İş adamları üçün yeni kampaniya - kredit faizləri geri qaytarılacaq!
İndi Unibankdan götürdüyünüz korporativ kreditlərin faizlərinin bir hissəsi hədiyyə olaraq sizə geri ödəniləcək!
Unibankın biznes müştəriləri üçün nəzərdə tutduğu “Sözümüz sözdür!” kampaniyası, bununla sahibkarlara daha aşağı faizlə kredit götürmək imkanı yaradır. Kampaniya noyabrın 16-dək davam edəcək və bu müddətdə götürdüyü krediti tam gecikməsiz ödəyən hüquqi şəxslər, kampaniyanın verdiyi üstünlüklərdən faydalanacaq.
Kampaniya çərçivəsində götürülən kredit tam ödənilidikdən sonra, müştərinin ödədiyi faiz məbləğinin 10%-i onun hesabına geri qayıdacaq. Misal üçün, müştəri 100.000 manatlıq kredit götürüb, ödəniş müddətinin sonuna qədər gecikməsiz ödəyərsə, kredit bağlandıqdan sonra bir ay ərzində müştərinin ödədiyi faiz məbləğinin 10%-i geri qaytarılacaq.
Kampaniyanın şərtləri:
- Kampaniyadan ancaq hüquqi şəxslər istifadə edə bilər;
- Kampaniya 15.000 AZN-dən yuxarı kreditlər üçün nəzərdə tutulur;
- Kampaniyada 18 ay və ondan artıq müddətli kreditlərə aiddir (kredit götürmüş müştəri minimum ilk 18 ay davamlı ödəniş etməlidir).
- Kampaniya yalnız bankın öz vəsaiti ilə verilən kreditlərə şamil edilir.
Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
-Sərfəli tariflər;
-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
-Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
-Sənəd dövriyyəsinin minimuma endirilməsi;
-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibankın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibankın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 5 saat əvvəl
-
8 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
12 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
12 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib





















