Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
Xəzərdə 200 MVt-lıq, Hacıqabulda 160 MVt-lıq enerji layihəsi – Çin şirkəti ilə danışıqlar. Hacıqabulda 160 MVt-lıq günəş elektrik stansiyası üçün 321 hektar ərazi müəyyən edilibEnergetika naziri Pərviz Şahbazov Çinə işgüzar səfəri çərçivəsində Çindao şəhərində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri Ni Zhen və “TBEA Co., Ltd.” şirkətinin vitse-prezidenti Zheng Yan ilə görüşüb.
“China Energy” şirkətinin sədri Ni Zhenlə görüşdə energetika sahəsində hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində günəş və dənizdə külək enerjisi layihələri, enerji planlaşdırılması və elektrik şəbəkəsi üzrə tədqiqatlara dair müzakirələr aparılıb.
Hacıqabulda 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üçün 321 hektar torpaq sahəsinin bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edildiyi bildirilib. Stansiyanın elektrik şəbəkəsinə inteqrasiyasından irəli gələn texniki məsələlər nəzərdən keçirilib. Görüşdə, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda daxili istehlak üçün nəzərdə tutulan 200 MVt gücündə pilot külək enerjisi layihəsinin icrası ilə bağlı da fikir mübadiləsi aparılıb.
Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutunun (EPPEI) Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsi üzrə apardığı tədqiqat da nəzərdən keçirilib. Tədqiqatın Azərbaycanda bərpa olunan enerjinin inkişafının növbəti mərhələsində yeni istehsal güclərinin şəbəkəyə inteqrasiyasının planlaşdırılması baxımından əhəmiyyəti vurğulanıb və bu xüsusda əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb. Həmçinin regional elektrik enerjisi interkonnektorları və hidrogen üzrə əməkdaşlıq imkanlarına toxunulub.
“TBEA Co., Ltd.” şirkətinin vitse-prezidenti Zheng Yan ilə görüşdə isə Energetika Nazirliyi ilə “TBEA” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında yüksək gərginlikli sabit cərəyan (HVDC) ötürücü kabellərinin və digər zəruri avadanlığın istehsalı üçün müəssisələrin yaradılması perspektivləri müzakirə olunub. Şirkətin Azərbaycanda innovativ enerji həllərinin tətbiqi, eləcə də su elektrik stansiyaları layihələrinin həyata keçirilməsində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
12 d. əvvəl
Çin şirkəti Azərbaycanda yüksək gərginlikli elektrik kabelləri istehsal edə bilər
- 30 d. əvvəl
-
44 d. əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
1 saat əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
Noyabrın 26-da gözlənilən hava şəraiti
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Ən çox oxunanlar
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
























