"Atena"ilə bağlı Prezidentə mürcaiət edildi
!["Atena"ilə bağlı Prezidentə mürcaiət edildi](/storage/thumbnail/cover/cdn/2018/april/25/1524651714.jpg)
Caspian European Club məşhur Atena brendi altında fəaliyyət göstərən şirkətlər qrupu ətrafında yaranmış vəziyyətdən narahatlıq keçirir.
Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Bununla əlaqədar olaraq biz mövcud vəziyyəti şəxsi nəzarətinə götürməsi xahişi ilə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri cənab İlham Əliyevə müraciət etmişik. Bu xahişimizi Atenanın Azərbaycanda tanınmış brendlərdən biri olması, Atenanın süd məhsullarının isə əhali arasında böyük etibar qazanması ilə əsaslandırmışıq”, - deyə Telman Əliyev qeyd edib.
O əlavə edib ki, müraciətin daha bir mühüm səbəbi şirkətlər qrupunun əsasını qoymuş Elşad Rəsulovun uzun müddət ərzində Caspian European Club-un idarə heyətinin üzvlərindən biri və aqrosənaye komitəsinin rəhbəri olması ilə bağlıdır.
Telman Əliyev vurğulayıb ki, Elşad Rəsulov bu sahədə fəal iştirak edib və ölkəmizin aqrosənaye sektorunun inkişafı ilə bağlı bütün təklifləri diqqətlə öyrənib. Həmin təkliflər cənab Prezidentin islahat keçirmək məqsədilə təsdiqlədiyi yol xəritəsində artıq öz əksini tapıb.
BANK SƏYAHƏT KREDİTİ TƏKLİF EDİR
“Atena süd zavodu və fermerlik təsərrüfatı olduqca mühüm sosial əhəmiyyət daşıyır və Ağcabədi rayonunun inkişafında vacib rol oynayır. Məhz buna görə biz 25 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən şirkətə kömək etmək xahişi ilə cənab Prezident İlham Əliyevə müraciət etmişik”, - deyə Telman Əliyev deyib.
"Biz həmçinin KİV nümayəndələrinə müraciət edərək onlardan bu məsələni siyasiləşdirməmələrini və Atena şirkətinin fəaliyyəti ilə bağlı təsdiqlənməmiş məlumat dərc etməmələrini xahiş etmək istəyirik".
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi, Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club yaradılıb. Hər iki təşkilat iki il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-un tərkibinə daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
“Bravo”nun dəstəyi ilə Naxçıvanda yaşayan şəhid ailələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
BYD Türkiyəyə 1 milyard dollar sərmayə yatıracaq, zavodunu quracaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
1300 metr hündürlükdə istirahət kompleksi - 4 qonaq evi və bir restoran
-
2 saat əvvəl
Xocalı Hava Limanının mövcud uçuş-enmə zolağının uzunluğu və eni genişləndiriləcək
-
2 saat əvvəl
Seçicilərin 48%-i Trampa, 42%-i isə Baydenə səs verməyə hazırdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB səhmlərinə abunə yazılışı prosesinə digər banklar da qoşulacaq
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 1,5 dəfə, fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/ekin-sigorta.jpg)
Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 1,5 dəfə, fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb
![Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi](/storage/thumbnail/thumbnail/cdn/2023/dekabr/21/zencir-dollar1212028006-612x612.jpg)
Dolların bazar ertəsinə olan rəsmi məzənnəsi
![ABŞ-da məşğulluq artımı proqnozu üstələyib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/abs.jpg)
ABŞ-da məşğulluq artımı proqnozu üstələyib
![Dəmir filizi ucuzlaşıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/demir-filizi.jpg)
Dəmir filizi ucuzlaşıb
Ən çox oxunanlar
![Bank istirahət keçirmək üçün çox sərfəli kredit təklif edir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/səyahət-kredit.jpg)
Bank istirahət keçirmək üçün çox sərfəli kredit təklif edir
![ABB səhmlərinə abunə yazılışı prosesinə digər banklar da qoşulacaq](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/ABA-azerbaijan-bank-assosiation-669x430.jpg)
ABB səhmlərinə abunə yazılışı prosesinə digər banklar da qoşulacaq
![“Brent” neftinin qiyməti bu il 90 dollaradək yüksələ bilər](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/oil.jpg)
“Brent” neftinin qiyməti bu il 90 dollaradək yüksələ bilər
![Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/qp.jpg)
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
![Hesablama Palatası ARDNF-ə özəl səhmlərlə bağlı təkliflər verib](/storage/thumbnail/thumbnail/cdn/2023/may/22/hesablama.jpg)
Hesablama Palatası ARDNF-ə özəl səhmlərlə bağlı təkliflər verib
![Xankəndidə “Palace” hoteli açılıdı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/Palace-hotel/palace.jpg)
Xankəndidə “Palace” hoteli açılıdı
![Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gedib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/05/ersin-tatar.jpg)