SOCAR və "Petrofac" birgə müəssisə yaradır - PAYLAR
Birgə müəssisə beynəlxalq enerji layihələrində çalışan işçilər üçün müasir proqramlar əsasında daha mükəmməl təlim və tədris xidmətləri göstərəcək
Dekabrın 5-də SOCAR Tower-də Petrofac və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə, Birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsini imzalamışlar.
Müqaviləyə əsasən SOCAR-ın səhm payı 51%, Petrofac şirkətinin payı 49% nisbətində müəyyən edilmişdir. Təsis Müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Petrofac-ın Beynəlxalq Mühəndislik və İstehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalamışlar.
Birgə müəssisənin yaradılmasında hər iki şirkətin məqsədi, öz imkanlarından istifadə edərək, neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni Birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək.
Qeyd edək ki, son illərdə SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi OPITO, IOSH və s. kimi dünyanın tanınmış təşkilatların standartlarına uyğun təlimlər həyata keçirməkdədir. Təlimlərin keçirilməsi üçün zəruri olan yüksək keyfiyyətli avadanlıqları quraşdırmaqla yanaşı, SOCAR son illərdə təklif olunan təlim növlərinin əhatə dairəsini dayanmadan genişlənidirir. Petrofac Birgə müəssisənin fəaliyyətinə öz geniş texniki təlim metodikası və rəqəmsal texnologiyaya əsaslanan unikal təlim qurğularının layihələndirilməsi, tikintisi və istifadəsi sahələrində zəngin təcrübəsi ilə töhfə verəcəkdir. Şirkət həmçinin akademik təhsil və istehsalat arasında davamlı əlaqələri daha da dərinləşdirmək məqsədi ilə SƏTƏM, mühəndislik, tikinti, əməliyyat, təmir və qazma sahələrində işçi heyətin bilik, bacarıq və səriştələrinin inkişafı üçün əlavə imkanlar təqdim edəcəkdir.
Təlimlərin təşkilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunacaq. SOCAR ölkənin neft-qaz sənayesində həyata keçirdiyi milliləşdirmə təşəbbüsünü diqqətə alaraq, yeni Birgə müəssisə çərçivəsində müxtəlif layihələrin, o cümlədən SOCAR təlim mərkəzlərinin yaradılması və fəaliyyəti istiqamətində daha əvvəl topladığı təcrübələrini yeni Birgə müəssisə çərçivəsində tam tətbiq edə biləcək.
SOCAR öz rəqabət qabiliyyətini gücləndirərək, beynəlxalq şirkətlərin personalı üçün təlim və sertifikatlaşdırılma xidmətləri həyata keçirmək imkanını əldə edəcək, bununla da sərəncamında olan təlim mərkəzlərinin kommersiya potensialını daha dolğun şəkildə reallaşdıracaqdır. Petrofac şirkəti isə yaradılan birgə müəssisə vasitəsi ilə Azərbaycanda daha dayanıqlı və səmərəli biznes qurmağa nail olacaq.
İmzalanma mərasimində çıxış edən Petrofac Mühəndislik və İstehsalat Xidmətlərinin təlim xidmətləri üzrə qlobal rəhbəri Karim Osserian demişdir: “Petrofac şirkətinin SOCAR tərəfindən tərəfdaş seçilməsi bizim üçün qürurvericidir. Birgə müəssisəmizin yaradılması malik olduğumuz səriştəlikləri, lokal bilikləri və geniş potensiallarımızı bir araya gətirəcək. Bununla da peşə təlimləri sahəsində yeni sıçrayış üçün zəmin yaradılacaq və SOCAR-ın milli kadrların yetişdirilməsi proqramının yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.”
Tədbirdə çıxış edən SOCAR-ın vitse prezidenti Xalik Məmmədov qeyd etmişdir:
“Bu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan növbəti addımdır. Təlim və tədris sahəsində xidmətlər göstərən dünya şöhrətli Petrofac şirkəti ilə əməkdaşlığın qurulmasının həm SOCAR, həm də ölkə sənayesi üçün uğurlu və faydalı olacağına inanırıq. SOCAR-Petrofac BM şirkətlərimizin bu sahədə olan potensiallarının daha dolğun şəkildə reallaşmasına səbəb olacaq. Milli kadrların inkişafına xidmət edən Birgə müəssisəmizin Azərbaycanda və gələcəkdə bütün regionda kadr potensialının artırılması, eləcə də işçi qüvvəsinə olan tələbatın daha dolğun ödənilməsi baxımından dayanıqlı və uğurlu təşəbbüs olacağına əminik”.
Qeyd: Petrofac dünyanın böyük neft və qaz şirkətlərinin servis təminatını həyata keçirən aparıcı beynəlxalq şirkətdir. Şirkət neft və qaz obyektlərinin layihələndirilməsi və tikintisini, fəaliyyətini, istismar və idarə olunmasını həyata keçirir, işçi heyəti üçün təlimlər təşkil edir, istehsalı gücləndirir, öz xidmət potensialından istifadə edərək, kəşfiyyat, hasilat və infrastruktur layihələrini inkişaf etdirir və birgə sərmayə qoyuluşlarında iştirak edir. Petrofac şirkətinin təklif etdiyi xidmətlər müştərilərin neft və qaz sənayesinin dəyər zənciri üzrə bütün tələbatlarını qarşılayır.
Təxminən 13 500 işçisi olan Petrofac Aberdin, Şarca, Abu Dabi, Uokinq, Çennai, Mumbai və Kuala Lumpurda 7 strateji fəaliyyət mərkəzinə malikdir. Şirkətin dünya üzrə daha 24 ofisi fəaliyyət göstərir. Petrofac 12 ildən artıq bir müddətdə (2004-2016) Azərbaycanda BP-nın milliləşdirmə hədəflərinə nail olunmasını dəstəkləmişdir. Bu müddət ərzində şirkət Orta Şərq, Rusiya və Malayziyada texniki tədris obyektlərinin layihələndirilməsi, tikintisi və idarə olunması üzrə layihələrini də davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
-
16 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 16 saat əvvəl
-
16 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
17 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
17 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 25-də gözlənilən hava şəraiti
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)












.jpg)


