Azərbaycanda işləyən əcnəbilər artır
2017-ci il fevralın 1-nə Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan xarici vətəndaşların sayı 34 min 213 nəfərə çatıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 0,8% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
“Bu ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 273 nəfər əcnəbi işçiyə fərdi şəxsi hesab açılıb”, - deyə məlumatda bildirilir.
Azərbaycanda fərdi uçot sistemində fərdi şəxsi hesabı olan əcnəbilər 125-dək ölkəni təmsil edirlər.
Onların arasında sayca daha çox olan Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarıdır.
1 yanvar 2017-ci il tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların ümumi sayı 33 min 94 nəfər təşkil edib.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların məcburi sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
5 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 5 saat əvvəl
-
8 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 10 saat əvvəl
-
11 saat əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
11 saat əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
11 saat əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
12 saat əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























