970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid və elektromobillərin idxalında böyük geriləmə

Azərbaycana avtomobil idxalı 30 min ədədə yaxın azalıb. Azərbaycana gətirilən minik avtomobillərinin sayı 29 min ədəd azalıb – STATİSTİKA. Azərbaycana şarj olunan hibrid avtomobillərin idxalı 65% azalıb
AzVak-mobil_resmin_ustu_31
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid və elektromobillərin idxalında böyük geriləmə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi statistik dəyəri 1 milyard 289 milyon 833 min ABŞ dolları təşkil edən 64 min 898 ədəd avtomobil və digər mühərrikli nəqliyyat vasitəsi idxal edilib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycana idxal olunan avtomobillərin sayı 29 min 685 ədəd və ya 31,4%, statistik dəyəri isə 503 milyon 255 min dollar və ya 28,1% azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 793 milyon 88 min dollar dəyərində 94 min 583 ədəd avtomobil idxal edilmişdi.

MİNİK AVTOMOBİLLƏRİNİN İDXALI 33,6% AZALIB

2026-cı ilin ilk 10 ayında Azərbaycana ümumi statistik dəyəri 1 milyard 77 milyon 119 min dollar təşkil edən 57 min 742 ədəd minik avtomobili və əsasən sərnişin daşınması üçün nəzərdə tutulmuş digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

2025-ci ilin eyni dövründə ölkəyə 1 milyard 606 milyon 638 min dollar dəyərində 86 min 909 ədəd bu kateqoriyadan olan avtomobil gətirilmişdi. Beləliklə, minik avtomobillərinin idxalı say ifadəsində 29 min 167 ədəd və ya 33,6%, dəyər ifadəsində isə 529 milyon 519 min dollar və ya 33% azalıb.

HİBRİD AVTOMOBİLLƏRİN İDXALI KƏSKİN AZALIB

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 126 milyon 600 min dollar dəyərində 5 min 763 ədəd xarici elektrik mənbəyindən enerji doldurmaq imkanına malik olmayan hibrid avtomobil (HEV) idxal edilib. Ötən ilin eyni dövründə ölkəyə 286 milyon 782 min dollar dəyərində 13 min 657 ədəd bu kateqoriyadan olan avtomobil gətirilmişdi. İllik müqayisədə bu növ hibrid avtomobillərin idxalı say ifadəsində 57,8%, dəyər ifadəsində isə 55,9% azalıb.

Xarici elektrik mənbəyindən enerji doldurmaq imkanına malik olan hibrid avtomobillərin (Plug-in Hybrid – PHEV) idxalında daha böyük azalma qeydə alınıb.

Belə ki, cari ilin ilk 10 ayında Azərbaycana 287 milyon 207 min dollar dəyərində 12 min 970 ədəd şarj olunan hibrid avtomobil idxal edilib.

Ötən ilin eyni dövründə isə 704 milyon 620 min dollar dəyərində 37 min 476 ədəd belə avtomobil idxal olunmuşdu.

Beləliklə, şarj olunan hibrid avtomobillərin idxalı say ifadəsində 24 min 506 ədəd və ya 65,4%, dəyər ifadəsində isə 417 milyon 413 min dollar və ya 59,2% azalıb.

ELEKTROMOBİLLƏRİN İDXALI 59,2% AZALIB

2026-cı ilin ilk 10 ayında Azərbaycana 18 milyon 601 min dollar dəyərində 706 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən avtomobil idxal edilib. 2025-ci ilin eyni dövründə ölkəyə 52 milyon 83 min dollar dəyərində 1 732 ədəd elektromobil gətirilmişdi.

İllik müqayisədə elektromobillərin idxalı say ifadəsində 1 026 ədəd və ya 59,2%, dəyər ifadəsində isə 33 milyon 481 min dollar və ya 64,3% azalıb.

AVTOMOBİL İDXALININ STRUKTURU DƏYİŞİB

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 52 min 865 ədəd hibrid və tam elektrik mühərrikli avtomobil idxal edilmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 19 min 439 ədədə düşüb. Beləliklə, hibrid və elektromobillərin ümumi idxalı 33 min 426 ədəd və ya 63,2% azalıb.

Ötən ilin ilk 10 ayında ölkəyə idxal olunan minik avtomobillərinin 60,8%-ni hibrid və elektromobillər təşkil edirdisə, cari ilin eyni dövründə bu göstərici 33,7%-ə düşüb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, hibrid və elektromobillər istisna olmaqla, digər minik avtomobillərinin idxalı 34 min 44 ədəddən 38 min 303 ədədə yüksəlib. Bu isə 12,5% artım deməkdir.

Rəqəmlər göstərir ki, minik avtomobillərinin ümumi idxalında azalmanın əsas səbəbi hibrid və elektromobillərin idxalının kəskin geriləməsidir.

DİGƏR NƏQLİYYAT VASİTƏLƏRİNİN İDXALI

2026-cı ilin ilk 10 ayında Azərbaycana sürücü daxil olmaqla 10 nəfər və daha çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş 97 milyon 311 min dollar dəyərində 591 ədəd nəqliyyat vasitəsi idxal edilib. İllik müqayisədə bu kateqoriya üzrə idxal say ifadəsində 15,8% azalsa da, dəyər ifadəsində 30,2% artıb.

Yük avtomobillərinin idxalı 8,2% azalaraq 6 min 47 ədəd, onların statistik dəyəri isə 23,7% azalaraq 57 milyon 86 min dollar təşkil edib.

Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı isə say ifadəsində 34,9% artaraq 518 ədədə, dəyər ifadəsində 58% artaraq 58 milyon 317 min dollara çatıb.

MİNİK AVTOMOBİLLƏRİNİN ORTA İDXAL DƏYƏRİ ARTIB

Marja.az-ın Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin ilk 10 ayında idxal edilmiş bir minik avtomobilinin orta statistik dəyəri 18 min 486 dollar təşkil etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 18 min 654 dollara yüksəlib.

Beləliklə, idxal olunan minik avtomobillərinin orta statistik dəyəri təxminən 168 dollar və ya 0,9% artıb.

Qeyd edək ki, orta statistik idxal dəyəri avtomobillərin pərakəndə satış qiymətini ifadə etmir.

Azərbaycan avtomobil idxalı 2026 Azərbaycana avtomobil idxalı minik avtomobillərinin idxalı Azərbaycan avtomobil bazarı 2026 hibrid avtomobil idxalı elektromobil idxalı Plug-in Hybrid avtomobil idxalı PHEV avtomobillər HEV avtomobillər BEV avtomobillər Azərbaycana gətirilən avtomobillərin sayı Azərbaycan avtomobil idxalı statistikası Dövlət Gömrük Komitəsi avtomobil statistikası 2026-cı ilin 10 ayında avtomobil idxalı elektromobil idxalının azalması hibrid avtomobil idxalının azalması Azərbaycan avtomobil bazarında dəyişiklik idxal olunan avtomobillərin orta dəyəri yük avtomobillərinin idxalı avtobus idxalı Azərbaycan avtomobil xəbərləri
26.11.2026 15:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19