Banklar borclular barədə məlumatları daha tez əldə edəcəklər
“Azərbaycanda bankların “Elektron icra” sisteminə inteqrasiya olunaraq qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi məhkəmə qərarlarının daha da çevik icrasına, kredit borcu olan şəxsin mövcud hesabları barədə məlumatın tez zamanda əldə olunmasına, həmçinin iş üzrə tələbkar kimi həmin bankların tərəf olduqları işlər barədə məlumatları elektron formada əldə etməsinə xidmət edəcək”.
Bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin məsləhətçisi Tural Məmmədov deyib.
T.Məmmədov qeyd edib ki, borclu fiziki və hüquqi şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələri, daşınmaz əmlaklar, borcluların məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində “sığortaolunan”, pensiyaçı olub-olmaması, sosial müavinət və ünvanlı dövlət sosial yardımı alıb-almaması barədə habelə, borclu hüquqi şəxslərin “sığortaedən” qismində apardığı ödənişlər, mobil və şəhər telefon nömrələri barədə məlumatların sistem vasitəsilə əldə edilməsi üçün aidiyyəti qurumlara rəsmi müraciət olunub, qarşılıqlı görüşlər keçirilib və müsbət nəticələr əldə olunub: “Hazırda bununla bağlı işlər davam etdirilir. İcra məmurları proqram təminatında tətbiq edilmiş məhdudiyyət əsasında yalnız borclu fiziki və hüquqi şəxslər barədə bu məlumatları əldə edə biləcək. İnteqrasiya nəticəsində “SMS” vasitəsilə sistemdə borclu fiziki şəxslərin mobil nömrəsinə məhkəmə qərarı üzrə könüllü icra barədə bildirişin elektron göndərilməsi, eyni zamanda tərəflərə icraatın başlanılması barədə məlumatların verilməsi nəzərdə tutulub”.
Baş məsləhətçi əlavə edib ki, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası əhalisinin dövlət reyestri xidmətindən fiziki şəxslərin Fərdi İdentifikasiya Nömrəsinə görə şəxsiyyət vəsiqəsi üzrə məlumatlar “Elektron icra” sisteminə tam şəkildə inteqrasiya olunub və hazırda bütün icra qurumları tərəfindən istifadə edilir: “Bu, məsələn kredit borcu olan şəxs barədə fərdi məlumatların, o cümlədən ümumi mülkiyyətdə olan əmlakının yoxlanılması məqsədilə ailə tərkibi barədə məlumatları tez bir zamanda əldə olunmasına kömək edir. Bu da icra məmurlarına borcluların o cümlədən kredit borcu olan şəxslər barədə qeyd etdiyim məlumatların operativ əldə olunmasına və icranın səmərəliliyinin artırılmasına, vaxta qənaət olunmasına xidmət edəcək. Vergilər Nazirliyindən vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər barədə məlumatların sistem vasitəsilə əldə edilir. Hazırda məlumatların tam ineqrasiyası üçün Ədliyyə Nazirliyi ilə Vergilər Nazirliyi arasında razılaşma əldə olunub”.
© Report
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
9 d. əvvəl
Chery rəhbərindən xəbərdarlıq: “Çinin avtomobil istehsalçılarının təxminən 90 faizi zərərlə işləyir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
- 3 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Neft bazarı üçün mühüm qərar
Rəsmi məzənnələr açıqlandı
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
Qızılın qiyməti bir ilin minimum səviyyəsindən cüzi yüksəlib – Qızıl bazarında 18 ilin ən pis oktyabr ayı
Noyabrın 2-də gözlənilən hava şəraiti
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib

























