İmkansız tələbələrin xərcləri ödəniləcək - KİRAYƏDƏN TƏHSİL HAQQINADƏK
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust Fərmanı ilə “Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edilib.
“Marja”nın məlumatına görə, qaydalarda diqqəti cəlb edən yeniliklərdən biri sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərin təhsil müddətində təhsil xərclərinin ödənilməsidir.
Fond, Nizamnaməsinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olub peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərini tam və ya qismən həmin şəxslərin müraciəti əsasında aşağıdakı tələblər nəzərə alınmaqla maliyyələşdirəcəkdir:
- müraciət edən şəxs, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aid olmalıdır;
- müraciət edən şəxsin təhsil xərcləri digər mənbələrdən ödənilməməlidir;
- müraciət edən şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəriciləri qənaətbəxş olmalıdır;
- müraciət edənin təhsil xərclərinə təhsil haqqı, yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi), gündəlik yemək xərcləri, zəruri tədris vəsaitləri və ləvazimatı ilə təminat xərcləri və nəqliyyat xərcləri (yaşadığı ünvandan tədris müəssisəsinin yerləşdiyi ünvana gediş-gəliş xərci, habelə təhsil müəssisəsi onun daimi yaşadığı şəhərdən (rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki) dəfə həmin şəhərə (rayona) gediş-gəliş xərci) daxildir;
-müraciət edən şəxsin təhsil müəssisəsinin yataqxanasında yerləşdirilməsi mümkün olmadıqda və ya təhsil müəssisəsi yataqxanaya malik olmadıqda ev kirayəsi üçün maliyyə vəsaiti ayrılır.
- Təhsil haqqı və yataqxana xərclərinin maliyyələşdirilməsi Fondla müvafiq təhsil müəssisəsi arasında bağlanmış razılaşmaya əsasən illik əsasda, digər təhsil xərcləri isə aylıq əsasda həyata keçirilir.
- Fondun müraciət edən şəxsin təhsil aldığı təhsil müəssisəsindən həmin şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəricilərinə dair məlumat almaq hüququ vardır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Təhsil xərclərinin maliyyələşdirilməsi üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:
- şəxsiyyət vəsiqəsinin və tələbə biletinin surəti;
- müraciət edənin sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs kateqoriyasına aid olduğunu təsdiq edən sənəd;
- müraciət edən şəxsin təhsil almasına və təhsil müəssisəsinin yataqxanasında qalmasına dair müvafiq təhsil müəssisəsinin arayışı;
- müraciət edən şəxsin təhsil müəssisəsinin yataqxanasında yerləşdirilməsinin mümkünsüzlüyü və ya təhsil müəssisəsinin yataqxanaya malik olmamasına dair müvafiq təhsil müəssisəsinin arayışı (ev kirayəsi üçün vəsait ayrıldığı halda);
- müraciət edən şəxsin təhsil müəssisəsindəki davamiyyəti və təhsil göstəricilərinə dair arayış.
Təhsil xərclərinin maliyyələşdirilməsi üçün müraciətlərin qəbulu, qiymətləndirilməsi və onlara baxılma qaydasını Fondun Şurası müəyyən edəcəkdir.
Gənclər Fondu haqqında daha ətraflı: https://youthfoundation.az/
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
- 6 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniyanın nəhəng bankı 5 min nəfəri işdən çıxaracaq - Səbəb süni intellektdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
-
1 saat əvvəl
Azərbaycanda kənd təsərrüfatında 100% elekrik maşınlarına keçid hədəfi qoyulub
-
1 saat əvvəl
Paşinyan yeni konstitusiya üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etmir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı saldı
Böyük Britaniyanın nəhəng bankı 5 min nəfəri işdən çıxaracaq - Səbəb süni intellektdir
İran elan etdi: Neft daşıyan 4 gəmi vurulub
Ən çox oxunanlar
Paşinyan yeni konstitusiya üçün növbədənkənar seçkilərin keçirilməsi ehtimalını istisna etmir
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti” ®
Metropoliten rəisinə yeni müavin təyin olundu
Oktyabrın 23-də gözlənilən hava şəraiti
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri üçün yeni tələb müəyyənləşəcək
Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşib






















