“Azər Türk Bank”ın vəziyyəti məlum oldu
01.01.2017-ci il tarixinə “Azər Türk Bank”ın cəmi aktivləri 475 milyon 794.22 min manat təşkil edib. Bank 2016-cı ilin əvvəlində 671 milyon 881.96 min manat cəmi aktivlərə malik idi.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, ötən il Bankın kredit portfeli 408 milyon 860.26 min manatdan 150 milyon 162.16 min manata düşüb.
2016-cı ildə “Azər Türk Bank”ın gəlirləri 47 milyon 365.07 min manat, xərcləri 37 milyon 773.31 min manat təşkil edib. Nəticədə Bank, 2016-cı ili 7 milyon 337. 82 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, Bank 2015-ci ildə 4 milyon 631 min manat zərər açıqlamışdı.
Bankın məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyon manat artaraq, 57,6 milyon manataçatmışdır.
Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir.
ƏHALİNİN ƏMANƏTLƏRİ AZALIB
Göstəricilərdən məlum olur ki, əhali bankdan əmanətlərini geri götürür.
01.01.2017-ci il tarixinə“Azər Türk Bank”da əhalinin əmanətləri 135 milyon 954 min manat təşkil edib. Bu 2016-cı ilin əvvəli ilə müqayisədə 40,75 milyon manat və ya 23% azdır. 01.01.2017-ci il tarixinə“Azər Türk Bank”da əhalinin əmanətləri 176 milyon 714 min manat idi.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Bankın Adı | Azər Türk Bank | ||||
Göstərici | 01.01.2016 | 01.01.2017 min AZN | |||
AKTIVLƏR (ehtimal olunan zərərlər üçün ehtiyat çıxılmaqla) | 671,881.96 | 475,794.22 | |||
KREDITLƏR (ehtimal olunan zərərlər üçün ehtiyat və banklararası kreditlər çıxılmaqla ), о cümlədən | 408,860.26
| 150,162.16
| |||
İSTEHLAK KREDİTLƏRİ | 30,980.18 | 31,453.12 | |||
ÖHDƏLİKLƏR (cəmi bank öhdəlikləri ) | 619,064.68 | 414,903.58 | |||
DEPOZİTLƏR (bankların və digər maliyyə təşkilatlarının depozitləri çıxılmaqla), о cümlədən | 242,959.90 | 267,976.60 | |||
ƏHALİNİN ƏMANƏTLƏRİ о cümlədən | 176,714.16 | 135,954.29 | |||
Tələb olunanadək | 70,082.70 | 64,802.83 | |||
Мüddətli | 106,631.46
| 71,151.46 | |||
MƏCMU KAPİTAL, о cümlədən | 50,891.36
| 57,683.82 | |||
NİZAMNAMƏ KAPİTALI | 50,000.00 | 50,000.00 | |||
XALİS MƏNFƏƏT (vergilər çıxıldıqdan sonra)/ (ZƏRƏR) | -4,631.43
| 7, 337. 82 | |||
AKTIV PLASTIK KARTLARIN SAYI
| 16,445 | 27,960 | |||
FƏALIYYƏT GÖSTƏRƏN BANKOMATLARIN SAYI
| 12 | 16 | |||
FƏALIYYƏT GÖSTƏRƏN POS-TERMINALLARIN SAYI
| 48 | 130 | |||
FİLİALLARIN SAYI | 7 | 11 | |||
RоА | - | 1.07% | |||
RоЕ | - | 15.39% | |||
Gəlirlər | 25,923.19
| 47,365.07
| |||
Xərclər | 30,554.62
| 37,773.31
| |||
İşçilərin sayı | 313 | 382 | |||
|
| ||||
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
6 d. əvvəl
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
-
9 d. əvvəl
Qida duzu üzrə yerli təminat daxili tələbatı üstələyib – 104,8%
- 10 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycanda şəkər istehsalı üçün xammal üzrə təminat zəifdir: göstərici 50,5%-ə çatıb
-
20 d. əvvəl
Azərbaycanda kərə yağı üzrə təminat zəifdir: göstərici 62%-ə geriləyib
-
25 d. əvvəl
Meyvə və tərəvəz şirələri üzrə yerli təminat daxili tələbatı üstələyib – 127,7%
-
26 d. əvvəl
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Aİ lideri: Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu mülki gəmi vurulub, 3 nəfər itkindir
Ən çox oxunanlar
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb, bir nəfər ölüb
Volvo Cars-ın səhmləri 27% ucuzlaşdı – Şirkət 2500 işçisini ixtisar edəcək, milyardlarla kron zərər açıqlayıb
Daşkəsəndə kənd köçürülür? – Rəsmi reaksiya
Neft bazarında yeni bahalaşma dalğası – Brent 114 dolları, ABŞ nefti 100 dolları ötüb
Nvidia-nın rəhbəri ilk dəfə Qazaxıstana səfər edib – Ölkədə süni intellektə 10 milyard dollarlıq investisiya planlaşdırılır
Balıq və balıq məhsulları üzrə təminat güclənib: 81,1%
Yumurta üzrə yerli təminat daxili tələbatı üstələyib – 104%



























