Xarici şirkətlər Gürcüstanda neft ehtiyatlarının olduğunu iddia edirlər
Xarici şirkətlər Gürcüstan ərazisində neft yataqları olduğunu iddia edirlər və bununla əlaqədar olaraq axtarışlara da başlanılıb.
Bu barədə mətbuata Gürcüstanın Neft və Qaz Korporasiyasının rəhbəri Giorgi Tatişvili məlumat verib.
G.Tatişvili “Kommersant” radiosuna açıqlamasında bildirib ki, İspaniyanın “Repsol İspan” şirkəti Gürcüstan ərazisində neft yataqlarının olması barədə bu ölkənin müvafiq strukturlarına məlumat verib və axtarış-qazma işləri, tədqiqatlar aparmaqda maraqlı olduğunu bildirib.
Onun sözlərinə görə, Gürcüstanda çalışan digər xarici şirkətlər neft axtarışında maraqlıdırlar.
G.Tatişvili deyib: “Təxminən bir ay əvvəl “Repsol İspan” şirkəti Gürcüstanda neft yataqlarının olması perspektivləri haqqında bizə məlumat verib və bu istiqamətdə tədqiqat işləri aparmaqda maraqlı olduqlarını bildirib. “Repsol İspan” böyük neft şirkətlərindən biridir və bu şirkət ilə saziş rəsmiləşdirilib".
Onun sözlərinə görə, Gürcüstanda neft hasilatı ilə bağlı Çin şirkəti də maraqlıdır və onlarla da müqavilə imzalanıb.
"Bu şirkətlər ölkədə kor-koranə tədqiqat aparmırlar. Onlar toplanmış materialı öyrənir və təhlil əsasında qərar qəbul edirlər. Ehtimal var ki, onların tədqiqatlarına görə, hələlik neft aşkar olunmayıb, lakin minimum risklər var”, - deyə, Tatişvili vurğulayıb.
Gürcüstanın Neft və Qaz Korporasiyası rəhbərinin sözlərinə görə, ölkənin 23 bölgəsində neft ehtiyatlarının hasilatı ilə bağlı müqavilə imzalanıb və rəsmiləşdirilib. Lakin, neft emalı üçün lisenziya üç şirkətə verilib. 2017-ci ildə Gürcüstan 40 min ton neft hasil edib.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda ildə təxminən 2,5 milyard kubmetr qaz, 1,2 milyon ton neft məhsulları istehlak olunur. Gürcüstana karbohidrogenlər (neft və qaz) əsasən Azərbaycan, Rusiya, Rumıniya və Bolqarıstandan gətirilir.
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
© Report
Müştərilərin xəbərləri
AMFA COP31 çərçivəsində Antalyada iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
-
8 d. əvvəl
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
- 9 d. əvvəl
-
10 d. əvvəl
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır
- 22 d. əvvəl
-
24 d. əvvəl
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
-
41 d. əvvəl
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
45 d. əvvəl
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Çipsinin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq ediləcək
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır


























