"Elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması" təlimi
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi xarici elmi nəşrlərdə elmi məqalələr nəşr etdirmək istəyən şəxsləri "Elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması" təliminə dəvət edir.
Təlim keçiriləcək yer: Heydər Əliyev prospekti 10 (köhnə 50), Bakı, Azərbaycan
Əlaqə telefonu: (012) 404 81 59; (012) 404 81 50
E-poçt ünvanı: [email protected]; [email protected]
Tədris dili: Azərbaycan
Təlimin məzmunu haqqında ümumi məlumat:
Hazırda respublikamızda tədqiqatla məşğul olan mütəxəssislərin elmi məqalələrinin dünyanın aparıcı nəşrlərində çap olunması günümüzün aktual problemlərindən biridir. Aydındır ki, məqaləsinin dünyanın aparıcı, yüksək indeksli jurnallarında, nəşrlərində yer tapması həm müəlifin özü üçün yüksək bir göstəricidir, həm də ümumən ölkəmizin imicinə olduqca müsbət təsir edir. Bu sahədəki boşluqlar bir sıra başqa səbəblərlə yanaşı, həm də mütəxəssislərimizin öz dəyərli nəticələrini yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindədir. Bir sıra hallarda təqdim olunan məqalələr yüksək indeksli nəşrlərdə qəbul edilmir. Sadəcə olaraq bu sahədə təcrübə çatışmamazlıqları vardır. Bu çatışmamazlıqları aradan qaldırmaq üçün mütəxəssislərimizin xüsusi kurslar, treninqlər keçməsinə böyük ehtiyac vardır.
2. Təlim kimlər üçün hazırlanıb?
Təlim proqramı elmi tədqiqatla məşğul olub qabaqcıl xarici nəşrlərdə məqalə çap etdirmək istəyən şəxslər üçün nəzərdə tutulub.
3. Təlimin davametmə müddəti və təşkili:
Təlimin ümumi tədris yükü 30 saatdır. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır.
4. Təlimin proqramı:
Təlim proqramı aşağıdakı movzuları əhatə edir.
| Mövzuların adı | saat |
1 | Qabaqcıl nəşrlərin maraq dairəsində olan mövzular | 2 |
2 | Elmi araşdırmaların aparılması metodikası | 6 |
3 | Məqalələrin, kitabların hazırlanmasında diqqət verilməsi vacib olan komponentlər | 4 |
4 | Məqalələrin beynəlxalq standartlara uyğun strukturu | 2 |
5 | Təqdim olunan məqalənin aktuallığının, elm aləminə nə kimi yenilik gətirməsinin konkret olaraq əsaslandırlması | 2 |
6 | Tədqiqatın mahiyyətinin açılma qaydası | 2 |
7 | Tədqiqatın nəticələrinin konkret ifadə olunması | 2 |
8 | Elmi mənbələrdən istifadə qaydası | 2 |
9 | Beynəlxalq nəşrlərlə əlaqə | 2 |
10 | Hər bir dinləyicinin beynəlxalq standartlara uyğunyoxlama üçün hazırladığı məqalələrin seçilməsi | 6 |
5. Təlim iştirakçılarının sayı:
10-12 nəfərədək
6. Təhsil siyasətimiz:
Təlimləri müvəffəqiyyətlə bitirmiş hər bir dinləyicinin bizi təmsil edəcəyini və bizim simamız olacağını düşünərək məsuliyyətimizi dərk edirik.Bu səbəbdən yüksək səviyyəlli xidmət və peşəkar tədrisin köməyi ilə müştərimizə məqsədlərinə çatmaqda birbaşa kömək olmaq əsas məqsədimizdir.
Təlimdən sonra şərhinizi "Müştəri məmnuniyyət forması"-nı doldurmaqla bizə anonim şəkildə ünvanlaya bilərsiniz.
Bizi fərqləndirən əsas cəhətlər:
Peşəkar idarəçilik və təlimçilər komandası
Müasirbilik standartlarının tətbiqi
Hər bir dinləyiciyə fərdi yanaşma metodikası
Sizi ilk növbədə sertifikatla deyil, bilik və bacarıqla təmin etmək
Təlimlərdən sonra da hər zaman dəstək olmaq
Təlimin başlama tarixi: 4 mart 2017-ci il
Təilm günləri: Şənbə və ya həftə içi: 10:00 – 13.30 və ya 14.00-17.30; 19.00 - 21.00.
Təlimin vaxtı dinləyicilərin ümumi razılığı ilə dəyişdirilə bilər.
Tədris dili: Azərbaycan dili
Təlimin müddəti(saat): 30 saat
Təlimin ümumi qiyməti – 200 AZN
Təlim haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə bilərsiniz:
https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/
Yekunda dinləyicinin nəticələrindən asılı olaraq müvəffəqiyyət və ya dinləyici sertifikatı təqdim ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 4 d. əvvəl
- 4 d. əvvəl
-
1 saat əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
2 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
3 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!























