Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR

AzVak-mobil_resmin_ustu_31
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bakının 22, 31, 67, 92 nömrəli şəhərdaxili, 172 və 191 nömrəli şəhərətrafı, həmçinin Bakı-Gəncə, Bakı-Şabran, Bakı-Siyəzən, Tərtər-Xankəndi və Tərtər-Bərdə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, Sabunçu qəsəbəsini Rövlan Məmmədov küçəsi ("NZS" yaşayış massivi) ilə əlaqələndirən 22 nömrəli şəhərdaxili və Bahar qəsəbəsini metronun "Qara Qarayev" stansiyası ilə əlaqələndirən 191 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs "Kənan-2000" şirkəti, Badamdar qəsəbəsini Nizami bağı (Əhməd Cavad küçəsi) ilə əlaqələndirən 31 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə hüquqi şəxs "Fidan" MMC, Biləcəri qəsəbəsini Çernyayevski küçəsi ilə əlaqələndirən 67 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə hüquqi şəxs "Menloqq" MMC, Binəqədi qəsəbəsini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli şəhərdaxili avtobus marşrutu üzrə hüquqi şəxs "MES Üç Qardaş" MMC, Bilgəh qəsəbəsini "Koroğlu" NMM ilə əlaqələndirən 172 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC müsabiqənin qalibi olub.

Bundan başqa, Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Bakı-Şabran marşrutları üzrə fiziki şəxslər Qasımov Fətulla Əli oğlu və Veyisov Qafil Əfsər oğlu, Bakı-Siyəzən marşrutu üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu, Tərtər-Xankəndi marşrutu üzrə fiziki şəxs Rüstəmov Elxan Zöhrab oğlu, Tərtər-Bərdə marşrutu üzrə fiziki şəxs Quliyev Ceyhun Şirin oğlu qalib elan olunublar.

Qeyd edilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

AYNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı avtobus marşrutları avtobus marşrutları üzrə müsabiqə marşrut müsabiqəsinin qalibləri 22 nömrəli avtobus 31 nömrəli avtobus 67 nömrəli avtobus 92 nömrəli avtobus 172 nömrəli avtobus 191 nömrəli avtobus BakuBus Kənan-2000 Fidan MMC Menloqq MMC MES Üç Qardaş Uğurlu Yol MMC Bakı-Gəncə avtobus marşrutu Bakı-Şabran avtobusu Bakı-Siyəzən avtobusu Tərtər-Xankəndi avtobusu Tərtər-Bərdə avtobusu sərnişindaşıma avtobus şirkətləri Bakıda ictimai nəqliyyat şəhərdaxili avtobus marşrutları şəhərətrafı avtobus marşrutları şəhərlərarası sərnişindaşıma avtobus daşıyıcıları nəqliyyat xəbərləri Azərbaycanın sərnişindaşıma bazarı
25.11.2026 12:03
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19