“Ermənistanın yeni rəhbərliyi işğalçı siyasəti davam etdirmək niyyətindədir”
Azərbaycan prezidenti Ermənistanın yeni hakimiyyətinin işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bəyan edib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bildirib ki, 20 il Ermənistana rəhbərlik etmiş xunta rejimi çöküb, işğalçı siyasəti iflasa uğrayıb:
“Ermənistanın indiki hakimiyyəti əvvəlki xunta rejimin səhvlərini buraxmamalıdır. Ancaq onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar təəccüb doğurur. Bir-birini təkzib edən bəyanatlar başa düşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmalıdır. Bəyanatdan bir müddət keçəndən sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür. Belə bəyanatlar sülhə vurulmuş yeni zərbədir. Bu bəyanatlardan hələlik gəldiyimiz qənaət budur ki, onlar işğalçı siyasəti davam etdirmək niyyətindədir. Biz isə sülh istəyirik. Ancaq torpaqlarımız işğaldan azad edilənə qədər bu mümkün olmayacaq. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır".
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 6 d. əvvəl
-
8 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
25 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
29 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
-
33 d. əvvəl
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası ®
-
37 d. əvvəl
Rabitəbank Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib
-
57 d. əvvəl
Zeekr 001 yenilənir – 496 at gücü və 8 dəqiqəyə sürətli enerji doldurma imkanı
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Toyota”nın avtomobil satışları düşüb, gəlir və satış proqnozlarını azaldıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Sahibkarlar bu məhsulları da nağd qaydada ala biləcəklər
Ən çox oxunanlar
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
Azərbaycan balıq istehsalını 126 faiz artırmağı hədəfləyir – Yeni aqropark yaradılacaq
Qızıl bahalaşır – 1 unsiyasının qiyməti 4130 dolları keçib
Xalq Bank ağacəkmə aksiyasında iştirak edib ®

























