970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda ilk dəniz milli parkı yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlanıb.

Bnu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, həmin ərazidə dəniz akvatoriyası milli parka daxil olacaq ki, bu da dəniz akvatoriyasının mühafizəsinin təmin olunması, orada müəyyən reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması deməkdir:

"Biz sahil və dəniz ekosistemlərinə fokuslanmışıq. Məlumat üçün bildirim ki, ölkənin ən kiçik milli parkı olan Abşeron Milli Parkı Bakı şəhərinə ən yaxın milli parkdır və 700 hektar ərazidə yerləşir. Biz artıq ölkədə ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlamışıq. Həmin ərazidə dəniz akvatoriyası milli parka daxil olacaq ki, bu da dəniz akvatoriyasının mühafizəsinin təmin olunması, orada müəyyən reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması deməkdir".

R. Allahverdiyev bildirib ki, qanunsuz balıq ovuna qarşı mübarizənin təmin olunması istiqamətində fəaliyyət həyata keçirilir:

"Burada əsas istiqamətlər qorunan ərazilərin sanitariya-mühafizə zonalarıdır ki, orada müəyyən mühafizə rejimi tətbiq olunur. Həmin ərazilərdə mühafizənin daha ciddi formada təmin olunması və digər tədbirlər nəzərdə tutulur. Daha bir istiqamət isə balıqların kürüləmə dövründə mühafizənin daha ciddi rejimə keçirilməsidir. Mühafizə rejimi ilin 365 günü qüvvədədir, amma kürüləmə dövründə və digər mühüm anlarda növbətçilik sistemi 24/7 rejiminə keçirilir ki, həmin ərazilərə müdaxilə mümkün olmasın".

Hər gün yeni vakansiyalar - AzVak.az-da© "Report"

05.11.2026 15:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19