keçiriləcək
Gələn ilin aprel ayında Bakıda MDB və regional bankların iştirakı ilə “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” adlı Konfransın keçirilməsi planlaşdırılır.
Tədbir Türkiyənin bank innovasiyaları üzrə lideri Denizbank (Sberbank), VİSA, Intertech (Sberbank) və dünyanın nüfuzlu kibertəhlükəsizlik və anti-virus şirkətlərindən biri hesab olunan “Kasperski Laboratoriyası” şirkətlərinin dəstəyi və FA International Trade Events (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.
Konfrans Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına istinad olaraq Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir. Maliyyə sektoru və ölkə iqtisadiyyatı xarici innovativ bankların, maliyyə texnologiya şirkətlərinin qlobal “nou-hau”, xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaqdır.
Tədbirdə Azərbaycan bank və maliyyə qurumlarının rəhbərləri ilə yanaşı Gürcüstan, Rusiya, Qazaxıstan və Qırğızıstan mərkəzi banklarının nümayəndələrinin və MDB və Avropa ölkələrinin banklarının rəhbər heyətinin iştirakı gözlənilir. Azərbaycanın bank sistemində bu istiqamətdə həyata keçirilmiş tədbirlər, cari vəziyyət, yerli bank və maliyyə qurumlarının rəhbərləri tərəfindən geniş müzakirə olunacaqdır.
Konfransda rəqəmsal bankçılıq ona keçid və gələcək imkanları haqda Denizbank(Sberbank), İBM, TEB-BNP Paribas (Türkiyə Ekonomi Bankası), UBİQ innovations, KüveytTürk və başqa bankların məsul şəxslərinin çıxışları olacaqdır. Kibertəhlükəsizlik, internet və mobil bankçılıq təhlükəsizliyi, ATM təhlükəsizliyi sahəsində müasir tədbirləri barədə ORACLE maliyyə xidmətləri, Microsoft, Paypal, İntertech (Sberbank), KOD-A, Fit Solutions, Kasperski Labaratoriyaları və b. şirkətlərindən olan spikerlər çıxış edəcəkdir. Çıxışlar dəyirmi masa müzakirələri və iştirakçıların suallarına cavablar şəklində tamamlanacaqdır.
Həmçinin maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaqdır. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı Unionpay, AliPAY(ALİBABA), VİSA, Mastercard kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.
Belə bir regional maliyyə tədbirinin məhz Azərbaycanda keçirilməsi qeyri-neft sektorunda həyata keçirilən uğurlu islahatların nəticəsidir. Maliyyə sektorunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması Azərbaycanı regionun maliyyə mərkəzinə çevirəcək strategiyanı mümkün edir. Tədbir barədə ətraflı məlumatı www.dbs-conference.org saytından ala bilərsiniz.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Ən çox oxunanlar
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır

























