İxrac təşviqinin ödənilməsi qaydası dəyişdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə yeni səlahiyyət verilib, ixrac təşviqinin alınması üçün ərizələrə baxılma müddəti 5 dəfə azaldılıb
Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda dəyişikliklər edib.
Qaydaya əasən indiyə qədər qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslər şəxslər ixrac təşviqinin alınması üçün ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət ediblər.
Dəyişikliyə əsasən bundan sonra qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslər xrac təşviqinin alınması üçün ərizə ilə birbaşa və ya “bir pəncərə” prinsipi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edəcəklər. Ərizəyə əlavə edilən sənədlərdə də dəyişiklik var. İndiyə qədər ərizəyə qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti əlavə olunub. Bundan sonra isə ərizəyə üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması və təyinat ölkəsi də daxil olmaqla, xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti əlavə olunmalıdır.
İndiyə qədər təqdim olunmuş sənədlərə İqtisadiyyat Nazirliyi tərəfindən 10 iş günü müddətində baxılıb və bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, 2 nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında “MƏKTUB-SƏRƏNCAM” tərtib edilib və bir nüsxəsi ixracatçıya, bir nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunub. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, İqtisadiyyat Nazirliyi ərizənin daxil olduğu tarixdən 2 iş günündən gec olmayaraq, həmin çatışmazlıqların aradan qaldırılması üçün müraciət edən şəxsə məlumat verib. Müraciət edən şəxs tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə Qaydaya uyğun olaraq baxılıb. Dəyişikliyə əsasən bundan sonra İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 2 iş günü müddətində ərizə və ona əlavə edilmiş sənədlərin bu Qaydanın tələblərinə uyğunluğunu yoxlayacaq. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, İqtisadiyyat Nazirliyi ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblər əməl olunmamasının hüquqi nəticələrini ona izah edəcək. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman ixrac təşviqinin verilməsi ilə bağlı müddətin axımı dayandırılacaq və dayandırılmış müddət ixrac təşviqinin verilməsi müddətinə daxil edilməyəcək. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunacaq. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, İqtisadiyyat Nazirliyi ərizəni baxılmamış saxlayır və bu barədə məlumatı 2 iş günü ərzində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra ixrac təşviqinin alınması üçün yenidən ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq 2 nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu “MƏKTUB-SƏRƏNCAM” tərtib ediləcək və bir nüsxəsi ixracatçıya, digər nüsxəsi isə Maliyyə Nazirliyinə təqdim olunacaq. İxrac təşviqinin verilməsindən imtina bu Qaydada nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi ixrac təşviqinin verilməsindən imtinadan inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait həmin məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərindən çox olduqda, bu məhsulların ixracına görə ixrac təşviqinin baza məbləği ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin 3 faizini təşkil edəcək. Müraciətə əlavə olunmuş iki və daha çox gömrük bəyannaməsi əsasında ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait müvafiq gömrük bəyannamələrində göstərilən gömrük dəyərinin cəmindən az olduqda, belə bəyannamələr üzrə ixrac təşviqi daxil olan vəsaitin bu Qaydada nəzərdə tutulan sənədlər əsasında həmin gömrük bəyannamələri üzrə bölgüsünü konkretləşdirməklə hesablanacaq. Bu zaman bəyannamələr və ya onların bəziləri üzrə vəsaitin bölgüsünü konkretləşdirmək mümkün olmadıqda, həmin bəyannamələr üzrə ixrac təşviqi bu bəyannamələr sırasından daha əvvəlki tarixli gömrük bəyannaməsindən başlayaraq ardıcıllıq əsasında və daxil olan vəsaitin bəyannamələr üzrə bölgüsü konkretləşdirilməyən hissəsi çərçivəsində hesablanacaq və ödəniləcək. Müraciətə əlavə olunmuş gömrük bəyannaməsi əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının XİFMN üzrə siyahısında nəzərdə tutulmuş məhsul (məhsullar) ilə yanaşı adıçəkilən siyahıda nəzərdə tutulmamış məhsul (məhsullar) da ixrac edildikdə və bu zaman gömrük bəyannaməsində nəzərdə tutulan məhsullara görə ixracatçının bank hesabına köçürülən vəsait bu məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən ümumi gömrük dəyərindən az olduqda, belə bəyannamə üzrə ixrac təşviqinin baza məbləği aşağıdakı düstur əsasında hesablanmış məbləğin 3 faizini təşkil edir:
M = (V / D0) x D1
Burada:
M – hesablanmış məbləğ;
V - ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının
Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait;
D0 – ixrac olunmuş məhsulların gömrük bəyannaməsində göstərilən ümumi gömrük dəyəri;
D1 – həmin bəyannamə əsasında ixrac olunmuş yalnız Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının XİFMN üzrə siyahısında nəzərdə tutulmuş məhsulun (məhsulların) gömrük dəyəri.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
6 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
7 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib






















