Davamlı İnkişaf üçün - Kayzen Fəlsəfəsi
Kayzen fəlsəfəsi Yaponiyada ilk dəfə kiçik addımlarla davamlı inkişafı ifadə etmək üçün istifadə olunmuşdur. Kayzen (Kayzen davamlılıq mənasını verən 'Kai' sözündən və yaxşılaşdırma mənasını verən 'Zen' sözündən götürülüb, davamlı yaxşılaşdırma mənasına gələn Yapon terminidir.) Yaponiyanın ikinci dünya müharibəsindən sonra inkişaf edən iqtisadiyyatında qurucu amil kimi iştirak edən rəhbərlik fəlsəfəsi olmaqla yanaşı, gündəlik həyatımızda tətbiq edə biləcəyimiz kiçik və daimi dəyişikliklərlə həyat keyfiyyətimizi yüksəltməyə yönəlmiş bir Yapon fəlsəfəsidir. Bu fikir proseslərin və məhsulların yaxşılaşdırılmasına fokuslanmaqla, bunu təmin etmək üçün işçilərin yaradıcılığından istifadə edir. Fəlsəfənin ümumi üstünlüklərindən ikisi məhsuldarlığın artırılması və məhsul və xidmət keyfiyyətinin qorunmasını ifadə edir. Kayzen fəlsəfəsi əsasını aşağıdakı elementlər təşkil edir.
Komanda işi
Fərdi deyil, komanda işi hər kəsin mükafat qazandığı bir iş mühiti yaradır. Bu fikir Kayzen fəlsəfəsindən götürülüb. Komanda içərisində olan hər kəs sabit inkişafı hədəfləyən bir həll təklif etməlidir və hər bir fikir qiymətləndirilməlidir. Sietldə Kayzen nəzəriyyəsindən istifadə edən Studio 904 adlı bir gözəllik salonu bütün prosesi idarə etmək üçün tək bir fərdin fəaliyyətindən istifadə etmək əvəzinə, müştərilərə ehtiyac duyduqları xidmətləri vermək üçün bütün işçilərin köməyindən istifadə edir. Bu müştəriyə gözləmək əvəzinə ən yaxşı xidməti vaxtında almağa imkan verir.
Məhsuldarlığın artırılması
Sadə və əsaslı bir iş yaratmaq Kayzenin üstünlüklərindən biridir. Toyota, Kayzen nəzəriyyəsini işçilərini tam həssaslıqla idarə etmək üçün istifadə edir. Toyota və Canon kimi şirkətlər hər il əməkdaşlarından 60-70 təklif yazmasını tələb edir və bu təkliflər qiymətləndirilərək tətbiq olunmağa çalışılır. Həmin təkliflər təkcə istehsal və marketinq kimi məsələlərlə məhdudlaşmır. Kayzen inkişafın mümkün olduğu bütün sahələrdə tətbiq edilən bir intizam formasıdır.
İşçi məmnuniyyəti
Kayzen işçiləri proseslərə və sistemlərə baxmağa dəvət edərək işçi məmnuniyyətini yaxşılaşdırmağa kömək edir; bu zaman onlar inkişaf üçün öz təkliflərini verə bilərlər. Keyfiyyəti və ya prosesləri yaxşılaşdırmağın yollarını tapmaq üçün təklif sistemi və ya komanda yığıncaqlarından istifadə edərək, əməkdaşlara öz fikirlərini ifadə etmək və qrup şəkildə fəaliyyət göstərmək üçün şərait yarada bilərsiniz. Bu sistemin əsas faydalarından biri də onun məhsuldarlığı artırmasıdır; çünki işçilər qərarların qəbul edilməsi prosesindən çox təsirlənir və təkliflərinin reallaşdığını görmək istəyirlər.
Təkmilləşdirilmiş Təhlükəsizlik
İş yerində təhlükəsizliyin artırılması işinizdə Kayzenin tətbiq olunmasının digər bir faydasıdır. Bu, işçilərin iş yerlərinin təmizlənməsi, daha güclü nəzarət və prosesləri yaxşılaşdıran ideyaların tətbiqi ilə mümkün olur. Təhlükəsizlik təlimləri həm menecerləri, həm də işçiləri əhatə edir. Menecerlərə işçilərin iş yerində təhlükəsizliklərini təmin etmək üçün məsləhətlər və daha çox məsuliyyət verməsi tövsiyə olunur. Bu, təsadüfi zədələrin qarşısını almaqda köməklik edir; nəticə etibarilə, işçilərin tibbi fövqəladə hallar səbəbindən işdən çıxma hallarını azaldır.
Qənaət
Kayzen məhsuldarlığı davamlı və kiçik addımlarla artırmaq məqsədi daşıyır. Məhsuldarlığın artırılması üçün istifadə edilən metodlardan biri qənaətdir (və ya israfçılığın qarşısını almaq). Məsələn, Yaponiyada velosipedlərin daha çox istifadə edilməsinin əsasında da bu fəlsəfə dayanır.
Problem inkişaf deməkdir
Bu fəlsəfı baxışa görə, “Problem yoxdursa, inkişaf yoxdur”; buna görə də bütün problemlər gülərüzlə qarşılanır. Kayzen fəlsəfəsində insanlar mərkəzi yer tutur. Ancaq burada o, problem yaradan deyil, problemi həll edən şəxs kimi təsvir olunur. Kayzenin əsas məqsədi şirkətlərin daha yaxşı, daha sürətli və daha az xərclə işləməsini təmin etməkdir. Buna görə məqsədinizə nail olmaq üçün sizə maneə törədən bütün problemləri müəyyənləşdirməli və aradan qaldırmalısınız. Kayzen fəlsəfəsinin 7 əsas prinsipi var:
1. Problemin mövcudluğunu qəbul edin.
2. Həddindən artıq xərc tələb etməyən layihələrə üstünlük verin.
3. Əvvəlcə "öz" problemlərinizə baxın.
4. İqtisadi mənfəəti yeganə meyar olaraq götürməyin.
5. Prioritetinizi müəyyənləşdirin. Layihəni keyfiyyət, dəyər, paylanma və s. prinsiplərə uyğun olaraq reallaşdırın.
6. Planlaşdır, tətbiq et, yoxla və tədbirli ol üsulundan istifadə edin.
7. Düzgün həll vasitələrindən istifadə edin.
Əgər siz rəhbər vəzifəsində çalışırsınızsa və ya rəhbər olmağa hazırlaşırsınızsa, Kayzen fəlsəfəsini daha geniş araşdıraraq işinizdə tədbiq etməyə çalışın. Bundan başqa effektiv və qalib komanda yaratmaq istəyirsinizsə, mütləq “Komandaların beş çatışmazlığı. Liderlik əfsanəsi” kitabını oxumalısınız. Bu kitabın qısa məzmununu www.readit.az saytından oxuya bilərsiniz. Sizə komanda qurulucuğunda uğurlar arzu edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
12 d. əvvəl
"Zabux kəndində əkin sahələrinin vətəndaşlara təhkim olunmasına çalışacağıq"
-
18 d. əvvəl
Nazir: Ən böyük artımı quşçuluqda - həm ət, həm yumurta istehsalında - müşahidə edirik
-
24 d. əvvəl
İri bank Azərbaycanın dəmir yolu xətti üçün 300 milyon dollar kredit ayıra bilər
-
27 d. əvvəl
Azərbaycanın ilk brend yaşayış kompleksi olacaq - Xəzər sahillərində yeni daşınmaz əmlak layihəsi
-
1 saat əvvəl
Bakı Fond Birjasından "AZƏRMAŞ GROUP" istiqrazları ilə bağlı qərar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xəzər sahillərində yeni daşınmaz əmlak layihəsi - Azərbaycanın ilk brend yaşayış kompleksi olacaq
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Rəsmi məzənnələr açıqlandı
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Ehtiyac meyarı artır
Ən çox oxunanlar
Erməni ekspertlər sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Baku Electronics-də “Super Cümə” başladı!
Gümüş, mis və litium ehtiyatlarına malik olan Argentina “AzerGold” ilə əməkdaşlıqda maraqlıdır
Hindistanda iddialı çip hədəfi
"BFB yeni interaktiv statistik platforma təqdim edəcək"













.jpg)










.jpg)
