Azərbaycanda çox bəyənilən avtomobil təqdim ediləcək
20-22 İyul 2018-ci il tarixlərində Qəbələdə “Gabaland” Əyləncə Şəhərciyində 15-ci “Qafqaz Motor Şou” (Caucausus Motor Show) avtomobil sərgisi keçiriləcəkdir.
3 gün ərzində - ən yeni modellərin təqdimatı, premyeralar, test-drayvlar, jurnalistlər üçün brifinqlər, televiziya çəkilişləri, tamaşaçılar arasında uduşlu viktorinalar, kartinq yarışları, "Miss Auto" gözəllik müsabiqəsi, konsertlər, diskotekalar və s.nəzərdə tutulub.
20 İyulda avtomobillərin ilkin nümayişləri olacaq, 21 İyul-da isə təntənəli açılış və təqdimatlar baş tutacaqdır. 22 İyulda isə "Qızıl Çarx" mükafatı təqdim olunacaq və həmin gün sərgi konsert ilə öz işini yekunlaşdıracaqdır.
2 YENİ HYUNDAİ MODELİ TƏQDİM EDİLƏCƏK
Sərgidə Azərbaycan bazarında təmsil olunan avtomobil idxalçılarının bir çoxu son modelləri nümayiş etdirəcəklər. Sərgidə Hyundai-ın stendi ziyarətçilərin ən çox axın edəcəyi zona ola bilər. “Marja”nın məlumatına görə, rəsmi distribyutor “Auto Azərbaycan” şirkəti bu sərgidə Azərbaycanda ilk dəfə Tam Yeni Santa Fe və Tam Yeni Veloster modellərini təqdim edəcəkdir. Santa Fe Azərbaycanda çox bəyənilən avtomobildir və alıcılar səbirsizliklə bu modelin satışına başlanmasını gözləyirlər.
Cənubi Koreyalı istehsalçı Hyundai, dizayn, yeni texnologiyalar və təhlükəsizlik sistemləri baxımından yenilədiyi dördüncü nəsil Hyundai Santa Fe modelini Mart ayında 88-ci Cenevrə Avtomobil Sərgisində təqdim etmişdi.
Olduqca dinamik və aqressiv görünən yeni Santa Fe, 4770 mm uzunluq və 1890 mm en ölçüləri ilə sələfindən 70 mm daha uzun və 10 mm daha enlidir. Bu uzunluq arxa kresloda səyahət edən sərnişinlərə daha geniş bir diz məsafəsi təmin edir. Həmçinin avtomobilin baqaj həcmi artırılaraq 585 litrə çatdırılıb.
Yeni Santa Fe 3 fərqli mühərrik variantı ilə satışa təqdim olunur. Dizel variant mühərriklər 2.0 və 2.2 litr, benzin variant isə 2.0 litr tubodur. Avtomobilin 6 pilləli mexaniki və ya 8 pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilən versiyaları mövcuddur. Yeni Santa Fe-də HTRAC adlı elektron dörd çəkiş (4x4) sistemi mövcuddur.
Hyundai-ın idman avtomobili yeni Veloster 1.6 litrlik turbo mühərrikilə 201 at gücü hasil edir. 2.0 litr mühərrikə malik olan Veloster N isə 275 at gücündədir.
TEZLİKLƏ SATIŞLAR BAŞLAYACAQ
“Auto Azərbaycan” şirkətinin Marketinq direktoru Rauf Cahangirov bildirdi: “Hyundai-ın ən çox satılan modellərindən biri olan Santa Fe tamamilə yenilənib. Bu avtomobili bəyənənlər yeni modeli səbirsizliklə gözləyirlər. Qlobal təqdimatdan qısa müddət sonra Tam Yeni Hyundai Santa Fe modelini təqdim etməyə şadıq. Azərbaycanda tam yeni Santa Fe-nin satışlarına tezliklə başlanacaqdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
İlk dəfə Detroit Avtomobil Sərgisində nümayiş etdirilimiş Volester modeli də tam yenilənib. Hyundai Volester 3 qapılı idman üslubunda avtomobildir. Unikal dizayna malikdir. Gənc ruhlu, aktiv həyat tərzi keçirən, sürəti sevən insanlar bu avtomobilə üstünlük verirlər. Tezliklə Veloster və Veloster N modellərinin də Azərbaycanda satışına başlamağı planlaşdırırıq”.
Şənbə və bazar günlərinə təsadüf edən 21-22 İyul tarixlərində həm Qəbələdə istirahət edə, həm də 15-ci “Qafqaz Motor Şou”da yeni modellər ilə yaxından tanış ola bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
18 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi



















.jpg)



