Ən yuxarı (mobil)_30

“SOCAR İstiqrazları “xəstələri” sağaltdı, “ölüləri” diriltdi” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR İstiqrazları “xəstələri” sağaltdı, “ölüləri” diriltdi” - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SOCAR İstqirazları kapital bazarlarına yeni bir nəfəs gətirdi, “xəstələri” sağaltdı, “ölüləri” diriltdi. İndi İnvestisiya Şirkətləri müharibədən sonra yaralıların yarasını müalicə edən xəstəxanalara oxşayır, məlhəm isə SOCAR istiqrazlarıdır”

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almış 6 investisiya şirkətindən biri olan “InvestAZ” SOCAR-ın istiqraz buraxılışı layihəsinin iştirakçılarından biridir. SOCAR İstiqrazlarının ilkin yerləşdirilməsində mühüm rol oynamış “InvestAZ”, hazırda da SOCAR İstiqrazlarının təkrar bazarı üzrə xidmətlər göstərir. Qısası, SOCAR istiqrazlarını almaq üçün bu şirkətə də müraciət etmək olar.

 

“InvestAZ” Azərbaycan ilə bərabər Türkiyə bazarında da fəaliyyət göstərir. Həm şirkətin iki ölkənin kapital bazarında, həm də SOCAR istiqrazı layihəsində təcrübəsini nəzərə alaraq, "Marja" şirkətin Direktor müavini Orxan Bağırovdan istiqrazlar mövzusunda müsahibə alıb.   

 

-İllik 5% nə qədər yüksək gəlir sayıla bilər? Dünyada, ya da digər ölkələrdə istiqrazlar üzrə faiz dərəcələri nə qədər olur?

 

-Ümumiyyətlə hər hansı investisiya alternativlərini müqayisə edərkən onları eyni tərəziyə qoyma üçün onları identikləşdirmək lazımdır. Yəni onları xüsusiyyətlərinə görə eyniləşdirib daha sonra müqayisə etmək lazımdır. İstiqrazları təhlil etmək üçün onları buraxan şirkətlərin maliyyə sağlamlığı, o istiqrazların müvafiq riskə uyğun gəlirlilikləri və digər risklər nəzərə alınmalıdır.

 

Maliyyə sağlamlığını ölçməkdə yeni başlayanlar üçün ən qısa yol dünyada inkşaf etməkdə olan ölkələrin Moody’s, S&P, və Fitch reytinq şirkətlərindən dərəcəsi olan və ABŞ Dolları nominasiyalı korporativ istiqrazlara baxış keçirərək, onları SOCAR istiqrazları ilə müqayisə etmək olar. Məsələn SOCAR-ın kredit reytinqi Moody’s-dən Ba1 dərəcəsidir.

 

Gəlirliliyi təhlil edərkən isə nəzərə almaq lazımdır ki, müqayisə zamanı kuponlar yox gəlirlilik dərəcələri müqayisə olunmalıdır. Çünkü, kupon cari iqtisadi vəziyyəti əks etdirmir.

 

Bazar riskini müəyyən etmək üçün onun qiymət tarixi və aid olduğu iqtisadi sektorun hazırkı bazar vəziyyətini təhlil etmək lazımdır. Bundan başqa xarici bazarlara çıxış imkanı və əqd bağlayan zaman yarana biləcək xərcləri də nəzərə almaq lazımdır. Bütün bu faktorların net nəticələrini müqayisə edərək düzgün nəticəyə gəlmək olar.

 

Bizim təhlillərimiz göstərir ki, ABŞ Dolları nominasiyasında Ba1 kredit reytinqinə sahib inkşaf etməkdə olan ölkələrin emissiya etdiyi korporativ istiqrazlar arasında 5% gəlirlilik dərəcəsi, tətmin edicidir və yaxşı qazanc imkanı hesab edilə bilər.

 

-SOCAR İstiqrazlarını hansı məqsədlə almaq daha yaxşıdır –pulu artıqmaq üçün, yoxsa sadəcə etibarlı saxlamaq üçün.

 

-Bunu ən yaxşı suallardan hesab etmək olar. Çünkü həqiqətən investor investisiya etməzdən və ya investisiyası haqqında gözləntilərini yaratmazdan öncə birinci növbədə investisiya məqsədini aydınlaşdırmalıdır. Hər bir investisiyanın müvafiq riski vardır. Daha yüksək riski olan investisiyanın gəlirini daha aşağı riski olan investisiyadan gözləmək sadəlöhvlük olardı. SOCAR istiqrazlarına gəldikdə isə əgər investor orta müddətdə pulunu ABŞ Dollarının riskini almaqla güvəndə saxlamaq və orta səviyyədə artırmaq istəyirsə o zaman bu onun üçün uyğun investisiya sayıla bilər.

 

-Ümumiyyətlə, xarici ölkələrdə, məsələn qonşu Türkiyədə istiqrazlar nə qədər populyardır? İnsanlar bunu nə qədər həvəslə alırlar?

 

-Türkiyədə istiqraz bazarının böyüklüyü təqribən 180 mlrd ABŞ Dolları ekvivalentindədir. Lakin bu bazarın 90%-ni dövlət istiqrazları digər 10%-ni isə korporativ istiqraz bazarı təşkil edir. Təbii ki, orada da digər ölkələrdə olduğu kimi istiqraz bazarının əsas oyunçuları hüquqi şəxslər, banklar, korporasiyalardır. Lakin orada fiziki şəxslər yanlız birbaşa deyil, həm də investisiya portfelləri və investisiya fondları vasitəsi ilə də istiqraz bazarında iştirak etdiyindən onların xüsusi çəkisini müəyyənləşdirmək çətindir. Ümumilikdə deyə bilərik ki, Türkiyədə 152 korporativ emitent vardır. Bu orada istiqrazların nə qədər populyar olduğunun digər bir göstəricisidir.

 

-SOCAR İstiqrazlarının likvidlik, yəni istədiyin vaxt aldığın istiqrazları nağdlaşdırma qarantiyası var, belə qarantiya bütün istiqrazlara verilir, yoxsa bu yalnız SOCAR İstiqrazlarındadır? Məsələn, dünyadakı və ya  Türkiyədəki istiqrazlara belə qarantiya verilirmi?

 

-Ümumilikdə belə bir qarantiyanın olması bir tərəfdən istiqraz bazarı üçün absurd dərəcəsində üstünlükdür, digər tərəfdən isə başqa heç bir ölkədə görə bilməyəcəyimiz təcrübədir. SOCAR istiqrazları emissiya edilərkən bazarın həssaslığını və pərakəndə investorların kapital bazarları haqqında məlumatsızlığını nəzərə alaraq SOCAR-a biz, İnvestisiya Şirkətləri tərəfindən təklif edildi ki, bu istiqrazların likvidliyi müəyyən həddə təmin olunsun. Bu emissiyanın daha uğurlu olacağını təminat altına alırdı. SOCAR isə daha proqressiv addım ataraq, istiqrazların bütün emissiya həcmi üzrə market-meykerliyini İnvestisiya Şirkəti vasitəsi ilə öz üzərinə götürdü. Bu o deməkdir ki, əvvəl əgər emissiya həcminin 30%-nə likvidlik qarantiyası olacağı halda, satışlar limit həddinə yaxınlaşdıqda qiymətlər kifayət qədər düşəcəkdi, lakin belə olan halda, istiqrazların bazar riski də sıfıra yaxınlaşmış oldu. Geriyə satıla bilmə qarantiyası özü özlüyündə yüksək üstünlükdür, çünki, bu o deməkdir ki, siz həm istiqrazı alırsınız həm də onu istənilən vaxt geri satmaq hüququ verən “put option”. Lakin, SOCAR-ın təklif etdiyinin “put option”dan 2 fərqi var:

 

“Put option” üçün investor pul ödəməlidir, lakin bu market – meykerlik öhdəliyi üçün investor SOCAR-a heç bir pul ödəmir.

 

“Put option” vasitəsi ilə investor istiqrazını geri satdıqda həmin istiqraz tədavüldən çıxmalıdır, lakin market – mekerliklə bu istiqrazı alan İnvestisiya Şirkəti onu yenidən digər investora sata bilir.  

 

-Rayonda yaşayanlar SOCAR İstiqrazlarını necə ala bilərlər?

 

-Hazırda regionlarda yaşayan investorlarımız bizimlə müqavilə bağladıqdan sonra vəsaiti köçürməklə istiqraz sahibi ola bilərlər. Belə ki, investor SOCAR istiqrazlarını almaq üçün müraciət etdikdə lazımi sənədlər hazırlanıb poçt vasitəsilə göndərilir və müştəri sənədi imzaladıqdan sonra geri göndərməklə hesab aça bilər. Şirkətimiz, lazımsız sənəd dövriyyəsinin minimallaşdırılması üçün texnoloji həllər üzərində çalışır və bu yaxınlarda müştərilər məsafədən, heç bir sənəd dövriyyəsi olmadan Şirkətimizdə hesab açıb bütün investisiya alətlərindən faydalana biləcəklər.

 

-Azərbaycan vətəndaşlarından başqa, SOCAR İstiqrazlarını başqa ölkələrin vətəndaşları ala bilərmi?

 

-SOCAR istiqrazlarının emissiyası zamanı bu mümkün deyildi. Emissiya prospektində də  qeyd oldunduğu kimi bu istiqrazı yanlız Azərbaycan Respublikasının vətəndaşları və rezident  hüquqi şəxsləri ala bilərdi. Lakin, indi bütün istiqrazlar investorlarda olduğu üçün onların sahib olduqları istiqrazları kimə satmaqları ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

 

-Xaricilər də alırmı istiqrazları?

 

-Xarici investorlardan da böyük maraq var. Lakin Şirkətimiz adından deyə bilərəm ki, bazar infrastrukturunda mövcud olan müəyyən texniki çətinliklərə görə hələ ki, belə bir satış həyata keçirməmişik. Lakin, xarici investorlar da səbirsizliklə bu çətinliklərin aradan qalxmasını və istiqrazı almağı gözləyirlər.

 

-Bankdan əmanəti vaxtından əvvəl çıxaranda faizlər verilmir. Bəs, istiqrazlarda necədir – onları vaxtından əvvəl satanda gəlir götürmək olur?

 

-İstiqrazların hazırda elan olunan çirkli qiyməti hər gün üzərinə hesablanan faizlə birlikdə dəyəri artır. Bu o deməkdir ki, siz bugün istiqrazı aldığınız zaman verdiyiniz vəsaitin içində o istiqraz üzrə hesablanmış faizlər artıq var. Eləliklə də, gələcəkdə siz bu istiqrazı satdığınız zaman, ən son kupon ödənişindən etibarən satmaq istədiyiniz günə qədər hesablanmış faizlər istiqrazınızın üzərində hesablanmış olacaqdır. Başqa sözlə, bu o deməkdir ki, siz nəyinki istiqrazı vaxtından əvvəl tez satdıqda faizləri itirmirsiniz, hətta bəzi hallarda siz onu daha baha sataraq hesablanmış faizdən daha artıq gəlir əldə edə bilərsiniz.

 

-İstiqrazları almaq istəyənlər artıbmı? Əvvəlkinə nisbətən nə qədər artıb?

 

-İlk kupon ödənişinə qədər istiqrazlar üzrə dövriyyə emissiya həcminin 35%-nə çatmışdır. Azərbaycan kapital bazarları üçün bu yaxşı göstəricidir və marağın artığına işarə edir.

 

-Alıcılar istiqrazlar barədə ən çox nəyi bilmək istəyirlər?

 

-Ödəyəcəkləri komissiyalar, gizli xərclər, istiqrazların mahiyyəti və s. Köhnə düşüncəli investorlar isə bəzən bizdən istiqrazın özünü kağız formada tələb etmək istəyirlər. Lakin, onlara sənədsiz qiymətli kağızların daha etibarlı olduğunu izah edəndə, razılaşmaya bilmirlər. SOCAR istqirazları kapital bazarlarına yeni bir nəfəs gətirdi, “xəstələri” sağaltdı, ölüləri diriltdi. İndi İnvestisiya Şirkətləri müharibədən sonra yaralıların yarasını müalicə edən xəstəxanalara oxşayır, məlhəm isə SOCAR istiqrazlarıdır.

 

-İstiqrazların ən çox hansı cəhəti alıcıları cəlb edir? Və onları hansı məqsədlə alırlar – pulları etibarlı saxlamaq üçün, gəlir əldə etmək üçün  ya da başqa hansısa məqsəd?

 

-Əlbəttə ilkin növbədə onların emitenti. İstiqrazları buraxan şirkət və ya dövlət olması, nə qədər etibarlı olması, istiqrazların nominalının ifadə olunduğu valyuta, gəlirliliyi və s. investorları ən çox maraqlandıran məqamlardır. İstiqrazın alınma səbəbi hər bir halda investisiyadır, yastıq altındakı dəyərini itirən pulun işləməsidir. Kimin hansı istiqrazı alması səbəbi isə onun risk iştahı və gəlirlilik gösləntisinə görə dəyişir.

 

-İnsanlar öz adlarına alırlar? Yoxsa istiqrazı başqalarının adına alanlar da var? Varsa ən çox kimin adına alırlar?

 

Bu müştəri məlumatı olduğu üçün bunu KİV-də açıqlamağı uyğun görmürük.

 

-Müsahibənizə görə təşəkkür edirik.

 

Əlavə edək ki, ABŞ Dolları ilə buraxılmış SOCAR İstiqrazların cəmi buraxılış məbləği  100  milyon  dollarıdır. Emissiya hər birinin nominal dəyəri 1000 dollar olan 100 min ədəd istiqrazdan ibarətdir. İstiqrazlar vədə sonuna qədər əldə tutulduğunda, sahibinə illik 5% qazanc gətirir: hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü 1,25% faiz gəliri istiqraz sahiblərinin hesablarına köçürülür. Hazırda SOCAR İstiqrazlarını təkrar bazardan almaq olar. Bunun üçün Maliyyə Palatasının lisenziya verdiyi bütün investisiya şərkətlərinə və yaxud 1 və 5 saylı ASAN xidmət mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərinə müraciət etmək lazımdır.

 

 

06.02.2017 13:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 5-ci_28
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15