Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
Maaşlar yalnız bank hesablarına köçürüləcək – Əmək Məcəlləsinə dəyişiklik. İşçilər maaş alacaqları bank hesabını özləri seçəcəklərƏmək haqqı ödənişləri elektronlaşdırılacaq.
Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə verilməsinə nəzarətin həyata keçirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin elektron ödəniş sistemi vasitəsi ilə işçinin seçimi əsasında müəyyən olunan bank hesabına köçürülməsi nəzərdə tutulur.
Qeyd olunan normativ hüquqi aktın qəbul olunması nəticəsində, əmək haqqı kartına müvafiq köçürülmələr barədə məlumatların əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim edilməsi əmək münasibətlərində şəffaflığın artırılması və işçi hüquqlarının daha səmərəli müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə bir sistemin tətbiqi işəgötürənlərin əməkhaqqı ödənişlərini vaxtında və tam şəkildə həyata keçirmələrinə nəzarətin gücləndirilməsinə imkan verir. Nəticədə, əməkhaqqının ödənilməsində yaranan qanunsuzluqların, o cümlədən gecikmələrin, azaldılmaların və ya gizlədilmələrin aşkarlanması və aradan qaldırılması daha əlçatan olur. Bu isə əmək bazarında ədalətlilik və sosial ədalətin təmin olunmasına, işçilərin hüquqlarının qorunmasına, həmçinin sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə zəmin yaradır.
Nəzarət mexanizminin tətbiqi ilə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqan işçi və işəgötürən arasında əmək münasibətlərinin şəffaflığını təmin edə biləcək, əməkhaqlarının duzgün ödənilməsini təmin edən effektiv nəzarət sisteminə sahib olacaq. Bu, həmçinin əmək münasibətlərində yaranan pozuntuların vaxtında müəyyən edilməsini və müvafiq tədbirlərin görülməsini asanlaşdıracaq. Beləliklə, əmək haqlarının ödənilməsinə dair müasir və effektiv nəzarət mexanizminin tətbiqi ölkədə əmək qanunvericiliyinin icrasının təkmilləşdirilməsinə, işçi hüquqlarının qorunmasına və əmək bazarının davamlı inkişafına mühüm töhfə verə bilər.
Nəticə etibarilə, əməyin ödənişi tam şəkildə elektronlaşacaq, işəgötürənlərin əmək ödənişlərinın uçotu, hesablanması və ödənilməsi ilə bağlı iş yükü azalacaq, gələcəkdə İşəgötürənlərin vergi orqanlarına təqdim etdikləri əməyin ödənişi ilə bağlı gəlir vergisi sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac yaranmayacaq, rüblük bəyannamələr, aylıq məlumatlarla avaz olunacaq, əməyin ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsi və elektron (proaktiv) nəzarət mexanizmi qurulacaq.
Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirləri güclənəcək, sığorta pensiya sistemində ödənilən MDSS haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsi təmin olunacaq, ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin itirilməsi və s hallarda orta aylıq əmək haqqının avtomatik hesablanması təmin ediləcək və vətəndaşın özünün gəlir tarixçəsinə çıxış imkanı genişlənəcək.
© APA
Müştərilərin xəbərləri
1600 manatlıq paltaryuyan 1000 manata, 1450 manatlıq tozsoran 950 manata – “Baku Electronics”dən böyük endirim ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
5 d. əvvəl
Əməkhaqqının nağd ödənilməsi aradan qaldırılır – Yeni sistem hazırlanır
- 7 d. əvvəl
-
9 d. əvvəl
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
-
11 d. əvvəl
Diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
-
15 d. əvvəl
Sadələşdirilmiş vergidən könüllü imtina mümkün olacaq - Vergi ödəyicilərinə yeni hüquq verilir
-
21 d. əvvəl
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
-
22 d. əvvəl
Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq
-
23 d. əvvəl
Vergi ödəyiciləri tərəfindən bəyannamələr yalnız elektron qaydada təqdim edilə biləcək
-
24 d. əvvəl
Artıq ödənilmiş rüsum “e-rüsum" altsistemi vasitəsilə nağdsız formada qaytarılacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Yükdaşıma ilə məşğul olanlara 5 illik vergi güzəşti verilə bilər
Ən çox oxunanlar
Restoran və kafelər üçün yeni vergi güzəşti gəlir
Avtomobillərin utilizasiyası ilə bağlı yeni qərar – Fond ləğv edilir
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Xalq Bankdan 50 000 AZN-dək istehlak krediti 0% komissiya ilə ®
Kiçik sahibkarların gəlir və mənfəət vergisinə 25 faizlik güzəşt tətbiq olunacaq – 5 il müddətinə




























