Tovuz və Bərdə sakinlərinə müjdə!
“Ofisait” mağazalar şəbəkəsi 9 noyabr-dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir.
Keyfiyyətli ofis və məktəb ləvazimatlarının satışını təşkil edən “Ofisait” mağazalar şəbəkəsinin sayı sürətlə artmaqdadır.
Şəbəkədən "Marja"ya daxil olmuş məlumata görə, bu gün Tovuz şəhərində “Ofisait”in yeni filialı istifadəyə verilib.
Təntənəli açılış mərasimində bildirilib ki, noyabrın sonunadək xüsusi endirimlər və kampaniyalar davam etdiriləcək. Sabah- 10 noyabr tarixi saat 11:00-da isə Bərdə şəhərində 310 kv.metr sahəsi olan növbəti mağaza yerli əhalinin istifadəsinə veriləcək.
Qeyd edək ki, hazırda Bakı, Abşeron, o cümlədən Sumqayıt və Lənkəran şəhərlərində “Ofisait” mağazalar şəbəkəsinin 20-dən artıq filialı fəaliyyət göstərir. Yaxın gələcəkdə daha çox həmvətənlimizin topdan satış qiymətinə pərakəndə ofis və məktəb ləvazimatı əldə edə bilməsi üçün Bakı və Abşeronda “Ofisait”in filiallarının sayı artırılacaq, həmçinin respublikamızın digər rayonlarında yeni mağazaların açılmasına nail olunacaq.
Ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdən internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Dəftərxana, ofis, məktəb ləvazimatları, mətbəx və ev əşyaları, elektronik əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitablar və s. məhsulların bir ünvanda toplandığı “Ofisait” mağazalar şəbəkəsində OYAL, ASSİS, QUİCKS, Cassa, SilSil, Boltexno, Frauzen, Hansbur, Samuray, Zyklen və s. markaları əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq

























