Naxçıvan Avtomobil Zavodu Yanvarda da istehsalı bərpa edə bilmədi
2018-ci ilin Yanvar ayında Azərbaycanda minik avtomobili istehsal olunmayıb. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.
"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Ötən ilin İyul ayından Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.
01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 115 ədəd təşkil edib. 01.01.2018-ci il tarixində hazır məhsul ehtiyatı 116 ədəd idi.
Naxçıvanın İqtisadiyyat Nazirliyi zavodun fəaliyyətini dayandırdığı barədə susur.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edirdi. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunurdu. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Məhsul növləri | 2018-ci ilin yanvar ayında istehsal edilmişdir | Əvvəlki ilin yanvar ayına nisbətən, faizlə | 01.02.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Traktorlar, ədəd | 73 | - | 4 |
Minik avtomobilləri, ədəd | - | - | 115 |
Yüklərin daşınması üçün sair qoşqular və yarımqoşqular, ədəd | - | - | 2 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















