Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib

Şirkətin rəqəmsal inkişaf modeli “Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” kitabında əksini tapıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Azercell Telekom” MMC-nin rəqəmsal transformasiya və idarəetmə təcrübəsi dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin “Məsuliyyətli idarəetmə: Müsbət dəyişikliklərə imza atan Azərbaycan şirkətləri” (Enlightened Management: Azerbaijan Companies Achieving Positive Impact) adlı kitabda təqdim edilib. 

Bir il ərzində hazırlanan nəşr Azərbaycan şirkət və təşkilatlarının strateji inkişaf və idarəetmə təcrübəsini, nailiyyətlərini və cəmiyyətə verdikləri töhfələri beynəlxalq biznes və akademik auditoriyaya tanıtmaq məqsədi daşıyır.

Azercell-ə həsr olunan fəsildə şirkətin ənənəvi telekommunikasiya operatorundan geniş rəqəmsal xidmətlər portfelinə malik texnologiya şirkətinə transformasiyası, bu prosesin əsasında dayanan strateji qərarlar və idarəetmə yanaşmaları işıqlandırılır. Süni intellektin müştəri xidmətlərinə inteqrasiyası, robotik proseslərin avtomatlaşdırılması (RPA) vasitəsilə əməliyyat səmərəliliyinin artırılması, bulud texnologiyaları əsasında işçi təcrübəsinin təkmilləşdirilməsi, eləcə də “akart” fintek həllinin istifadəyə verilməsi şirkətin rəqəmsal inkişaf strategiyasının konkret nümunələri kimi təqdim olunur. 

“Azercell Telekom” MMC-nin baş icraçı direktoru Zərinə Zeynalova qeyd edib: “Kitabda Azercell-in 2025-ci ilədək rəqəmsal transformasiya sahəsində qazandığı təcrübə əksini tapıb. Bu gün isə biz daha geniş strateji hədəflərlə irəliləyir, süni intellekti fəaliyyətimizin bütün istiqamətlərinə inteqrasiya edən texnologiya şirkətinə çevrilirik. Bu məqsədlə biznes proseslərindən innovativ məhsul və xidmətlərin yaradılmasına qədər bütün fəaliyyətimizi köklü şəkildə yeniləyirik. Biz texnologiyanın əsl dəyərini insanların həyatına gətirdiyi müsbət dəyişikliklərdə, müştərilərin ehtiyaclarını qabaqlayan innovativ həllərdə və açdığı yeni rəqəmsal imkanlarda görürük.
Təcrübəmizi beynəlxalq auditoriya ilə bölüşməklə rəqəmsal transformasiya üzrə qlobal dialoqa töhfə verməyi, eyni zamanda, Azərbaycanın texnoloji imkanlarını və artan innovasiya potensialını dünyaya tanıtmağı hədəfləyirik”.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və layihə iştirakçılarının əməkdaşlığı ilə ərsəyə gələn kitabın müəllifləri Filip Kotler, Tata Tcholaria və Gabriele Carbonidir. Kitaba liderlik üzrə dünya şöhrətli ekspert, “The New York Times”ın bestseller müəllifi Marshall Goldsmith ön söz yazıb.

Kitabın qlobal elektron kitabxanalarda və beynəlxalq təhsil platformalarında yayımlanması nəzərdə tutulur. Nəşrin satışından əldə olunacaq gəlir “Kashalata” və “Rotary Foundation” təşkilatlarının sosial təşəbbüslərinin dəstəklənməsinə yönəldiləcək.

Şirkət bu keysin “Məsuliyyətli İdarəetmə” («Enlightened Management») nəşrində dərcinə müstəsna icazə vermişdir. Müəlliflik və əqli mülkiyyət hüquqları “Azercell Telekom” MMC-də saxlanılır.

Azercell Telekom Filip Kotler Philip Kotler Azercell rəqəmsal transformasiya Azercell rəqəmsal inkişaf modeli Azercell süni intellekt strategiyası Zərinə Zeynalova Azercell beynəlxalq uğuru Enlightened Management Məsuliyyətli idarəetmə Azərbaycan şirkətlərinin uğur hekayələri Filip Kotlerin Azərbaycan haqqında kitabı Azercell innovasiya strategiyası akart fintek robotik proseslərin avtomatlaşdırılması RPA bulud texnologiyaları Azərbaycanın texnoloji potensialı Azərbaycanın rəqəmsal transformasiyası Marshall Goldsmith Tata Tcholaria Gabriele Carboni Azercell 2026 Azərbaycan telekommunikasiya bazarı Azercell xəbərləri
26.11.2026 09:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19