AG Bankın sədri iddialara ümumi sözlərlə cavab verdi
AGBank-ın İdarə Heyətinin sədri Əfqan Cəlilov Bankın məcmu kapitalı, normativlərə uyğunluğu, aktivlər, kreditlər və depozitlər kimi əsas göstəricilərə toxunmadan özlərini ümumi səzlərlə tərifləyib.
"AGBank hal-hazırda əvvəlki qaydada fəaliyyətini davam etdirir. AGBank-ın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur. Sadəcə olaraq maliyyə bazarında mövcüd riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir. Bildiyiniz kimi, AGBank 25 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla müştərilərimizin xidmətindəyik”.
Bu sözləri AGBank-ın İdarə Heyətinin sədri Əfqan Cəlilov iqtisadçı Natiq Cəfərlinin bağlanma ehtimalı yüksək olan bankların sırasında AGBank-ın adının çəkilməsinə münasibət bildirəkən deyib.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Ə.Cəlilov bu informasiyaların şayədən ibarət olduğunu qeyd edərək, ekspertləri açıqlamalar verərkən bir qədər məsuliyyətli olmağa çağırıb.
İdarə Heyətininin sədri bildirib ki, bank nəinki bağlanmaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış yeni məhsullar təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək: "Biz hər kəsi, ekspertləri, media nümayəndələrini bankımıza dəvət edirik. Gəlib özləri bankın hazırki fəaliyyəti ilə tanış ola bilərlər. AGBankda hal-hazırda 700-dən çox ibarət peşəkar işçi kollektivi çalışır. Bankda hazırki müştəri sayı 320 000 dən artıqdır. Kreditlərin verilməsində də heç bir problem yoxdur. Banklar arasında liderliyi qoruyub saxlayan AGBank-ın hazırki ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. AGBank tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11.3 mln. manat əbləğində ipoteka krediti verilib.Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilib. Hazırda AGBank tam həcmdə bütün bank xidmətlərini göstərir. Bankın əsas məqsədi müştərilərə yüksək səviyyədə xidmət göstərmək və bank bazarında liderliyi əldə etməkdən ibarətdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 16 saat sonra
-
1 d. əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 13 d. əvvəl
- 45 d. əvvəl
-
48 d. əvvəl
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
-
54 d. əvvəl
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Ən çox oxunanlar
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb ®
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: “İdman hər kəs üçün bərabər imkan olmalıdır”
Pul bazasında yeni maksimum – Oktyabrda daha 328 milyon manat artım






















