Bakı-Alanya marşrutu üzrə birbaşa aviareys açılır
Azərbaycan Hava Yolları (AZAL) "low cost", yəni aşağı xərcli şirkəti olan "Buta Airways" ilə Alaniyanın Gazipaşa hava limanına uçuşlara başlayacaq.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 May 2018-ci il tarixindən etibarən həftədə 3-4 uçuşla Bakı-GZP (Gazipaşa) aviareyslərinə başlanması planlaşdırılır
Xəbərdə deyilir:
- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 5 Sentyabr 2017-ci il tarixində Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli toplantısı üçün getdiyi Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmüşdü. Nazir Çavuşoğlu, bu görüş zamanı Əliyevə Alanyanın turizm imkanlarından, Gazipaşa-Alanya Hava Limanından da (GZP) bəhs etdib. O, İlham Əliyevdən, Azərbaycan-GZP uçuşlarının açılması məsələsində dəstək istəmişdi. Və aradan ötən 68 günün sonunda 11 Noyabr 2017-ci tarixində Azərbaycandan müjdə gəlmişdi.
Azərbaycan Hava Yolları (Azerbaijan Airlines, AZAL), nazir Çavuşoğlunun təşəbbüsündən sonra GZP-yə "Buta Airways" ilə may ayından etibarən həftədə üç reys açmağa hazır olduğunu, bunun üçün GZP-nin sahibi TAV ilə danışıqlara başladığı bildirilmişdi. AZAL, TAV ilə danışıqlar başa çatan kimi Bakı-GZP-Bakı uçuşları üzrə bilet satmağa başlayacağını bəyan etmişdi.
NAZİR ÇAVUŞOĞLU SON MƏLUMATLARI AÇIQLADI
Nazir Çavuşoğlu, bu mövzudakı son məlumatları açıqlayıb. Çavuşoğlu, "AZAL-ın Gazipaşa uçuşlarının başlaması üçün ötən həftə Bakıdakı səfirimizlə də danışaraq AZAL-ın sədr müavini ilə TAV Əməliyyatlar üzrə sədr müavini Murat Örnekolunu əlaqələndirdik. Qiymət məsələsində bazarlıq ediblər. Bu gün (dünən) TAV-dan Murad bəyə zəng edərək son vəziyyəti soruşdum. AZAL tərəfi yenə güzəşt istəmiş, ən sonunda biz vasitəçi olduğumuz üçün güzəştli qiymət üzərindən bir az da endirim edilmişdir. Yaxında imzaların atılması planlaşdırılır. İmzalar atıldıqdan sonra 15 May tarixindən etibarən həftədə 3-4 uçuş reysin həyata keçirmələri planlaşdırılır" deyib.
GZP-NİN UÇUŞ ŞƏBƏKƏSİ BÖYÜYÜR
GZP-nin uçuş şəbəkəsi, çoxu nazir Çavuşoğlunun təşəbbüsləri və xahişlərilə Rusiya, Almaniya, Belçika, Hollandiya, Danimarka, Norveç və Ukraynadan sonra Azərbaycan ilə böyüməsini davam etdirəcəkdir. Bu, eyni zamanda, 2018-ci ilin 15 Mayından etibarən Alanyada Azərbaycanlı turistlərin görülə bilinəcəyi mənasına da gəlir.
TAV Gazipaşa-Alanya Aeroportunun Əməliyyat direktoru Cengiz Aşıklı da etdiyi açıqlamada "Danışıqlarımız yekunlaşmaq üzrədir. Bu məsələdə bizə ən böyük dəstəyi xarici işlər naziri Cənab Mövlud Çavuşoğlu verib. TAV adından ona çox təşəkkür edirik" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















