970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

AzVak-mobil_resmin_ustu_31
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət bankı “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda (“IBF 2026”) iştirak edib.

“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr edilən beynəlxalq tədbir regionun aparıcı maliyyə qurumlarını, tənzimləyici orqanların nümayəndələrini, yerli və xarici ekspertləri bir araya gətirib.

Forum çərçivəsində maliyyə sektorundakı innovasiyalara həsr olunmuş sərgidə Azər Türk Bank öz stendi ilə təmsil olunub.

Bankın stendində korporativ və pərakəndə bankçılıq seqmentləri üzrə məhsul və xidmətlər, innovativ maliyyə həlləri forum iştirakçılarına təqdim edilib.

Korporativ bankçılıq istiqamətində biznesin maliyyələşdirilməsi və ticarət əməliyyatlarının dəstəklənməsinə yönəlmiş bank qarantiyaları, akkreditivlər və faktorinq məhsulları barədə ətraflı məlumat verilib. Xüsusilə, 2,5 milyon manatadək bank qarantiyalarının girovsuz və bir gün ərzində rəsmiləşdirilməsi imkanı, eləcə də yerli və beynəlxalq ticarət əməliyyatlarında ödəniş risklərinin azaldılmasına xidmət edən akkreditivlərin üstünlükləri diqqətə çatdırılıb.

Həmçinin, Bankın təchizat zəncirinin 100% həcminədək maliyyələşdirilməsi üzrə həlli təqdim olunub. Bu məhsul yerli və xarici təchizatçılara ödəniş müddətini gözləmədən, faktura dəyərinin 100%-dək məbləğində, girov tələbi olmadan üç gün ərzində maliyyələşmə əldə etmək imkanı yaradır. Sözügedən maliyyə həlləri biznesin dövriyyə kapitalına olan ehtiyacının qarşılanmasına, likvidliyin təmin edilməsinə və ticarət əməliyyatlarının daha etibarlı həyata keçirilməsinə xidmət edir.

Pərakəndə bankçılıq seqmenti üzrə isə yeni məhsul və xidmətlər, eləcə də yenilənmiş atb360 mobil tətbiqi forum iştirakçılarına nümayiş etdirilib.

Xüsusi diqqət atb360 mobil tətbiqinin yeni unikal funksionallığına – Ailə bankçılığı konsepsiyasına, ailə kartına və digər yeniliklərə ayrılıb. Xatırladırıq ki, Azər Türk Bank müştərilərin istifadəsinə verdiyi Ailə bankçılığı məhsulu bir ailənin bütün üzvlərinin maliyyə vəsaitlərini, xərclərini və qənaətlərini vahid bir platforma və ya ortaq hesablar üzərindən rahatlıqla idarə etməsini mümkün edir.

Stenddə quraşdırılmış xüsusi lazer qravür avadanlığı vasitəsilə forum iştirakçıları Bank tərəfindən onlara təqdim edilən kartları öz zövqlərinə uyğun fərdiləşdirmək imkanı əldə etdilər. Bu interaktiv təşəbbüs iştirakçılara unikal müştəri təcrübəsi qazandırmaqla yanaşı, Bankın fərdi yanaşma prinsipini də ön plana çıxardı.

Tədbir Azərbaycan Banklar Assosiasiyası, "Mastercard" beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.

Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunun işində ənənəvi olaraq rəsmi tərəfdaş kimi iştirak edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azər Türk Bank Azər-Türk Bank ASC ATB dövlət bankı IBF 2026 X Beynəlxalq Bankçılıq Forumu 2 5 milyon manat bank qarantiyası girovsuz bank qarantiyası bir günə bank qarantiyası 100 faiz faktura maliyyələşdirilməsi girovsuz maliyyələşmə təchizat zəncirinin maliyyələşdirilməsi faktorinq akkreditiv korporativ bankçılıq pərakəndə bankçılıq biznesin maliyyələşdirilməsi dövriyyə kapitalı ticarətin maliyyələşdirilməsi atb360 atb360 mobil tətbiqi Ailə bankçılığı ailə kartı rəqəmsal bankçılıq innovativ maliyyə həlləri Mastercard Azərbaycan Banklar Assosiasiyası Azərbaycan Mərkəzi Bankı bank sektorunda innovasiyalar sahibkarlar üçün bank xidmətləri.
25.11.2026 15:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19