ExpressPay ilə DYP cərimələrinin ödənişi 9 dəfə artıb
Dövlət Yol Polisi ödənişlərini ExpressPay ödəniş terminalları vasitəsilə ödəmək daha rahatdır.
Belə ki, ExpressPay həm sürücülər, həm də piyadalar üçün yol polisi cərimələrinin operativ ödəniş imkanını təmin edir. ExpressPay ilə DYP ödənişlərinin daha rahat olması öz əksini artan statistikada da tapır:
Təhlil göstərir ki, ExpressPay ilə DYP cərimələrin ödənişi ötən il ilə müqayisədə 9 dəfə artmışdır!
24 saat xidmətinizdə olan, ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzləri, biznes plazalar, iri marketlər, yanacaqdoldurma məntəqələri, metro stansiyalarında quraşdırılmış yüzlərlə ExpressPay ödəniş terminalları ilə günün istənilən vaxtı nəinki dyp cərimələrinizi, həm də bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlərinizi rahat və sürətli ödəyə bilərsiniz. Ödənişlər dərhal həyata keçir və müştəriyə qəbz təqdim olunur.
Ümumiyyətlə, ExpressPay hazırda Bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla, müştərilərə müxtəlif növ dövlət ödənişlərini həyata keçirməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, vergi və s. kimi dövlət rüsumlarını ExpressPay terminalları vasitəsilə ödəyə bilərlər. Ümumilikdə, ExpressPay terminalları ilə 120-dən çox dövlət xidməti üzrə ödəniş etmək mümkündür.
"Expressbank"ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Ən çox oxunanlar
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır























