100 dollarla biznes qurmaq olarmı?
www.readit.az saytı sizi hər həftə yeni kitablarla tanış etməyə davam edir. Kitabxanamıza daxil etiyimiz növbəti kitab Kris Qalbounun “100 dollarlıq Startup” kitabıdır. Kitabın mövzusu haqqında qısa məlumatı aşağıdakı məqalədən əldə edə bilərsiniz. Qeyd etmək istərdik ki, bu kitab ilk dəfə olaraq azərbaycan dilində qısa məzmun şəklində saytımızda dərc olunur.
Kris Qalbounun yazdığı “100 dollarlıq startup” kitabı iki əsas ideyaya malikdir: azadlıq və dəyər. Azadlıq hamımızın axtardığı şeydir və dəyər də onun əldə edilməsinin bir yoludur. Startup anlayışı Kris Qalbounun fikrincə, Azadlığın yekun formasıdır. O, öz işini qurma yolunda müxtəlif dərslərdən bəhs edir. Kiçik “mikro biznes”lərə fokuslanan bu kitab onların yaradılması prosesinin hər mərhələsinə aid müxtəlif ideya və tövsiyələri ehtiva edir.
Ehtiyacınız olan bacarıqlara onsuz da sahibsiniz – sadəcə hansı aspektdən baxacağınızı bilməlisiniz. Mikro biznes - əksər hallarda cəmi bir nəfər tərəfindən işlədilən müəssisələr – insan cəmiyyətinin yarandığı gündən etibarən mövcuddur. Bununla yanaşı, dövrümüzün gətirdiyi yeniliklər bir insanın nə qədər tez işə başlaya və bir qrup müştəriyə çata biləcəyi ilə əlaqədardır. Biznes qurma əməliyyatı müasir dövrdə daha sürətli və ucuzdur. İdeyadan biznesə keçmək artıq bir aydan daha az vaxtda və 100 dollardan daha aşağı xərclə həyata keçirilə bilər.
Sahibkar kimi düşünməyə başladıqda iş ideyalarının hər yerdən gələ biləcəyini görəcəksiniz. Belə düşündükdə, getdiyiniz hər yerdə mikro biznes layihələri üçün fürsətlər qarşınıza çıxacaq. Aşağıdakı ideyalar fikirləriniz üçün ilham mənbəyi ola bilər:
- Bazardakı qeyir-məhsuldarlıq.
- Yeni texnologiya və ya fürsətlər.
- Dəyişən sahələr.
- Bölünən və ya bənzər layihələr.
Həmçinin unutmayın, yaxşı bir başlanğıcın məqsədi yanlız mümkün olan ən çox potensial müştərini çəkmək deyil; Eyni zamanda digərləri ilə mövcud əlaqələrinizi qorumaq və nüfuzunuzu artırmaqdır. Bunun əhəmiyyətinin səbəbi, insanları məcbur etmək istəməməyinizdir; Əlaqələri müəyyən müddət daxilində qurmaq daha yaxşıdır.
Azadlıq üçün bir neçə yol var və bəzi insanlar bunu fərqli biznes tənzimləmələri vasitəsilə tapırlar. Təkcə hər şeyin öhdəsindən gəlməklə deyil, xüsusilə yaxşılaşdırma ilə əlaqədar fəaliyyətlərə hər gün vaxt ayıraraq öz işinizin “üstündə” işləyin. Müəssisənizin əsasını təşkil edən bir və ya iki əsas göstəricini daim izləyin. Digərlərini isə bir, ya iki aydan bir yoxlayın. Nəzarətdə saxlanılan biznes öyrəniləbilən və dəyərlidir. Biznesinizin uğur qazanmasını istəyirsinizsə, komanda yaratmalı və əməkdaşların asılılığını azaltmalısınız.
Bundan başqa siz, www.readit.az saytına daxil olaraq “Biznes” bölməsindəki kitablarla tanış ola və biznes savadınızı artırıb uğur qazana bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq





















