Saakaşvilinin Gürcüstana qayıdacağı gözlənilir
Gürcüstanda dünən keçirilmiş prezident seçkiləri başa çatıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.
Məlumata görə, Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini toplayıblar.
Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir.
Salome Zurabişvili - 614 964 səs;
Qriqol Vaşadze - 599 662 səs;
Beləliklə, Gürcüstan seçkisində II tur keçiriləcək.
Bəzi ekspertlər prosesin hazırda xaricdə yaşayan eks-prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdığına doğru apardlğını bildirilər. Qeyd edilir ki, ikinci turda Vaşadze seçiləcək, amnistiya elan ediləcək, Saakaşvili ölkəyə qayıdacaq, növbədənkənar parlament seçkisi keçiriləcək, Vahid Milli Hərəkat Partiyası qalib gələcək. Ardınca Mixail Saakaşvili səlahiyyətləri genişləndirilmiş baş nazir olacaq, Gürcüstanda ikinci islahatlar dalğası başlayacaq.
Bəs Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?
Gürcüstanın müxalifətdə olan Vahid Milli Hərəkat Partityasının üzvü, azərbaycanlı deputat Azər Süleymanov açıqlamasında deyib ki, dünənki seçkilərin nəticələri Saakaşvilinin Gürcüstana qayıdışını sürətləndirəcək.
“Qriqol Vaşadzenin prezident seçilməsi Saakavilinin Gürcüstana qayıdışını sürətləndirəcək. Saakaşvili artıq Gürcüstana yaxınlaşır. Proseslər ona doğru gedir. Ola bilsin ki, o, sabah da Gürcüstana gəlsin. Artıq Saakaşvili üçün təhlükə yoxdur. Nə “Gürcü arzusu” partiyası, nə də kriminal İvanaşvili onun Gürcüstana gəlişinə mane ola bilər”.
Azər Süleymanov bildirib ki, hər bir Gürcüstan vətəndaşı Saakaşvilinin gəlişini səbirsizliklə gözləyir.
“Hər bir azərbaycanlının evində Saakaşvili üçün bir otaq var. 100 minlərlə azərbaycanlı onu qorumağa hazırdır. Hər bir gürcü vətəndaşı tikəsini Saakaşvili ilə bölmək istəyir. Saakaşvili hər zaman Gürcüstana gəlmək arzusunda olub. Yeni Gürcüstan onun əli ilə qurulub”.
Deputatın sözlərinə görə, Gürcüstan hakimiyyəti bu müddət ərzində Saakaşvilinin gəlməsinə icazə verməyib.
“7 pencəyə görə ona cinayət işi açdılar. Amma Gürcüstan dövlətini dağıtdılar və ölkəni 1990-cı illərə qaytardılar. Gürcüstanı marixuana, narkotika dövlətinə çevirdilər. Belə ölkədə kimsə yaşamaz. İnsanlar sabaha olan ümidlərini itirmişdilər. Amma dünənki seçkilərdə polislər belə bizə qoşuldu.
MSK-nın göstəricilərinə görə, yarım səs faizi ilə biz geri qalmışıq. Ümumi səslərin 38 fazini Salome Zuravaşvili, 37,5 faizini isə Qriqol Vaşadze toplayıb. O da nəyə görədir. Hansı ki, əlimiz çatmayan bölgələr var, orada “Gürcü arzusu” çirkin oyunlar həyata keçirərək, saxta yollarla, zorla Salomeyə səs alıblar”.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Modern
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
-
- 12 d. əvvəl
- 13 d. əvvəl
- 25 d. əvvəl
-
26 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 59 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
















.jpg)







