“Azərbaycan Akkreditasiya Mərkəzi” beynəlxalq təşkilata üzv qəbul olunub
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Laboratoriyaların Akkreditasiya üzrə Beynəlxalq Təşkilata assosativ üzv qəbul olunub.
Azərbaycanda istehsal olunan məhsulların ixrac imkanlarının artırılması üçün ölkəmizdə fəaliyyət göstərən laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi və məhsullara verilən sertifikatların xarici ölkələr tərəfindən tanınması ilə bağlı dövlət başçısının tapşırıqlarının icrası məqsədilə ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq işlər görülməkdədir.
Bu istiqamətdə əldə olunan növbəti uğur “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsinin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata (ILAC) assosativ üzv qəbul olunmasıdır. Bunları bugün keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin müavini Niyazi Rəhimov deyib.
Onun sözlərinə görə, Azərbaycan Akkreditasiya Mərkəzinin İLAC-a assosativ üzv olması dünya ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin dünya keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş laboratoriyalar tərəfindən verilən sınaq və kalibrləmə sənədlərinin beynəlxalq aləmdə tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq.
Niyazi Rəhimov bildirib ki, beynəlxalq təşkilata assosativ üzvlük tam hüquqlu üzv istiqamətində son mərhələ sayılır. İSO 17011 “Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzinin beynəlxalq tələblərə uyğunluğu qiymətləndirildikdən sonra Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatına (ILAC) tam hüquqlu üzvlüyü təmin ediləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2012-ci ildə ILAC-ın müxbir üzvü olub. Müxbir üzvlük yalnız ILAC-ın təşkil etdiyi tədbirlərdə, konfranslarda iştirak etmək hüququ verirdi. İndi isə beynəlxalq təşkilata assosiativ üzv olmaqla Azərbaycan Akkreditasiya Mərkəzi təşkilatın texniki komitələrinin işçi qruplarında təmsil olunmaq, həmçinin qəbul edilən sənədlərə rəy və təkliflər vermək və səsvermədə iştirak etmək hüququ qazanır. Eyni zamanda ILAC-ın logosundan istifadə etmək imkanı yaranır.
Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilat (ILAC) laboratoriyaların akkreditasiyası sahəsində beynəlxalq təşkilatdır. ILAC 1977-ci ildə akkreditasiya nəticələrinin və kalibrləmə sınaqlarının qəbul edilməsini təşviq etməklə ticarətin inkişafına kömək etmək və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün yaradılıb. Təşkilatın yaradılmasında əsas məqsəd akkreditasiya orqanları arasında əlaqələrin qurulmasıdır. 2000-ci il noyabrın 2-də Vaşinqtonda 28 ölkədən olan 36 akkreditasiya orqanı ILAC-ın qarşılıqlı tanınması haqqında Sazişi imzalayıb. ILAC müqaviləsi müxtəlif ölkələrin laboratoriyalarında əldə edilmiş test və kalibrləmə nəticələrini tanıyaraq beynəlxalq ticarət sisteminin inkişafına töhvə verir.
Komitə sədrinin müavini onu da əlavə edib ki, Azərbaycan Akkreditasiya Mərkəzi eyni zamanda Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvüdür. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının (EA) ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinniq layihəsi icra olunmaqdadır.
Qeyd edək ki, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib. Mərkəz akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən milli akkreditasiya orqanıdır. Həmçinin mərkəz beynəlxalq təcrübə və yerli qanunvericiliyə əsasən akkreditasiya olunmuş qurumların fəaliyyətinə nəzarət etməklə inspeksiya qiymətləndirməsi aparır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























