Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bank sektoru kiçilib, gəlirləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektoru kiçilib, gəlirləri azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan bank sektorunun cəmi aktivləri bu il yanvarın 1-nə 27 milyard  921 milyon manat təşkil edib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,2% azdır.

 

Bankların aktivlərinin 35,3%-ni və yaxud 9 milyard 861,1 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 30,8% kiçilib.

 

Hesabat dövründə bankların cəmi öhdəlikləri 18% azalaraq 24 milyard 211,8 milyon manata düşüb, o cümlədən depozit portfeli 2,95% artaraq 16 milyard 894,9 milyon manata çatıb. Bunun 7 milyard 542,5 milyon manatı fiziki şəxslərin, 9  milyard 352,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. 2017-ci ildə əhalinin əmanətləri 1,5%, şirkətlərin vəsaitləri isə 4,2% artıb.

 

Ötən il bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 70,1% azalaraq 507,6 milyon manata düşüb.

 

Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 94,3% artaraq 3 milyard  709,2 milyon manata çatıb.

 

BANKLARIN KREDİTLƏRDƏN GƏLİRLƏRİ AZALIB


2017-ci ildə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 775,2 milyon manat (2016-cı illə müqayisədə 11% az), o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 milyard 282,7 milyon manat (24,6% az), faiz xərcləri 824,9 milyon manat (24,9% az), o cümlədən depozitlər üzrə faiz xərcləri 373,4 milyon manat (19,1% az), qeyri-faiz gəlirləri 938,5 milyon manat (2016-cı ildə zərər olub), qeyri-faiz xərcləri 980,6 milyon manat (1,8% az) təşkil edib.


Son nəticədə ötən il bank sektorunun əməliyyat mənfəəti 908,2 milyon manat olub (əvvəlki ilə əməliyyat zərəri olub).

 

2017-ci ildə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 26,5 milyon manat qənaət ediblər (2016-cı ildə xüsusi ehtiyatlara pul ayırmışdılar), digər mənbələrdən illik müqayisə 56,4% az - 4,1 milyon manat gəlir əldə ediblər, 29,9% çox - 55,2 milyon manat mənfəət vergisi ödəyiblər.

 

Bununla da, sektorun illik xalis mənfəəti 883,6 milyon manat təşkil edib. Bunun 290,9 milyon manatı dekabrda əldə edilib. Xatırladaq ki, banklar 2016-cı ili 1 milyard 667,6 milyon manat xalis zərərlə başa vurmuşdu. 

 

FİLİALLAR AZALIB

 

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 509 olub.Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 38 vahid azdır.

 

Ötən ilin əvvəlinə nisbətən isə bank filiallarının sayı 60 vahid azalıb.

 

Dekabrda bank şöbələrinin sayında isə 142 olaraq qalıb. Bununla belə, illik müqayisədə bu rəqəm 11 vahid azdır.

 

"Ötən ay bank filiallarının sayının kəskin azalması əsasən "Dəmir Bank"ın lisenziyasının geri çağırılması ilə bağlı olub", - deyə Palatadan bildirilib.

 

BANKOMATLAR AZALIB

 

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bankomatların sayı 2 431 olub. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 29 ədəd azdır.

 

Ötən ilin əvvəlinə nisbətən isə bankomatların sayı 30 ədəd azalıb.

 

"Ötən ay bankomatların sayının kəskin azalması əsasən "Dəmir Bank"ın lisenziyasının geri çağırılması ilə bağlı olub", - deyə Palatadan bildirilib.

 

BANK İŞÇİLƏRİNİN SAYI AZALIB

 

Bu il yanvarın 1-nə vəziyyətə görə, Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 171 nəfər olub. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə təxminən 2,75% və yaxud 458 nəfər azdır. 

 

Ötən ilin əvvəlinə nisbətən sektorun işçi heyətinin sayı 4,6% və yaxud 776 nəfər azalıb. 

 

"Lisenziyası geri çağırılmış "Dəmir Bank" nəzərə alınmadan ötən ay bankların işçilərinin sayı 63 nəfər artıb", - deyə Palatadan bildirilib. 

 

Cədvəl 1. Bank sektorunun icmal balansı

 

 (mln. manatla)

Aktivlər

  31.12.2017

 1. Nağd vəsaitlər 

1 153,0

2. Mərkəzi Bankda müxbir hesablar*

2 032,2

3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar)

2 626,0

4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər

7 233,5

5. Qiymətli kağızlar

2 498,5

6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər

259,5

6.1  xalis kreditlər

208,6

7. Müştərilərə verilən kreditlər

11 337,6

7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

1 476,5

7.2 Xalis kreditlər

9 861,1

8.  Əsas vəsaitlər

858,5

9. Qeyri-maddi aktivlər

128,2

10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)

1 321,4

11. Cəmi aktivlər

27 921,0

 

Öhdəliklər

  31.12.2017

 1. Depozitlər (maliyyə institutları istisna olmaqla)

16 894,9

1.1 Fiziki şəxslərin depoziti

7 542,5

       1.1.1 müddətli

5 187,6

       1.1.2 tələbli

2 354,9

1.2 Hüquqi şəxslərin depoziti**

9 352,4

        1.2.1 müddətli

1 710,9

        1.2.2 tələbli***

7 641,5

2. Mərkəzi Bankın banklara qarşı tələbləri

507,6

3. Loro hesablar

184,1

4. Maliyyə institutlarının  depozitləri

1 515,5

5. Bankların kreditləri

223,9

6. Digər maliyyə institutlarının kreditləri

1 891,8

7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar

1 855,4

8. Digər passivlər

1 138,6

 9. Cəmi öhdəliklər

24 211,8

  

KAPİTAL

  31.12.2017

10. Xüsusi kapital

3 471,3

11. Ümumi ehtiyatlar

237,9

12. Cəmi kapital

3 709,2

13. Cəmi öhdəliklər və kapital

27 921,0

Qeyd: Prudensial hesabatlılıq metodologiyası əsasında hazırlanmışdır

* Mərkəzi Bankdan cəlb olunmuş kreditlər üzrə girov qismində iştirak edən bloklaşdırılmış xarici valyutada vəsaitlər daxil olmaqla

** Mərkəzi idarəetmə və bələdiyyə idarəetmə orqanlarının depozitləri daxil olmadan, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla

*** Qeyri-bank maliyyə institutlarının cari hesabları daxil olmaqla

 

 

Cədvəl 2. Mənfəət və zərər haqqında hesabat
 (Bank sektoru üzrə)

 

(mln. manatla)

Mənfəət və zərər maddələri

 31.12.2017

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri

1 775,2

1.1 Kreditlər üzrə faizlər

1 282,7

2. Faiz və onlara bağlı xərclər

824,9

2.1 depozitlər üzrə faizlər

373,4

3. Xalis faiz gəliri (zərəri)

950,3

4. Qeyri-faiz gəlirləri

938,5

5. Qeyri-faiz xərcləri

980,6

6. Əməliyyat mənfəəti (zərəri)

908,2

7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

(26,5)

8. Digər gəlirlər (xərclər)

4,1

9. Vergilər ödənilənədək mənfəət (zərər)

938,8

10. Mənfəətdən vergilər

55,2

11. Xalis mənfəət (zərər)

883,6

 

  

Cədvəl 3. Maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat - Banklar

 

 31.12.2017

Bankların sayı

30

Dövlət bankları

2

Özəl banklar

28

Xarici kapitallı banklar

15

nizamnamə kapitalının 50%-dən 100% -ə qədərini təşkil edən

8

     -  xarici bankların yerli filialları

2

nizamnamə kapitalının 50%-dən az olan hissəsini  təşkil edən

7

 

 

İlin əvvəlindən lisenziya alan bankların sayı

0

İlin əvvəlindən lisenziyası ləğv edilmiş bankların sayı

2

 

 

Bankların filiallarının sayı

509

Bankların şöbələrinin sayı

142

ATM-lərin sayı

2 431

İşçilərin sayı

16 171

 

Cədvəl 4. Maliyyə bazarlarının iştirakçıları haqqında ümumi məlumat - Bank olmayan kredit təşkilatları və Poçt rabitəsinin milli operatoru

 

 31.12.2017

Bank olmayan kredit təşkilatları

123

 - Kredit İttifaqları

76

 

 

Dövlət BOKT-ləri

1

Özəl BOKT-lər, o cümlədən

122

Xarici kapitallı BOKT-lər

8

nizamnamə kapitalının 50%-dən 100% qədərini təşkil edən, bundan

8

xarici BOKT-nin yerli filialları

0

nizamnamə kapitalının 50%-dən az olan hissəsini  təşkil edən

0

 

 

İlin əvvəlindən lisenziya alan BOKT-nin sayı

1

İlin əvvəlindən lisenziyası ləğv edilmiş BOKT-nin sayı

22

 

 

Filial sayı

170

İşçilərin sayı

2210

Poçt rabitəsinin milli operatoru - Azərpoçt

Poçt filialları (maliyyə xidmətləri göstərən)

63

Poçt şöbələri (maliyyə xidmətləri göstərən)

1112

 

© Report, MBNP

02.02.2018 19:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ