Böyük Partlayış nəzəriyyəsi
ReadİT sizi ən məhşur mövzularla maraqlı məqalələr vasitəsilə tanış etməyə davam edir. Bu dəfəki mövzumuz “Böyük Partlayış” nəzəriyyəsidir.
Alimlər təxminən 15 milyard il əvvəl meydana gələn böyük bir partlayışın kainatımızı yaratdığına inanırlar. Həmin dövrdə maddənin, enerjinin, kosmosun və zamanın bir saniyə içərisində yarandığı düşünülür. 15 milyard il əvvəl baş verən həmin hadisədən sonra yüksək miqdarda istilik meydana gəlmişdir.
Kainatın yaranmasına səbəb olan bu hadisə haqqında indi də davam etməkdə olan tədqiqatlar bizə ancaq partlayışdan sonrakı dövrün hadisələri haqqında məlumat verə bilir. Partlayışdan əvvəlki dövrü öyrənmək imkanı olmadığından ona nəyin səbəb olduğunu müəyyənləşdirmək hələ ki mümkün deyil. Belə bir fikir var ki, partlayışın ardınca ilk saniyələrdə kainat noxud boyda olsa da, ardınca hələ də davam edən genişlənmə prosesi başlamışdır. Sıx birləşmiş müxtəlif hissəciklərdən ibarət olan ilkin kainat modelinin istiliyi trilyonlarla ℃ dərəcəyə bərabər olub.
Hal-hazırda kainatda mövcud olan helium nüvələrinin böyük bir hissəsi Böyük Partlayışdan sonrakı 15 dəqiqə ərzində yaranıb. Partlayışdan sonra kainat genişləməyə və soyumağa başladı. İlk növbədə hidrogen və helium (kainatdakı ən geniş yayılmış iki atom) meydana gəldi. Bir milyard il sonra ilk ulduzlar və qalaktikalar, bunun ardınca isə planetlər yaranmağa başladı.
Alimlər yaxın bir neçə qalaktikadan başqa kosmosdakı hər şeyin bizdən sürətlə uzaqlaşdığını müəyyənləşdirib. Bu isə Böyük Partlayışın başlanğıcında özünü göstərən kainatdakı bütün maddələrin və enerjinin bir nöqtədə toplanmasını xatırlatmaqdadır. Kainat sonsuza qədər böyüyə bilər, yaxud da gec-tez böyüməsini dayandıraraq daxilə tərəf darala bilər.
Böyük partlayışdan sonrakı ilk anda yeni yaranan kainatın istiliyi nəticəsində ilk maddələr yaranmağa başladı. Kainat soyuduqca protonlar, neytronlar və elektronlardan ibarət olan sıx bir atom buludu formalaşmışdı. Partlayışdan sonrakı mərhələləri sadə şəkildə aşağıdakı kimi göstərmək olar:
1- Big bang (Böyük Partlayış) meydana gəlir.
2- Bir saniyə sonra istilik azalmağa, protonlar və neytronlar yaranmağa başlayır.
3- Üç dəqiqə sonra protonlar və neytronlar birləşərək hidrogen və helium nüvələrini meydana gətirir.
4- 300.000 il sonra atomların meydana gələ bilməsi üçün elektronlar nüvənin ətrafında fırlanmağa başlayır. Kainat işıqla dolur.
5- Bir milyard il sonra cazibə qüvvəsi maddələri cəzb etməyə başlayır və qalaktikalar meydana gəlir.
6- 15 milyard il sonra fasiləsiz olaraq inkişaf edən kainatımız yaranır.
Bəs Böyük Partlayış nəzəriyyəsini dəstəkləyən əsas sübutlar hansılardır?
- İlk növbədə, hamımız əminik ki, kainatın başlanğıcı olmuşdur.
- İkincisi, qalaktikalar ölçülərinə uyğun bir sürətlə bizdən uzaqlaşırlar. Bu Habbl qanunu adlanır. Qanun 1929-cu ildə bu fenomeni kəşf edən Edvin Habblın (1889-1953) şərəfinə belə adlandırılıb. Həmin qanun kainatın genişlənməsi nəzəriyyəsini dəstəkləyir və kainatın bir zamanlar sıxılmış olması fikrini irəli sürür.
- Üçüncüsü, əgər kainat başlanğıcda böyük partlayış nəzəriyyəsində bildirildiyi kimi çox isti olubsa, biz bu istiliyin qalıqlarını aşkarlamalıyıq. 1965-ci ildə radioastronomlar Arno Penzias və Robert Uilson kainata nüfuz edən -270.425 dərəcə kosmik mikrodalğa fon radiyasiyasını kəşf etdilər. Güman edilir ki, bu, alimlərin axtardığı istiliyin qalığıdır.
- Nəhayət, kainatda işıq elementləri - hidrogen və heliumun bol miqdarda mövcud olması Böyük partlayışın başlanğıc modelini dəstəkləyir.
Əgər siz Bəşəriyyətin tarixi ilə maraqlanırsınızsa, Akademik, tarixçi Yuval Noah Harari tərəfindən yaılmış və dünyanın 30 dilinə tərcümə edilmiş “Sapiens: İnsan növünün qısa tarixi” kitabını oxuyun. Qısa məzmunu www.readit.az saytından əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























