Uğurlu satış üçün 10 tövsiyyə

Bilirsinizmi ki, həyat ancaq satış üzərində qurulub. Satış texnikası və bacarığı olan hər bir kəs həyatda uğura daha yaxın olur. Biz hər gün satışla qarşılaşırıq - bu sadəcə hərfi mənada qəbul olunan satışa aid deyil. Məsələn biz iş üçün müsahibədə olduqda "özümüzü satmağa" çalışırıq. Şirkət nümayəndəsi isə öz növbəsində şirkəti bizə satmağa çalışır. Hətta biz kiminləsə tanış olduqda belə həmsöhbətimizə ən yaxşı tərəfləri göstərməyə çalışırıq, beləliklə biz yenə də satışla üz-üzə qalırıq.
Ətrafınızda bilikli və savadlı dostlarınızdan ümumiyyətlə iş həyatında uğursuz olanı varmı? Buna səbəblərdən biri də, həmin adamın özünü sata bilməməsi bacarığıdır.
Məhz buna görə də satış texnikasına yiyələnmək çox vacibdir, bu sizə həyatda uğur qazandıracaq əsas amillərdən biridir. Satış texnikasına yiyələnməkdən ilk növbədə mütaliə etməlisiniz. Sonra aldığınız məlumatı həyatda tədbiq edərək satış bacarığınızı inkişaf etdirməlisiniz.
P.s. Readit.az saytında Satış və Marketinq kateqoriyasında olan qısa məzmunları oxumaqla minimum satış biliklərinə sahib ola bilərsiniz.
Hər hansı bir məhsul və ya xidmət istehsal edən hər kəs satışları artırmaq və işini böyütmək istəyir. Müasir dövrdə texnologiyanın inkişafı nəticəsində onlayn satışların bazardakı hissəsi artsa da, aşağıdakı tövsiyələr həm əyani, həm də onlayn satışlar üçün keçərlidir.
1. Upsell üsulundan istifadə edin. Bu üsul sizdən artıq bir dəfə məhsul alan şəxsə əlavə məhsul və ya xidmət satmaq deməkdir. Siz özünüz neçə dəfə bir məhsulu alarkən yanında digər bir məhsulun təklif edildiyini və ya endirimlə verildiyini müşahidə etmisiniz? Bu üsul barəsində daha geniş məlumatı “Əbədi müştərilər” kitabından ala bilərsiniz.
2. Müştərilərin tələb etdiyi və ya ehtiyac duyduğu bir məhsul yaradın. Müştərinin nə istədiyini anlamaq üçün müxtəlif yollardan istifadə edə bilərsiniz: sorğu aparmaq, bazarı araşdırmaq və s. Fokuslanmalı olduğunuz əsas məsələ müştərinin tələblərini ən yaxşı formada qarşılamaq olmalıdır. Bunu etmək üçün məhsulun keyfiyyətini artıra və ya onu cəlb edici etmək naminə bəzi dəyişikliklər edə bilərsiniz.
3. Məhsulun qiymətini müəyyənləşdirərkən diqqətli olun. Varlı biri kimi doğulmayan hər insan istər-istəməz məhsullar arasında qiymət müqayisəsi aparır. Buna görə, qiymətləri müəyyənləşdirərkən diqqət yetirməli olduğunuz bəzi məsələlər var. İlk növbədə, bazarı və rəqibinizin fəaliyyətini öyrənin. Bu məlumatları nəzərə alaraq, daha yüksək keyfiyyətli bir məhsul təqdim edib yüksək qiymət qoya və ya nisbətən aşağı keyfiyyətli bir məhsul hazırlayıb, daha ucuz qiymət müəyyənləşdirə bilərsiniz. İkincisi, yüksək qiymət yüksək keyfiyyət düşüncəsi yaradır. Buna görə də, məhsul üçün yüksək qiymət müəyyənləşdirirsinizsə, müştərilərin tələblərini qarşılamağa hazır olun. Üçüncüsü, məhsulunuz müştərinin ödədiyi qiymətə layiq olmalıdır. Dördüncüsü, əgər məhsulunuzun “brend dəyəri” varsa, müştərilər onun üçün daha çox pul ödəməyə hazır olacaqlar.
4. Müştərilər üçün mükafat sistemi yaradın. Davamlı müştəriləriniz üçün xüsusi endirimlər və ya mükafatlar müəyyənləşdirə bilərsiniz. Məsələn, əgər müştəri artıq 1 ildir sizinlə əməkdaşlıq edirsə, ona 2-ci il üçün 30-50% endirim tətbiq edə bilərsiniz. Buraya, hər alışveriş üçün bonus və ya endirimlər tətbiq etmək də daxildir. Bu addımlar sizə daimi müştərilər qazandıracaq. Uğurlu satış və daimi müştərilər əldə etmək ilə maraqlanırsınızsa, sizə “Əbədi müştərilər” kitabını oxumağı tövsiyyə edirik.
5. Reklam əhəmiyyətli bir amildir. Müştəriləri cəlb etmək üçün məhsulunuza ən uyğun reklamı yaratmağa və ən uyğun vasitələrdən istifadə etməyə çalışın. Ən effektiv reklama çatmaq üçün müxtəlif reklam kanallarından və müxtəlif üsullardan istifadə edin.
6. Pulsuz nümunələr paylayın. Bu üsul satışları artırmaq üçün ən geniş yayılmış və effektiv üsullardan biridir. Məsələn, elektron kitab satışı ilə məşğulsunuzsa, bəzi hissələri pulsuz təklif edə bilərsiniz, yaxud da məhsullarınızı yoxlamaq üçün müştərilərə kiçik nümunələr paylaya bilərsiniz. Bu fəaliyyət müştərilərin sizə olan inamını artırmağa xidmət edəcək.
7. Zahiri görünüş vacibdir. Müştərilər adətən hər hansı bir məhsulu alarkən onun xarici görünüşünə diqqət yetirirlər. Qablaşdırmaya professional yanaşma onun satış qabiliyyətini artır. Apple məhsulları buna bariz nümunədir.
8. Məhsul yaradarkən seçdiyiniz ada diqqət yetirin. Asanlıqla tələffüz edilən və yadda qalan adlar seçmək vacibdir. Belə ki, bu adlar müştərinin yaddaşına yazılacaq və o, məhsulunuzla növbəti dəfə qarşılaşdıqda yaxınlıq hiss edəcək.
9. Məhsul çeşidliliyini artırın. Müştərilər bir dəfə sizdən razı qaldıqda, digər məhsullarınızı sınamaq üçün də həvəsli olacaqlar. Məhsul çeşidliliyini artırmaq, eyni zamanda sizin brendinizə yönələn və üstünlük verən müştərilərin miqyasını da artıracaq. Məsələn, əgər telefon istehsal edən bir brendsinizsə, kompüter və kompüter avadanlıqları, səs gücləndiricilər və s. də istehsal etməyə başlaya bilərsiniz.
10. Müştərilərinizi dinləyin. Müştərilərinizin nə istədiklərini müəyyənləşdirin. Onlar sizin məhsulunuzu niyə istifadə etməlidirlər? Məhsulunuzun hansı xüsusiyyəti onlara fayda verir?
Satışları artırmaq istəyirsinizsə, müştərilərinizi dinləyin. Müştərilərinizə qulaq asaraq, onların “dilini” öyrənə bilərsiniz. Bununla da, onların nə istədiklərini öyrənə və tələblərini qarşılaya bilərsiniz.
Uğurlu satış üçün daha ətraflı məlumatı Cil Konratın “Çevik satış” kitabından əldə edə bilərsiniz. www.readit.az saytı sizə bu kitabın faydalı və əsas ideyalarını qısa məzmunda təqdim edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 d. əvvəl
- 9 d. əvvəl
-
-
14 d. əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
26 d. əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 54 d. əvvəl
-
1 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
1 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
2 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
2 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
2 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
2 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcəlk

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
