Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın dəniz məhsulları kafe və fast-fudu açıldı - QLOBAL BREND OLMAĞI HƏDƏFLƏYİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın dəniz məhsulları kafe və fast-fudu açıldı  - QLOBAL BREND OLMAĞI HƏDƏFLƏYİR

“Fish Port seafood cafe" Azərbaycanın qlobal brendi olmağı qarşısına məqsəd qoyub


 

1901-ci ildə tikilmiş “Köhnə Passaj” bazarı ötən il bərpa edildikdən sonra keçmiş şöhrətini geri qaytarmağa çalışır. Turistlərin və yerli insanların böyük marağına səbəb olan “Passaj Bazarı” mükəmməl üslubda təmirdən çıxmış, “Passaj 1901” adı altında yeni fəaliyyətinə başlamışdır. Ərazisində iaşə obyektləri istifadəyə verilib, burada canlı musiqi, restoranlar, cofe house, rəqs məktəbi, yaradıcılıq mərkəzləri, toxuculuq, turizm, bərbər studio, uşaqlar ücün oyun yeri, moda evi və s. obyektlər fəaliyyət göstərir.

 

“Marja”nın məlumatına görə, Noyabrın 25-da “Passaj 1901”də dəniz məhsulları yeməkləri təqdim edən “Fish Port” seafood cafe fəaliyyətə başlayıb. “Passaj 1901” Bakının mərkəzində, Nigar Rəfibəyli küç., 12/14 ünvanında (Daxili İşlər Nazirliyinin yanında, “City Centre” ilə üzbəüz) yerləşir.

 

80-DƏN ARTIQ ÇEŞİD

 

“Fish Port seafood cafe”sin sahibi Tural Məmmədov “Marja”ya bildirdi ki, eyni anda 50 nəfərə xidmət göstərə bilən kafe 80-dən artıq çeşiddə təamlar təklif edir:

 

“Fish Port” dəniz məhsullarından hazırlanmış geniş ceşıddə təamları təqdim edir. Menyumuzda 6 çeşiddə salat, 10 çeşiddə soyuq qəlyanaltı, 8 çeşiddə isti qəlyanaltı, 7 çeşiddə balıq şorbası, 6 növ balıq sendiviçi, 2 növ balıq plovu, 16 çeşiddə balıq kababı, yapon mətbəxindən 22 çeşiddə suşi, 5 növbdə pizza yer alır. Bütün təamlar dəniz məhsullarından istifadə edilməklə hazırlanır”.

 

“DƏNİZDƏN YENİ QAYITMIŞ İÇİ BALIQLA DOLU QAYIQ”

 

Balıqda ən çox verilən sualın “Təzədir?” olduğunu deyən Tural Məmmədov sözlərinə belə davam etdi:

 

“Biz insanlarda balığın təzəliyinə dair şübhəni aradan qaldırmaq və bizə inanıb etibar etmələri üçün burda balıqçı qayığı yerləşdirmişik. Gündəlik olaraq təzə ovlanmış balıqları gətirib qayığın içərisində sərgiləyirik ki, insanlar bu balıqların təzəliyini öz gözləri ilə görə bilsinlər. Burdan insanlar həm balıqları alıb evlərinə apara,  həm də bizim kafedə yeyə bilərlər. Biz qayıqdan təzə balığı götürüb müştərilərə bişiririk. Həm də, kafedə  balıq limanı (Fish Port) abu-havası yaratmağa çalışırıq, qayıq kafeyə liman görünüşü verir: İçərisi balıqla dolu qayıq "dənizdən yeni qayıtmışdır" mesajını verir".

 

QİYMƏTLƏR?  

 

Kafenin sahib bildirdi ki, qiymətlər həddən artıq münasibdir: “Birincisi məhsulların 90%-i özümüzə aid olduğundan maya dəyərimiz aşağıdır. Ortada heç bir vasitəci yoxdur. Necə deyərlər, dənizdən birbaşa süfrəyə!

 

Məsəslən, Kilkə Fri 2.50 manata, balıq cubuqları 3.90 manata, Uxa şorbası 3.50 manata, Çörəkarası balıq 3 manata, Forel balığının kababı 9 manata təklif olunur.

 

“Fish Port” 2 konseptə bölünür.

 

1.”Seafood cafe”

2.”Seafood fast food”

 

“Biz burda “Seafood cafe” konseptində kafeni məkanın uyğun olması və müştəriləri geniş ceşid təqdim edilməsi ücün açdıq",- iş adamı əlavə etdi.

 

Tural Məmmədov bildirdi ki, yaxın ərazilərə kuryer ilə çatdırılma xidməti mövcuddur. Gələcəkdə Bakının bir neçə nöqtəsində “Fish Port” açıldıqdan sonra çatdırılma xidmətinin əhatə dairəsi genişlənəcəkdir.

 

ŞÖBƏLƏRİN SAYI FRANÇAYZİNQ ÜSULU İLƏ ARTIRILACAQ

 

Françayzinq – bir şirkətin əmtəə nişanının, firma texnologiyalarının, idarəetmə sisteminin istifadə etmə hüququnu müəyyən şərtlərlə başqa şirkətlərə satışı və ya müvəqqəti təqdim edilməsidir. Burada hüququ verən tərəf – françayzer, hüququ alan tərəf isə - françayzi anlanır. Bu tərəflər kommersiya təşkilatları və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar olar bilər.

 

İş adamı ilə kafenin şəbəkləşməsi barədə də danışdıq. Tural Məmmədov bildirdi ki, 2018-ci ildən “Fish Port seafood cafe"sinin sayının əsasən françayzinq üsulu ilə artırılması qarşıya məqsəd qoyulub:

 

“İnvestorlara Bakıda, Gəncədə,Sumqayıtda, digər böyük şəhərlərimizdə və xarici ölkələrdə “Fish Port seafood cafe"sinin açılması üçün françayzinq verməyi planlaşdırırıq. “Fish Port” adını verməkdə də əsas məqsəd xarici bazarlara çıxmaqdır. Bizim balıq biznesində böyük təcrübəmiz və imkanlarımız var. “Fish Port seafood cafe”nin françayizi olmaq istəyən şəxslərə françayzinq standartları təqdim olunacaqdır. Bu standartlara - məkanın seçılməsi, təmir, reklam, xam malın təciz edilməsi, personal təlimi və s.daxildir. Biz MDB və digər ölkələrin bazarlarında bu konsepsiyanı araşdırmağa başlayanda xeyli sayda iş adamlarında böyük marağına səbəb olduğunun şahidi olduq”.

 

“Fish Port seafood cafe"nin francayzinq layihəsi restoran sahibi olmaq istəyən investorlar üçün göydəndüşmə ola bilər. Çünki “Fish Port” ideya deyil, artıq mövcuddur:

 

“Bildiyiniz kimi dünyada elə şəbəkələr vardır ki, onların 1 şöbəsi olmadan on minlərlə francayzinq restoranlar şəbəkəsi vardır. Buranı açmaqda məqsəd, məhz, müştərilərin istəklərini öyrənmək, qarşıya çıxacaq nöqsanların üzərində işləyərək, mükəmməl bir şəbəkə halına gətirməkdir. Bunun ücün müştərilərimizin fikirlərini öyrənmək ücün hər bir müştəridən hazırladığımız sorğu blanklarımızda yeməkdən sonra fikirlərini bildirmələrini xahiş etmişik. Qarşıya qoyduğumuz məqsədə çatmaq üçün, müştərilərin fikirlərinə ehtiyacımız var. Hər birinizi yeni məkanımızda görməkdən məmnun olardıq”.

27.11.2017 07:50

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ