Azərbaycanda Audi-nin satışında yenilik - ASANLAŞDI
Bu xəbər daha çox Audi markasının aşiqlərini maraqlandıracaq. Lakin, bu o demək deyildir ki, digər markaların həvəskarları bu xəbərə biganə qala bilərlər. Söhbət Audi şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi "European Cars" şirkətinin yeni veb-saytından gedir.
Bu günlərdə məlumat üçün audi.az saytına daxil olduqda, tamamilə yenilənmiş kontentlə üzləşdim. Sən demə, "European Cars" səssiz-səmirsiz saytını yeniləyib. Audi şirkətinin firma üslubunda hazırlanmış sayt daha informativ və “işləmək” üçün daha asan olub.
Elə götürək model seçimini. Artıq yerli nümayəndə avtomobil almaq arzusunda olanların işini bir qədər asanlaşdırıb. Tutaq ki, birjada külli miqdarda xeyir əldə etmisiniz və uşaqlıq arzunuzu - İnqolştat markasının bayraqdar sedanı Audi A8 modelini almaq istəyirsiniz.
Bunun üçün əsas menyuda olan “A8” yazısına tıqqıldatmaq kifayət edir. Açılan növbəti səhifədə yeni nəsil flaqman modelinin iki təchizat səviyyəsində - A8 L 55 Lux və A8 L 55 Premuim, - təklif edildiyini görürük. Bu o deməkdir ki, konfiquratora girib, avtomobilinizin təchizatını sərbəst şəkildə yığmağa tənbəllik edirsiniz isə, üstəlik sifariş etdiyiniz üç ay gözləməyə hövsələniz çatmırsa, dilerin sizin üçün yığdığı modelə nəzər sala bilrəsiniz.
Yerli dilerin satış xidmətinin müştərilərin arzu və tələbləri ilə yaxşı tanış olduğundan, artıq tələb edilən avadanlığı seçib, onu özünün müəyyən etdiyi təchizat səviyyəsində alıcılara təklif edir. Ən maraqlısı da odur ki, hansı təchizat səviyyəsini seçirsiniz isə seçin, sizin avtomobiliniz sayta nümayiş etdirilən modellə eyni olacaqdır. Əlbəttə ki, kuzov rəngi istisna olamaqla. Yəni, avtomobilin xarici və daxili tərtibartı sayta göstərilən kimi olacaqdır.
Burada modelin həm standart, həm də əlavə avadanlığı ilə tanış ola bilərsiniz. Texniki göstəricilər də öz yerində - mühərrikin gücü, sərfiyyatı və dinamik xüsusiyyətləri ilə də tanış ola biləcəksiniz. Elə bilməyin ki, bu yalnız Audi A8 modelinə şamil edilir. Əsla!
Bu bütün model cərgəsinə aiddir. Bir sözlə diler sizin seçim tərəddüdlərinizi öz üzərinə götürərək, sizə yalnız rəng seçimini buraxıb. Xeyr, illahi ki, öz avtomobilimi özüm seçəcəm deyirsiniz isə, o zaman birbaşa Audi Bakı Mərkəzinə yollanmanız caizdir.
Lakin, saytın yenilikləri model seçimi ilə məhdudlaşmır. Burada arzuladığınız avtomobilin testinə yazıla bilər, yerli dilerlə əlaqə saxlayaraq suallarınıza cavab tapa bilərsiniz. Bunun üçün saytın aşağı hissəsindəki menyuya nəzər salmaq kifayətdir. Audi Bakı Mərkəzinin yeni sərgi-satış və servis mərkəzinin fəaliyyətə başlanmasından sonra “ikinci əl” bölümündə satışda ola işlənmiş avtomobillər barədə də məlumat ala bilərsiniz.
Bu isə, yerli nümayəndənin “treyd-in” xidmətinin fəaliyyətə başlaması ehtimalına işarə edir. Gələcəkdə servis xidmətinə yollananlar da onlayn növbəyə yazıla biləcəkdirlər. Aksessuarları almaq həvəsində olanlar üçün müvafiq bölmə də nəzərdə tutulur.
“Xüsusi təkliflər” bölməsində isə Audi həvəskarlarını sürprizlər gözləyəcəkdir.
© autograph.az
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 11 d. əvvəl
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Ən çox oxunanlar
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək






















