Təyyarəsi qəzaya uğrayan şirkət Bakıya aviareys açır
Xəbər verildiyi kimi, Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.
Məlumat üçün bildirək ki, "Saratov Airlines" martın 29-dan Ufa-Bakı aviareysini həyata keçirməyə başlayacaq.
"UfacityNews.ru" qəzeti xəbər verir ki, aviaşirkət uçuşlara "AN-148" təyyarələri ilə martın 29-dan başlayacaq.
Məlumat verilib ki, cümə axşamı günləri təyyarə saat 21:55-də Ufa Beynəlxalq Aeroportundan qalxacaq və saat 00:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Əks istiqamətdə isə Bakıdan 05:40-da qalxan təyyarə 10:00-da Ufa aeroportuna eniş edəcək. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edir.
Hər iki istiqamətdə aviabiletlərin qiyməti 20,516 rubl (353 dollar) təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























