300 manat maaşınızın 28 manatı əlinizdən alınacaq - 01 yanvardan əməkhaqqının hesablanması qaydası
“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarının 01 yanvar 2018-ci il tarixdən etibarən qüvvəyə minməsindən sonra əsas diqqət əmək haqqı məbləğinin hansı həddə artacağı və ya azalacağına yönəlmişdir.
Məlum olduğu kimi 2018-ci ildə ölkə üzrə yaşayış minimumunun 173 AZN olması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən aylıq 2500 AZN-dək məbləğdə əmək haqqı alan işçilərin sırf həmin məbləğ həddində gəlir vergisindən azad olmasına əsas vermişdir.
Buna baxmayaraq 2017-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləği 155 AZN-dən 173 AZN-ə kimi artsa da, bu artımla yanaşı 01 yanvar 2018-ci ildən etibarən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” qanunun tələblərinə əsasən işçilərin əmək haqqının 0.5%-i, işəgötürən tərəfindən isə əmək haqqı fondunun 0.5%-i məbləği həddində sığorta haqqı hər təqvim ayı ərzində müvafiq icra hakimiyyəti orqanına ödəniləcəkdir.
Bununla yanaşı “Sosial sığorta haqqında” qanunun da tələblərinə əsasən hər təqvim ayı ərzində işçinin əmək haqqının 3%-i, əmək haqqı fondunun isə 22% məbləği işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı kimi ödənilirdi ki, bu məbləğlərin ümumilikdə konkret hansı qaydada hesablanması müəyyən fikir ayrılıqlarına səbəb olurdu.
Bu kimi halları nəzərə alaraq 01 yanvar 2018-ci ildən etibarən əmək haqqı məbləğinin hesablanma qaydasını diqqətinizə çatdırırıq:
İşçinin əmək haqqı üzrə
- Əmək haqqının 3%-i DSMF-nə məcburi dövlət sosial sığorta haqqı kimi
- Əmək haqqı (yalnız 2500 AZN-dək əmək haqqı) məbləğindən 173 AZN (2018-ci il yaşayış minimumu) çıxılmaqla 14% Vergilər Nazirliyinə gəlir vergisi kimi
- Əmək haqqından 0.5% DSMF-nə işsizlikdən sığorta haqqı kimi
Misal 1: 300 AZN əmək haqqı (vergi və digər ödənişlər daxil, loru dildə "yazılan" əmək haqqı, yaxud Gross) alan şəxsdən
1) 300-ün 3%-i, yəni 9 AZN məcburi dövlət sosial sığorta haqqı
2) 300-173=127-nin 14%-i, yəni 17.78 AZN gəlir vergisi
3) 300-ün 0.5%-i, yəni 1.5 AZN işsizlikdən sığorta haqqı
300 AZN əmək haqqının 300-(9+17.78+1.5)=271.72 AZN məbləği şəxsə çatacaqdır.
Misal 2: 2600 AZN məbləğində əmək haqqı (vergi və digər ödənişlər daxil, loru dildə "yazılan" əmək haqqı, yaxud Gross) alan şəxsdən
1) 2600-ün 3%-i, yəni 78 AZN məcburi dövlət sosial sığorta haqqı
2) 2500-ün 14%-i, yəni 350 AZN, qalan 100 AZN-in 25%-i yəni 25 AZN, ümumilikdə 375 AZN gəlir vergisi
3) 2600-ün 0.5%-i, yəni 13 AZN işsizlikdən sığorta haqqı
2600 AZN əmək haqqının 2600-(78+375+13)=2134 AZN məbləği şəxsə çatacaqdır.
İşəgötürən tərəfindən isə əlavə olaraq məcburi dövlət sosial sığorta haqqı kimi əmək haqqı fondunun 22%-i, işsizlikdən sığorta haqqı kimi isə 0.5%-i 01 yanvar 2018-ci il tarixdən etibarən ödəniləcəkdir.
Həmçinin qeyd etmək lazımdır ki, bu hesablanma qaydası zamanı vergi güzəştləri, həmkarlar ittifaqlarına ödənilən üzvlük haqqı kimi məbləğlər bütün müəssisələr və şəxslər üçün ümumi olmadığından qeyd olunmamışdır.
Müəllif:
"Marja.az" üçün, hüquqşünas, Şəhriyar Həbilov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
-
11 saat əvvəl
Expressbankda yeni təyinat – 15 ildən artıq bank təcrübəsi var
- 11 saat əvvəl
-
12 saat əvvəl
ABŞ Azərbaycanda süni intellekt mərkəzlərinin yaradılmasına maliyyə dəstəyi verə bilər
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Birbank Biznes və Visa qadın sahibkarlara 60 min manat qrant ayıracaq – Qeydiyyat başladı ®
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
Azərbaycan Fransaya səyahət barədə xəbərdarlıq edib
Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat
Birbank Biznes və Visa qadın sahibkarlara 60 min manat qrant ayıracaq – Qeydiyyat başladı ®
“AzerGold” iri layihələrinə xarici maliyyə cəlb etməyə hazırlaşır - Asiya İnkişaf Bankı ilə danışıqlar aparıldı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb - rəhbəri Orxan Cəfərovdur
5 rayondan 88,4 min hektar torpaq ayrılır - Milli Parkı yaradılır

























