Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Reklam qurğularının yerləşdirilməsinə dair yeni tələblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Reklam qurğularının yerləşdirilməsinə dair yeni tələblər

Nazirlər Kabineti “Reklam qurğularına Texniki Tələblər”i təsdiq edib.

 

Reklam_3_11

Bu tələblər reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğularına qoyulan tələbləri müəyyən edir.

 

Yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılan, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrində reklam qurğularının yerləşdirilməsinə yol verilmir. Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsinə  yol verilmir. Bütün növ reklam qurğularında reklam məlumatları və təsvirləri istehlakçılara  hərəkətsiz poliqrafik posterlər (kağız, vinil və s.), təsvirin dinamik dəyişdiyi sistemlərdə posterlərin yayımlanması (roller sistemləri, prizmatronlar və s.) və  elektron daşıyıcılarda təsvirlərin təqdim olunması vasitəsilə çatdırıla bilər. Qurğunun reklam səthinin aşağı hissəsində qurğunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və qurğunun nömrəsi barədə məlumatlar yerləşdirilməlidir. Reklam qurğusunun işıqlandırılması üçün istifadə edilən işıq qurğuları işıq şüalarının yolun hərəkət istiqamətinə düşməyəcəyi şəkildə quraşdırılmalıdır. Reklam qurğusunun bərkidici boltlarının hündürlüyü onun yerləşdiyi yerin səviyyəsindən 0,02 metrdən çox olmamalıdır.

 

Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilən reklam qurğusu pərakəndə ticarət  köşkünün konstruktiv elementlərinə montaj edilən və köşkün konstruktiv hissəsi olmayan kiçikölçülü reklam qurğusudur. Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,90-1,50 x 1,20-2,10 metrədək təşkil edir. Pərakəndə ticarət köşkünün üzərinə yerləşdirilən reklam qurğusu daxili işıqlandırmaya malik olmalıdır. Pərakəndə ticarət köşklərinin üzərində yerləşdirilən və obyektin adı, mənsubiyyəti, fəaliyyət növü, ünvanı, iş rejimi, həmçinin digər qeyri-kommersiya məqsədli məlumatı istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilmir. Dayanacaq meydançasında yerləşdirilən reklam qurğusu ictimai nəqliyyatı gözləmə meydançasının konstruktiv elementlərinə montaj edilən ikitərəfli kiçikölçülü reklam qurğusudur. Dayanacaq meydançasının üzərinə yerləşdirilmiş reklam qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,10-1,30  x 1,90-2,10 metrədək, dayaq dirəyinin hündürlüyü 0,30-0,60 metrədək təşkil edir. Tent ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərinə, vitrinlərin, bina və digər tikililərin qapı və pəncərələrinin üzərinə yerləşdirilən günlük şəklində reklam qurğularıdır. Tent bərkidici elementlərdən, karkasdan və yumşaq, yaxud sərt materialdan hazırlanmış reklam səthindən ibarətdir. Bir binada yerləşən tentlər eyni formaya malik olmalıdırlar. Tentin reklam yerləşdirilən səthinin sahəsi onun günlüyünün sahəsi ilə müəyyənləşdirilir. Reklam çətiri açıq havada olan ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində yerləşdirilən çətir şəklində reklam qurğusudur. Çətirin reklam yerləşdirilən səthinin sahəsi onun günbəzinin sahəsi ilə müəyyənləşdirilir.

 

Transparant iki ayrı dirək, yaxud bina arasında bərkitmə qurğuları və burazla (metal kəndirlə) asqı şəklində yerləşdirilmiş reklam qurğusudur. Bir qayda olaraq, yumşaq materiallardan (parça, tor, süni dəri və s.) hazırlanaraq buraz (metal kəndir) vasitəsilə yer  səviyyəsindən ən azı 6,00 metr hündürlükdə dirəklərə və ya binalara bağlanılır. Transparantın bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,50-1,10 x 5,00-15,00 metrədək təşkil edir. Transparantın avtomobil yolunun üzərində, yaxud kənarında yerləşdirilməsinə, şəhərin işıqlandırılması dirəklərinə birləşdirilməsinə yol verilmir. Asma transparantlar şəhər elektrik nəqliyyat vasitələrinin və küçələrin işıqlandırılması sisteminin fəaliyyətinə mane olmamalıdır. Bayraq bünövrə, flaqştok və parçadan ibarət ikitərəfli stasionar reklam qurğusudur. Adətən, üzərində müəssisənin və ya təşkilatın loqotipi, yaxud digər reklam xarakterli məlumatlar yerləşdirilir. Bayraq öz dirəyi üzərində, yaxud binaların üzərində yerləşdirilə bilər. Afişa stendi bir və ya iki reklam səthinə malik olan, ayrıca dayaqlı kiçikölçülü reklam qurğusudur. Afişa stendi qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 1,00-2,00  x 1,50-2,50 metrədək, aşağı küncünün yerdən hündürlüyü 0,20-0,50 metr təşkil edir. Afişa stendindən teatr, kinoteatr, idman və digər kütləvi tədbirlərin repertuarı barədə məlumatın yerləşdirilməsi məqsədi ilə istifadə olunur. Afişa stendlərində yayımlanan reklam materiallarında yalnız keçirilən tədbirlərin sponsorları barədə məlumatlar yerləşdirilə bilər. Bu reklam qurğuları işıqlandırılmaya malik olmur. Kronşteyn panel binaların üzərinə, işıq və ya ayrı dirəklərə yerləşdirilən ikitərəfli, daxili işıqlandırmaya malik kiçikölçülü reklam qurğusudur. Ayrıca dayaq üzərində yerləşdirilən kronşteyn panel qurğusunun bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,60-1,00 x 1,00-1,20 metrədək, dayaq dirəyinin hündürlüyü 2,00-5,00 metr təşkil edir. Bir dirək üzərində birdən çox reklam qurğusunun yerləşdirilməsinə yol verilmir. Yol kənarında yolun hərəkət hissəsinin üzərində yerləşdirilmiş kronşteyn panellərin aşağısından yerədək olan məsafə 4,50 metrdən az olmamalıdır. Kronşteyn panellər piyada hərəkəti zonasında yerləşdirildikdə bu məsafə 3,00 metr, qazonun üzərində yerləşdirildikdə 2,00 metrdən az olmamalıdır. Binaların üzərinə quraşdırılmış kronşteyn panellər ikinci mərtəbənin pəncərəsinin aşağısı səviyyəsindən hündürdə olmamaq şərtilə yerləşdirilməli və binaya bərkidildiyi yerdən 1,20 metrdən artıq çıxıntı əmələ gətirməməlidir. Binaya bərkidilmiş kronşteyn panel qurğusunun reklam yerləşdirilən səthinin xarici ölçüləri 0,70-0,80 x 1,00-1,20 metrədək təşkil edir. Binaya bərkidilmiş kronşteyn panel qurğusunun aşağı küncünün yerdən hündürlüyü 2,20 metrdən az olmamalıdır.

 

Reklam tumbası üç xarici reklam səthinə və daxili işıqlandırmaya malik reklam qurğusudur. Reklam tumbasının ölçüləri fərdi qaydada müəyyənləşdirilir. Elektron ekran (elektron tablo) işıq-diodlar, lampalar, digər işıq mənbələri və işıqəksetdirən elementlər hesabına ekran səthində təsvirin göstərilməsi üçün nəzərdə tutulmuş reklam qurğularıdır. Elektron ekran ayrı dayaq üzərində, yaxud bina və tikilinin divarı üzərində yerləşdirilə bilər. Elektron ekran qurğusunun ölçüləri, o cümlədən reklam səthinin sahəsi və dayaq dirəyinin hündürlüyü hər bir reklam qurğusu üçün fərdi qaydada müəyyənləşdirilir. Meqabord daxili və xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Meqabord bünövrə, karkas, dayaq və reklam səthindən ibarətdir. Tərəflərinin sayı 3-dən çox ola bilməz. Meqabord bir tərəfinin reklam yerləşdirilən səthinin xarici ölçüləri 4,00–6,00 x 8,00-15,00 metrədək, dayaq dirəyinin hündürlüyü 8,00-18,00 metrədək təşkil edir.  Divar panosu (brandmauer) binaların pəncərələr olmayan divarına, yaxud səthinə yerləşdirilən, birtərəfli, xarici işıqlandırmaya malik böyükölçülü reklam qurğusudur. Divar panosunun reklam səthinin minimum ölçüsü 9 kv.m təşkil edir. Binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarət, yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Binaların damında yerləşdirilən reklam qurğularının hündürlüyü 1-3 mərtəbəli binalar üçün 1,80 metrdən, 4-7 mərtəbəli binalar üçün 3,00 metrdən, 8-12 mərtəbəli binalar üçün 4,00 metrdən, 13-17 mərtəbəli binalar üçün 5,00 metrdən, 18 və daha çox mərtəbəsi olan binalar üçün 6,00 metrdən çox olmamalıdır. Reklam qurğularının uzunluğu fasadın uzunluğu 35,00 metrədək olduqda, onun uzunluğunun 80 faizindən, 35,00 metrdən çox olduqda, onun uzunluğunun 50 faizindən çox olmamalıdır. Fasad reklamları ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin  giriş hissələrindəki fasadlarında, birinci və ikinci mərtəbələrin pəncərələri arasında yerləşdirilən reklam qurğularıdır. Qurğunun aşağı küncünün yerdən hündürlüyü ən azı 2,00 metr təşkil edir.

 

Dayanacaq meydançalarında yerləşdirilən reklam qurğuları həftədə 2 dəfədən az olmamaqla, kiçikölçülü reklam qurğuları ayda 2 dəfədən az olmamaqla, ortaölçülü reklam qurğuları iki ayda 1 dəfədən az olmamaqla, böyükölçülü reklam qurğuları isə ildə 2 dəfədən (mart-aprel və avqust-sentyabrda) az olmamaqla təmizlənməlidir.  Bir tərəfinin reklam yerləşdirilən səthinin sahəsi 4,50 kv.m-dək olan qurğular kiçikölçülü, 4,50 kv.m-dən 9,00 kv.m-dək olan qurğular ortaölçülü, 9,00 kv.m-dən çox olan qurğular isə böyükölçülü reklam qurğuları hesab edilir.

 

14.12.2016 08:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ