970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Ağdamda istehsal olunan məhsul Böyük Britaniyaya ixrac edilib

Ağdam Sənaye Parkının rezidenti İngiltərəyə ilk məhsulunu ixrac edib. Ağdamda istehsal olunan metal məhsulları Avropa bazarına çıxarılır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağdamda istehsal olunan məhsul Böyük Britaniyaya ixrac edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “ASMC” MMC-nin metal məmulatları zavodunda polad həsir, çəkilmiş, yanmış və tikanlı məftil, mismar, həmçinin soyuq deformasiya olunmuş armatur istehsal edilir.

Artıq müəssisədə istehsal olunan ilk məhsul – metal məftil partiyası Böyük Britaniyaya göndərilib. Gələcəkdə mismar məhsullarının da bu ölkəyə ixracı, eləcə də digər xarici bazarlara çıxış nəzərdə tutulur.

Ümumi investisiya dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. İkinci mərhələdə əlavə istehsal binalarının tikintisi, sinklənmiş və yüksəkkarbonlu məftil istehsalı xətlərinin quraşdırılması planlaşdırılır.

Hazırda müəssisədə 41 nəfər çalışır. Layihə tam gücü ilə fəaliyyətə başladıqdan sonra daimi iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən 192 milyon manatdan çox investisiya yatırılıb. Hazırda Parkda 37 rezident və 2 qeyri-rezident fəaliyyət göstərir, bu günədək 1000-dən çox daimi iş yeri yaradılıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ağdam Sənaye Parkı Ağdamdan Böyük Britaniyaya ixrac ASMC MMC ASMC metal məmulatları zavodu Ağdam metal məmulatları zavodu Ağdamda metal məftil istehsalı Azərbaycandan Böyük Britaniyaya ixrac Qarabağda sənaye istehsalı Qarabağdan məhsul ixracı Ağdamda 24 9 milyon manatlıq investisiya Ağdam Sənaye Parkına 192 milyon manat investisiya Ağdam Sənaye Parkının rezidentləri Azərbaycanda metal məmulatları istehsalı metal məftil ixracı mismar istehsalı və ixracı polad həsir istehsalı sinklənmiş məftil istehsalı yüksəkkarbonlu məftil istehsalı armatur istehsalı İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycanın qeyri-neft ixracı Qarabağda yeni zavodlar Ağdamda yeni iş yerləri işğaldan azad edilmiş ərazilərə investisiyalar Qarabağın iqtisadi inkişafı Azərbaycanın sənaye ixracı 2026
26.11.2026 15:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19