Nə dəyişdi ki, sığorta bazarı artıb? – ƏSLİNDƏ....
Xəbər verdiyimiz kimi, 2017-ci ilin 11 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 504,2 milyon manat sığorta haqqları toplanmışdır. Bu, 2016-cı ilin 11 ayı ilə müqayisədə 55,7 milyon manat və ya 12,4% çoxdur. 2016-cı ilin eyni dövründə 448,5 milyon manat sığorta haqları toplanmışdı.
Bəs sığorta bazarı hansı siniflərin hesabına artıb?
"Marja"nın məlumatına görə, siniflərin müqayisəsi göstərir ki, Azərbycanın sığorta bazarı könüllü həyat sığortasının və icbari sığortaların hesabına artıb. Bu iki sinif bazarın "drayverı"dır.
Könüllü həyat sığortası bazarı illik müqayisədə 51,2 milyon manat artaraq ötən ilin 11 ayındakı 104,4 milyon manatdan bu ilin 11 ayında 155,6 milyon manata yüksəlib. Könüllü həyat sığortası sinifi həyatın yaşam sığortası hesabına kəskin artır. Belə ki, həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 71,6 milyon manatdan 121,1 milyon manata qalxıb (49,5 milyon manat artım). Qeyd edək ki, Könüllü həyat sığortası sinifinə - həyatın ölüm halından sığortası, həyatın yaşam sığortası, annuitet sığortası, əmək qabiliyyətinin sığortası və sağalmaz xəstəliklərdən sığorta növləri daxildir.
Rəqəmlərə baxdıqda, icbari həyat və qeyri-həyat sığortalarından ibarət olan cəmi icbari sığortalar sinifi də artıb. Ötən ilin 11 ayı üzrə 157,7 milyon sığorta haqları toplanarkən bu ilin eyni dövründə 168,5 milyon manat sığorta haqları toplanıb. Qısası, icbari sığortaıar üzrə toplanılmış sığorta haqları 10,8 milyon manat artıb.
İcbari sığortalar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” və “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növləri üzrə artıb. Belə ki, illik müqayisədə, toplanmış sığorta haqları “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”da 28,9 milyon manatdan 31 milyon manata, “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nda isə 75,7 milyon manatdan 86,7 milyon manata yüksəlib. Bu iki növ üzrə artım 13,1 milyon manat təşkil edib.Qeyri-həyat icbari sığortalara daxil olan “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası”, “məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası” “daşınmaz əmlakın icbari sığortası” kimi növlərdə isə azalma baş verib.
Qısası, könüllü həyat və icbari sığortalar xaric sığorta bazarı (könüllü qeyri-həyat) tənəzzüldədir.
2016-cı ilin 11 ayında könüllü həyat və icbari sıortalar xaric sığorta bazarının həcmi 186,4 milyon manat, 2017-ci ilin 11 ayında isə 180,1 milon manat təşkil edib. Yəni, bazar 6,3 milyon manat geriləyib. Şəxsi sığortalar 81,1 milyon manatda 78,8 milyon manata (o cümlədən tibbi sığorta 74,9 milyon manatdan 72,1 milyon manata), əmlak sığortası 105,3 milyon manatdan 101,4 milyon manata düşüb.
Göründüyü ki, Azərbaycanın sığorta bazarı inkişaf etmir. İcbari sıortalar məcburidir, bu sığortanı almayanlar cərimələnir. Həyatın yaşam sığortası isə sığortadan daha çox investisiya alətidir. Yüksək maaş alanlar vergi və dövlət sosial müdafiə haqqını ödəməmək və əlavə qazanc əldə etmək üçün əməkhaqlarının bir hissəsini həyatın yaşam sığortasına yönəldərək, 3 ilin sonunda 46 faizdən 70 faizədək gəlir əldə edirlər.
| 2016-ci ilin 11 ayı, milyon manat | 2017-ci ilin 11 ayı, milyon manat | Artım (+), Azalma (-) milyon manat |
Cəmi sığorta bazarı | 448,5 | 504,2 | +55,7 |
O cümlədən, |
|
|
|
Könüllü həyat sığortası | 104,4 | 155,6 | +51,2 |
İcbari sığortalar | 157,7 | 168,5 | +10,8 |
Könüllü həyat və icbari sığortalar xaric sığorta bazarı | 186,4 | 180,1 | -6,3 |
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
12 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi






















