Bu kartı alan şirkətlərin xərcləri azalır
Korporativ bankçılıq sahəsində fəaliyyət dairəsini genişləndirən “Bank of Baku” ASC bu yaxınlarda bazara yeni məhsul - “İşkart” biznes kartını təqdim edib. Kartın özəllikləri, sahibinə təqdim etdiyi üstünlükləri və gələcəkdə gözlənilən mümkün yenilikləri haqqında sualları Bankın Rəqəmsal bankçılıq və layihələrin idarə edilməsi Departamentinin direktoru Anar Abbasov cavablandırıb. Müsahibəni sizə təqdim edirik.
- “İşkart” barədə məlumat verərdiniz? Bu məhsulun bazara çıxarılmasına zərurət necə yarandı?
- “İşkart” – hüquqi şəxsin və ya fərdi sahibkarın bilavasitə bank hesabına bağlı olan korporativ kartın brend adıdır. Son illərdə dövlətimiz tərəfindən nağdsız dövriyyənin artırılması istiqamətində işlər aparılıb, Mərkəzi Bankın və Vergilər Nazirliyinin təlimatlarına və qanunvericiliyə bir sıra əlavələr və dəyişikliklər olunub, ən mühüm dəyişiklər isə bu ilin yanvar ayından etibarən qüvvəyə minib. Sahibkarlar tərəfindən bir çox əməliyyatların nağd qaydada keçirilməsi məhdudlaşdırılıb, bəzi sahibkarlıq qurumlarının (məsələn, sığorta şirkətlərinin, bank olmayan kredit təşkilatlarının, turizm şirkətlərinin) isə ümümiyyətlə nağd şəkildə əməliyyatlar aparmasına qadağa qoyulub. Bundan başqa qeyd edim ki, bank hesabından aparılan istənilən nağdlaşdırılma əməliyyatına görə əlavə 1% həcmində vergi tutulur. Bütün bu dəyişikliklər də sahibkarı məcbur edir ki, əməliyyatlarını nağdsız (hesabdan-hesaba köçürmə yolu ilə, POS-terminalla və ya onlayn rejimdə) həyata keçirsin. Sırf belə hallarda bizim “İşkart” həm hüquqi, həm də fiziki şəxslərə hərtərəfli dəstək olmağa hazırdır.
- “İşkart”ı kimlər və necə əldə edə bilər? Hansısa şərtlər, tələblər varmı?
- “İşkart”ı VÖEN-i olan və bizim bankda cari hesab açdırmiş istənilən hüquqi şəxs və yaxud fərdi sahibkar əldə edə bilər. Ümumiyyətlə, VÖEN əsasında fəaliyyət göstərən, yəni xidmət sahəsində çalışan və ya hər hansısa bir iş müqabilində gəlirindən vergi ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar – SMM və elektron kommersiya xidməti ilə məşğul olan şəxslər, fotoqraflar, dərzilər, taksi sürücüləri, ustalar, incəsənət xadimləri, dizaynerlər, tur bələdçilər, vəkillər və digər şəxslər artıq bütün dövriyyələrini bu kartlarla apara biləcəklər. Onu da qeyd edim ki, bankımızın 23 illiyi ilə əlaqədar olaraq yeni kampaniyaya start vermişik. Kampaniya çərçivəsində fevralın 27-nə qədər müştərilərimiz “İşkart”ı tamamilə pulsuz əldə edə biləcəklər. Fiziki və hüquqi şəxslərə üzümü tutub, onları bu kampaniyadan faydalanmağa dəvət edirəm.
- Kart sahibkarlara hansı imkanlar, üstünlüklər qazandırır?
- Öncə də qeyd etdiyim kimi, “İşkart” vasitəsilə sahibkar bütün növ nağdsız ödənişləri apara bilər. Məsələn, gömrük rüsumları, Dövlət Sosial Müdafiə Fonduna köçürmələr, kommunal xidmətlərə görə ödənişlər, vergi borclarının ödənişləri, hər hansı bir mal və ya xidmətin haqqı (istər POS-terminalla, istərsə də elektron kommersiya vasitəsilə onlayn olaraq), işçilərin ezamiyyət və nəqliyyat xərcləri belə “İşkart” ilə ödənilə bilər. Həmçinin artıq sahibkarlar öz cari hesablarından pulu sadəcə nağdlaşdırmaq istədikləri halda, banka yaxınlaşmadan, növbədə durmadan istənilən vaxt “Bank of Baku”nun bankomatlarından daha endirimli tariflə çıxara bilərlər. Qeyd edim ki, vəsait filialda nağdlaşdırılarsa, bu halda biz 0,7%, kart vasitəsilə nağdlaşdırılarsa isə cəmi 0,5% komissiya tətbiq edirik. Nağdsız ödəniş olduğu halda isə ümumiyyətlə heç bir əlavə komissiya tədbiq edilmir və burada sahibkar ümumi minimum 1,5%-ə ( yəni 0,5% nağdlaşdırmaya görə və 1% vergi xərcinə) qənaət etmiş olur. Gördüyünüz kimi “İşkart” şirkətin əməliyyat xərclərini azaldır, nağd pulun daşınmasına və saxlanılmasına əlavə resurs sərf etmir, digər ölkələrə ezamiyyət zamanı xarici valyutanı almağa və ya valyuta hesabını açmağa, sərhəddi keçəndə əlavə bəyannaməni rəsmiləşdirməyə ehtiyac qalmır, çünki artıq xarici ölkədə sahibkar və ya onun əməkdaşı bütün alış-verişini cari hesabına bağlanmış kartla edə biləcək və vəsait o hesabdan avtomatik olaraq getdiyi ölkənin valyutasına konvertasiya olunacaq. Şirkət mühasibi bütün xərcləri rahatlıqla İnternet bankçılıq xidmətimiz vasitəsilə idarə edə bilər. Kart SMS-bankçılıq xidmətinə qoşulduğu zaman bütün alış-veriş əməliyyatları barədə telefon nömrəsinə mövcud vaxt rejimində bildiriş göndərilir. Həmçinin o, çek kitabçasına da çox əlverişli bir alternativdir. Kartda pulun saxlanılması nağd pulun itirilməsi və ya oğurlanması riskini də azaldır. Müştəri kart itdiyi zaman çox asanlıqla internet bankçılığa daxil olaraq və ya 145 nömrəli Məlumat Mərkəzimizə zəng edərək kartı bloklaşdıra bilər.
- Bu kartla bağlı “Bank of Baku”nun hədəfləri necədir?
- Hazırda “İşkart” müştərilərə həm debet, həm də kredit funksiyasına malik olmaqla verilir, yəni sahibkar yalnız cari hesabındakı şəxsi pulunu yox, həmçinin ona ayrılmış kredit xəttindən də istifadə edərək biznesini daima idarə edə bilər. “İşkart” ilə bağlı bir digər maraqlı konsepsiyamız da var ki onunla bağlı indi yox, yaxın gələcəkdə sizə məlumat verəcəm.
- Bank iş adamlarına fokuslanmış daha hansı məhsul və xidmətlər planlaşdırır?
- Bildiyiniz kimi, “Bank of Baku” artıq korporativ bankçılıq üzrə fəaliyyət dairəsini genişləndirir və bu istiqamətdə bir çox işlər görür. Bu işlərin bir nümunəsi olaraq, “İşkart” məhsulumuzu yenilənərək daha da geniş imkanlar təqdim edən internet bankçılıq və digər xidmətlərimizi göstərə bilərik. Növbəti addım olaraq internet bankçılıq xidmətimizi daha da təkmilləşdirməyi düşünürük, misal olaraq deyə bilərəm ki, bu yaxınlarda hüquqi şəxslər üçün əmək haqqı layihəsini internet bankçılıq üzərindən reallaşdırmağı planlaşdırırıq. Yəni əməkdaşlarına “Bank of Baku”nun kartları ilə əmək haqqı ödəyən şirkətin mühasibi artıq banka gəlmədən bu əməliyyatı internet bankçılıq vasitəsilə rahat şəkildə icra edə biləcək. Bu il ümümiyyətlə sahibkarlarımız üçün sürpriz dolu bir ilimiz olacaq. Gələcəkdə, sizlər də bunun şahidi olacaqsınız.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
9 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)


