Azərbaycanda işsiz dərhal qeydə alınacaq - YENİLİK
"Hazırda qurulmaqda olan məşğulluq portalı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək. Bu, hər hansı vətəndaş işdən azad olunduğu, yəni onunla əmək müqaviləsinə xitam verildiyi anda artıq işaxtaran vətəndaş kimi məşğulluq portalında dərhal qeydə alınmasına və vakant vəzifənin təqdim olunmasına imkan verəcək".
Bu, "Marja"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin səmərəli məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində təkliflərin hazırlanması üzrə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.
Nazir qeyd edib ki, aparılan islahatların əsas məqsədlərindən biri dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, bu sahədə xidmətlərin çevikliyinin, işsiz və işaxtaranlara asan əlçatanlığının təmin olunmasıdır. Bu istiqamətdə mühüm addım kimi məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması, məşğulluq portalının yaradılması işləri davam etdirilir. Eyni zamanda, müvafiq Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzrə Avropanın qabaqcıl təcrübəsi əsasında yeni xidmət modelinin yaradılması təmin olunacaq.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
S.Babayev diqqətə çatdırıb ki, aparılan işlər çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin «Məşğulluq haqqında» Qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərilib.
Özünüməşğulluq proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin də hazırlandığını vurğulayan S.Babayev əlillliyi olan insanların məşğulluq imkanlarına yiyələnməsində bu proqramın imkanlarından geniş şəkildə istifadə olunmasının, habelə həmin insanların işlə təminatı üçün müəssisələrdə kvota əsasında iş yerlərinin müəyyən olunması məsələsinə diqqətin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Nazir aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün konkret addımların atılmasının təmin ediləcəyini, həmçinin işsiz və işaxtaran şəxslər üçün regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin genişləndiriləcəyini deyib.
İclasda İşçi Qrupu tərəfindən görülən işlər, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması hazırlanan təkliflər, beynəlxalıq əməkdaşlıq müstəvisində icra olunan layihələr və s. müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
23 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
18 saat əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 19 saat əvvəl
-
21 saat əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
22 saat əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























